Birmarket (Umico) haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Tozsoran aldım, motorun içində şurup qırılıb düşüb. Ərizə yazdım, qaytarmaq üçün sistem qəbul etmədi, 915 yığdım, dedilər biz heç nə edə bilmərik. Fırıldaqçılıq edirlər və istədiklərini edib cavab vermirlər, başsızlıq tamdır. Heç kim almasın, bir marketdən gedin, mağazalardan baxın, yoxlayın, götürün.
-
Məhsul sifariş vermişəm, səhv onların məsuliyyətidir. Dəyişdirilməsini istədim, mənə deyildi: "Məhsulu təqdimetmə məntəqəsinə verin, sizə məbləğ 10 gün ərzində qaytarılacaq." Kuryerə ödədiyim məbləğ qaytarılmır.)) Sual: mənim səhvim olmayan bu situasiyada mən niyə məntəqəyə getməliyəm? Mənim kuryerə ödədiyim məbləğ niyə mənə qaytarılmır? Birmarketin etdiyi səhvin cəzasını mən niyə çəkirəm? 19.99 manat ödənilib, 16 manat geri qayıdacaq. Temudan, Trendyoldan sifariş vermişik, geri də qayıdır, pul da qaytarılır.
-
Bir marketdə 2-ci dəfədir ki, məhsul sifariş edirəm, qəbul olunur. 1 gündən sonra yazırlar ki, məhsul bitib. Ona görə heç kimə məsləhət görmürəm bu saytı.
-
2 gün bundan əvvəl BirMarket-də reklamda kamera gördüm, sifariş verdim. Sifariş gəldi, açdım, baxdım ki, başqa marka, heç ona dəxli olmayan. Bu bir fırıldaqçılıqdır, bu utancdır. Vallah, dünyanın o başından sifariş verirsən, nə sifariş vermisənsə o gəlir; bura Bakıdan gələn malda fırıldaqçılıq edirlər. Sizin yerinizə utandım. Ayıb olsun sizə. 5-3 manata görə platformanızı fırıldaqçı kimi tanıtmayın.
-
Məsləhət görmürəm. Aylar əvvəl məhsul almışdım, xarab idi. Dedim ki qaytarım, dedilər yox, olmaz. Diaqnostikaya gətirin. (Halbuki məhsulu çatdırılma ilə almışam və xarabdır, qarşı tərəfin səhvi ilə nə üçün müştəri təhvil məntəqəsinə məhsulu çatdırmalıdır?) Diaqnostikada 1 aya yaxın vaxtda qaldı, düzəltdilər, heçnə olmamış kimi dedilər ki gəlin aparın. Müştəri məmnuniyyəti 0.
-
Skuter almışıq, may ayının 23-ü, iki ədəd. Çox pis, keyfiyyəti sıfır. İyunun 2-si müraciət etmişəm: xarabdır, işləmir. Ayın 11-i gəlib apardılar. Hələ də xəbər yoxdur. Zəng edirəm, deyirlər diaqnostikadadır. Nə də qaytarma eləmirlər. Bir ayın pulunu da vermişəm.
-
Mart ayında birmarketdən duxilər aldım, nəinki saxta adları və şəkilləri belə eyni deyildi. Eyni gün aparıb neçə saat sənəd-sənəd yazaraq qaytardım. Təsdiqləndi, 'pulunuz 14 günə qaytarılacaq' deyildi; tətbiqdə də yazılmışdı həmçinin. İyun ayı bitir, hələ də xəbər yoxdur. İsrarla zənglərimə məhəl qoyulmur, dəstək xidməti maraqlanmır, belə özbaşınalıq olmaz
-
Salam, Birmarketdən telefon sifariş etdim. Telefonu işlətdiyim müddətdə telefon qızırdı, o qədər fikir vermədim və sonra ekran getdikcə qaralmağa başladı və söndü və bir daha yanmadı. Məndən diaqnostika üçün götürdülər. 20 gündən sonra hardasa zəng gəldi ki "telefon siz tərəfdən zədələnib". Telefonu xarab şəkildə qaytarırlar, özləri isə "özünüz Samsung-a müraciət edib düzəltdirin və krediti ödəyin" deyirlər. 3 aylıq telefona xarab göndəriblər və mənə deyirlər ki siz tərəfdən zədə alınıb, halbuki telefon öz-özünə xarab olub, mən heç nə eləməmişəm. Birmarket xarab əşyaları camaata satmaqla məşğuldur, oranı şikayət edib yox etmək lazımdır, camaatı aldadırlar, fırıldaqçılıqla qoyublar, yalandan qarantiya qoyublar.
Ardını oxu... -
Mən Birmarketdə ətir aldım. Məni aldadılar, geri qaytarılma etmədilər. Saxtalığı kənara qoyaq, onlayn olduğu üçün heç qaytarmaq olmur və kime edəcəyini də bilmirsən. Valentino ətiri istəmişəm; fərz edin içini Libre ilə doldurub göndəriblər. Saflıqla da, bu nə deməkdir?
-
Birmarket Moulinex Fresh Express aldım, içindən məhsul eksik çıxdı. Zəng etdim, problemi həll etmədilər.
Bələdçi.az saytının Birmarket (Umico) şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Birmarket (Umico) Baku reyler, umico baki haqqinda reyler, Birmarket (Umico) shikayet, umico reyler, Birmarket (Umico) kampaniyalar, Birmarket (Umico) sikayet, unvan
Bakıda
