Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Salam. Mənim nömrəmdən Pakistan vətəndaşı Bolt Foodda yemək sifariş edib. Bu necə olur?
-
Çox pis. Çatdırılma 5 gün ərzində olmalı idi, amma süründürürlər. Qaynar xəttə edilən şikayətlərə baxmırlar, sadəcə deyirlər "əlaqə saxlayacağıq", amma heç kim əlaqə saxlamır. Nağd ödənişlə aldığım soyuducunu çatdırmırlar. Sabah soyuducu gəlməsə, pulumu geri tələb edəcəyəm və bir də heç bir halda Kontakt Home-dan heç nə almayacağam.
-
Ayın 16-sı kondisioner sifariş verdim. Mənə dedilər ki, çatdırılma və quraşdırılma bizim tərəfimizdən olacaq. Kondisioner gəlib, amma hələ də heç kimi quraşdırmaq üçün göndərməyiblər. Dəfələrlə zəng vurmuşam — hər dəfə "3 gün, 3 gün" deyə-deyə məni yola verirlər. Danışıram, deyirlər ki, kondisioner gələndən sonra 3 gün ərzində gələcəklər. Amma mən alanda belə bir məlumat verilməmişdi. Baştan ayağa fırıldaqlıqla məşğuldurlar. Əsas odur, mal satılsın, qalanı isə veclərinə deyil.
-
Salam. Mənim şikayətim Kontaktın təmir servisindəndir. Belə ki, Kontaktdan aldığım zəmanətli kombiyə görə artıq 15 gündür ki, 3 dəfə zəng vursam da, usta sifariş vermişəm, amma gəlib baxan yoxdur. Hər dəfə də ödənişli zəng vurub onlarla danışıram, deyirlər ki, 4 iş günü ərzində usta gələcək. Artıq yarım ay keçib, amma heç bir usta gəlib kombiyə baxmayıb. Xahiş edirəm, tədbir görün.
-
Hörmətli ABB, paytoplay.az vasitəsilə etdiyim ödəniş qarşı tərəfə çatmış, lakin mal (UC kodu) təqdim olunmamışdır. Qarşı tərəf fəaliyyətini dayandırıb və heç bir əlaqə vasitəsi işləmir. Bu səbəbdən ödənişin geri qaytarılması üçün dəstəyinizi xahiş edirəm.
-
Bu səviyyəsiz bank Azərbaycan bankı deyil, Azərbaycan bankı olsa, Azərbaycan vətəndaşının cibinə girməz. Adama kredit verir 29-35%-lə plusda 117-yə yığırsan, 1 saat çağırır konturu yeyir, heç kimə dərdini deyə bilmirsən.
-
Bu gün endirimlə aldığım məhsulu Bayıl filialında endirim yazılıb, vitrində endirimsiz məhsulu vururlar. Hətta kassir xanıma bildirdim ki, endirim tətbiq etmisinizmi, bu cür hala yol verilməsi heç düzgün deyil.
-
1 həftədir kondisioner gəlib. İki günə usta gələcək deyə-deyə aldadırlar bizi. Burdan sonuncu dəfədir ki, məhsul alıram. Bir də heç vaxt bu şirkətə üz tutmayacam. Nə mesajlara cavab verirlər. Nə operatorlara düşmək olur. Niyə aldadırsınız ki, insanı. Deyinki biz beş aya gəlib quracayıq, bizdə işimizi bilək. Çox pis. Şirkətə heç mənfi ulduzda düşmür.
-
10 ilə yaxındır Nar abunəçisiyəm, bir Narda tariflər yaxşı idi. Nar hal-hazırda o biri mobil operatorlardan pisdir. Unikal tarifi dəyişmisiniz, niyə bildiriş gəlmir? Mənə lazımdır? 4₼ konturu məhv etdiniz, bəsdirin camaatın cibinə girirsiniz.
-
Əvvələr arada kфmpaniya ilə internet gəlirdi, indi heç o da yoxdur, birdəki tarif dəyişmək istəyirsən, alınmır, gərək mb ola belə şey olmaz axı.
-
Diqqət diqqət. Bir Electronic, Euroshop çox məsuliyyətsizdir, məhsul yığılır, amma gəlmir, umicodan ən azı 5000 aznlıq alış-veriş etmişəm, belə hal olmamışdı. Bunların reytinqləri də düşmür, lazım olan yerlərə deyəcəm, bunların arxasından umico işçi xəyanəti çıxacaq, əminəm korrupsiya, işçi təcrübəm bunu deyir.
-
Salam, mənim kartima pul gəlib, bilmək istəyirsən, kim göndərib?
-
Salam, Binəqədi 107 filialı rahat marketdə çox özbaşınalıqdır. Bilinmir, satıcı kimdir, müavin kimdir. Südlük və meyvədən çox razıyam, düzdür, meyvədə çox bahalıq var, amma yenə də satıcılar gülərüzdür və müştəriyə xidmət edir. Şirniyyat şöbəsində hər şey qarışıqdır, müştəri əlində konfet aşağı yuxarı gəzir ki, qiymət vursunlar. Danisiq qabiliyyətləri yoxdur. Kassirlər yaxşıdır, mən özüm daimi müştəriyəm, təəssüf ki, ürək açan yer deyil.
-
Salam, bu gün taksi zakaz verdim, 2-dəfə taksi ünvana gəlmədiyi halda kartımdan 2.40+2.40=4.80 vəsait çıxılıb. 3-Taxi gəldi, Select (Ford Focus) gəlməliydi, əvəzində Chevrolet Cobalt gəlib sürücüsü. Məni 1 saat öncə düşürsə də hələ sifarişi tamamlamır, əlavə pul çıxmaq üçün. Xahiş edirəm, bu qanunsuz əməllərlə bağlı tədbir görün, əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəyəm.
-
Proqram pis gündədir, işləmir, təcili pul göndərmək lazımdır, amma girə bilmirəm.
-
Nar operatorundan ciddi narazılığım var. 10 ilə yaxındır istifadə etdiyim 077571717* nömrəm balans artırılmadığı üçün əvvəlcədən aydın və rəsmi xəbərdarlıq verilmədən deaktiv olunub və səhəri gün satışa çıxarılıb. Bu nömrə mənim WhatsApp, MiCloud, bank, sosial media və digər şəxsi hesablarıma bağlı idi. Hazırda nömrə başqa şəxsin adına keçib və mənim şəxsi hesablarıma giriş cəhdləri olunur. Bu, həm şəxsi məlumat təhlükəsizliyimi, həm də vətəndaş hüquqlarımı pozur. Bu qədər asanlıqla nömrənin satılması və heç bir çıxış yolu təqdim olunmaması çox təəssüf doğurur. Nömrənin əvvəlki istifadəçisinə qaytarılması üçün tədbir görülməsini tələb edirəm.
Ardını oxu... -
Köhnə poçtun yanındakı marketin işçiləri ləng və məsuliyyətsizdirlər. Vitrində göstərilən qiymətlə kassada vurulan qiymət eyni olmur. Neçə dəfə bildirilməyinə baxmayaraq dəyişdirilmir. Bu işçilər işləməyəcəksə niyə makret var? Hətta endirimdə olan nektarinin qiymətini kassada 2 dəfə artıq yazılmağına baxmayaraq “biz məsuliyyət daşımırıq deyilir”.
-
Azal əməkdaşı olan Nurəddin adında bir şəxs bizdən bilet almaq adıyla ödəniş alıb və ödənişi geri qaytarmır, həmin şəxsin əlaqə nömrəsi budur. 05********
-
Bu gün 22:51-də Boltdan taksi sifariş etdik. 77-XE-329 Honda Civic markalı maşın Alim adlı sürücü idi. Sürücü çox tərbiyəsiz, artıq əskik danışın, böyük kiçik yeri bilməyən bir insandır. Özündən böyük xanımla çox tərbiyəsizcə rəftar etdi. Xahiş edirəm, bu sürücü ilə bağlı tədbir görəsiniz. Deyəndə ki, şikayətçi olacaqıq ironiya ilə cavab verirdi.
-
Pulu ödədiyim halda internet işləmir, aiddiyatı quruma dəfələrlə müraciət etdiyim halda heç kim baxmır, iyunun 25 ödəniş etdim, iyul ayında təkrar ödəniş etməliyəm, halbuki isrifadə etməmişəm, internet işləmir!
-
McDonald's Nefçilər filialında servis bərbatdır. 30 dəqiqə gözlədim, sifariş gətirilmədi. Neçə dəfə bilirik ki, bəs niyə sifariş gəlmir? Yenə də düzəliş etmədilər. Sonda səbrim tükəndi və çeki apararaq pulumu geri istədim, heç bir üzürxahlıq edilmədi.
-
Mən Birbank vasitəsi ilə 1.40 AZN vurmaq əvəzinə səhvən 140 AZN yüklədim, indi isə geri pulumun qaytarılmasını istəyirəm. Ancaq nə bank, nə də ki, Nar şirkəti pulumu qaytarmır. Mən hara şikayətimi bildirim?
-
Xaçmaz rayonunda bolt taksi zakaz elədim, gediş 1 AZN 20 qəpik elədi, unvana çatanda taksi sürücüsü qapılarıkilitlədi və 5 AZN tələb elədi, aqressiv danışdı. Sürücü haqqında şikayət yazmaq istəyirəm və verdiyim pulu qəri qaytarılmasını istəyirəm. Sürücünün maşın nömrəsi: 77-HR-144.
-
Mən 15 gündür ABB-yə gedib gəlirəm, məni çox yorurlar, kartım mənfidədir, çana yoxdur.
-
Limak на ул. Буньят Сардарова 12 постоянно закрывается на обед не с 13:00 как указано, а на 10-15 минут раньше. Это возмутительно! Сегодня я пришла на 10 минут до закрытия. Работница увидела меня, не открыла - несмотря на то, что еще не было 13:00! Прошу принять соответствующие меры! С уважением
-
Umikodan aldığım malı geri qaytarım edə bilmirəm, artıq 4 gündür. Dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir tədbir görülmür.
Ən çox şikayət olunan şirkətlər
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Şirkətin səhifəsinə keç
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Şirkətin səhifəsinə keç
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Şirkətin səhifəsinə keç
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Şirkətin səhifəsinə keç
— Ruslan

Azeronline cavablayır:
Salam. Bu kimi hallarda qaynar xəttimizlə əlaqə saxlamağınızı xahiş edirik : 8220