Siz bu səhifədə ən çox verilən suallara cavaba tapa, əks təqdirdə bizimlə əlaqə saxlaya bilərsiniz.
Bələdçi.az - müştəri məmnuniyyəti portalıdır. Bələdçi.az saytında siz istənilən xidmət, şirkət və ya restoran barədə rəyinizi bildirə və ya onlar baradə şikayət yaza bilərsiniz. Beləliklə sizin razı və ya narazı qaldığınız şirklətlər barədə rəylərinizi digər müştərilər də oxuya bilərlər.
Bizimlə help@beledci.az e-mail ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bunun üçün axtarış bölümündən istədiyiniz şirkəti tapıb, şirkətin səhifəsinə daxil olun. Şirkətin səhifəsində "Rəy yazmaq" düyməsinə basın. Və ya hər bir səhifədə göstərilən "Rəy yazmaq" düyməsini seçin.
İlk öncə sizin rəyiniz sistem tərəfindən yoxlamadan keçməlidir. Rəylərin yoxlanılması mərhələsi şirkətlərin özləri özlərinə rəy yazaraq reytinqlərini süni şəkildə artırılmasının qarşısını almaq üçün keçirilir. Rəyiniz yoxlamadan keçdikdən sonra dərc olunacaq.
Əgər rəy və ya şikayət yazmaq istədyiniz şirkət bizim saytda yoxdursa, bu səhifəyə keçərək şirkətin adını yazaraq rəy yaza bilərsiniz.
Rəylər Bələdçi.az-a daxil olduqdan sonra, rəyin parametrləri texniki baxımdan keçir. Texniki yoxlama avtomatik şəkildə həyata keçirilir və məzmunun və digər göstəricilərin parametrlərinə əsasən rəyin saxta olub olmamağına dair statistik qiymət verilir. Bu qiymət nəticəsində rəylərin "Təsdiqlənmiş rəy" nişanını alıb almaması barədə sistem tərəfindən qərar verilir. Bu qiymət yalnız texniki məzmunda məna daşıyır və hər zaman real vəziyyəti əks etdirməmə ehtimalı ola bilər.