Oba Market haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Salam. Lokbatan qəsəbəsi 233 saylı Oba 12 marketinin vəziyyəti çox acınacaqlıdır. Pilləkənləri yük maşınları vasitəsi ilə qırılmışdır, müştərinin içəri girişinə maneçilik törədir və hər bir müştəri narazılığını market işçilərinə bildirsə belə, baxan yoxdur. Bundan əlavə, içəri giriş qapısının şüşə qapı olmasına baxmayaraq təhlükəli vəziyyətdədir. Şüşə qapı olduğu üçün petlələrindən boşalmış qapılar bir-birinə dəyərək insan və ya müştəri həyatına təhlükəlidir. Dəfələrlə market müdürünə irad bildirilsə də, məhəl qoyan yoxdur. Ümid edirəm ki, Oba marketlər şəbəkəsi olaraq bu iradları aradan qaldırılmasında kömək edərsiniz.
Ardını oxu... -
Bizim binanın altındakı OBA-da işləyən işçilər haqqında böyük şikayətim var. OBA yerləşir Xalqlar Dostluğu metro stansiyasında, ünvanı Qara Qarayev 116, 9 mərtəbəli binanın altı. Bir neçə gün bundan əvvəl daxil oldum OBA marketə alış‑verişə. Seçdiyim məhsullarla birlikdə kassaya yaxınlaşanda mənə bir "xanım" yaxınlaşıb mənim dükanımdan nə isə oğurlayıb, şalvarımda gizlətdiyimi iddia etdi. Dedim gedək kameraya baxaq, üstümü yoxlayın. Başladı fırlanmağa: "yox götürdün, sonra yerinə qoydun" nə bilim nə. Nə isə səhəri gün siqaret almağa OBA marketə düşdüm, yenə həmin "xanımçıq" kassada duruşdu, məni görən kimi qayıdıb dedi ki, satmıram sənə heç nə. Mən də dedim qələt edirsən, pulumu verib mən siqaretimi alım, başlayasan qışqırmağa. Mən də haqlı olduğum yerdə sakit dayanan deyiləm, mən də sözümü dedim. Mən çıxandan sonra polislərə zəng vurub çağırdılar, polis ora gəldi. Mən 40 ildir bu binada qalıram, hələ dalımca bir dəfə polis gəlməyib. Bu nə biabırçılıqdır?? Mən hal-hazırda rayondayam. Qayıdanda kimi bu məsələni belə yerdə qoymayacağam. Bütün Xəzər TV-ni və başqa TV-ləri ora aparacağam. Ayıb olsun.
Ardını oxu... -
Здравствуйте, во время нашего пребывания в г. Нафталан мы сделали закупки в сети супермаркетов OBA. К сожалению, от первой закупки у меня не сохранён чек. От второй закупки чек в приложении (OBA 1). Когда пришли в номер, обратили внимание, что в чеке приписаны продукты, которые мы не покупали (первые 2 линии). На следующий день нам вернули деньги. Через 3 дня мы опять зашли и сделали закупки, и опять в чеке приписали наименование товара, которого мы не покупали; чек в приложении — 5-я строка (OBA 2). Будьте очень бдительны и сравните чеки с реальными товарами, которые вы приобрели!
Ardını oxu...
Tərcümə et
-
Çox pisdir. Xırdalan filialında adamı aldadırlar: ton balığı 1 ədədi 2,95 göstərilir, sonra kassada 4,95 olur. Sonra kassada bildirmirlər.
-
Bu gün uşağımla birlikdə içəri girib maffin və enerji içkisi aldım. Kassanın yaxınlığında həmişə kiçik mayka paketləri olur. Hər iki gündən bir gedib alış-veriş edirəm, həmişə kartla ödəyirəm. Çoxlu alış-verişim olanda böyük bir paket alıram. Kiçik alış-verişim olanda kassanın yaxınlığındakı rulondan kiçik paket götürürəm. Bu gün rulondan bir paketi qopardım və kassir onu əlimdən aldı və dedi ki, götürə bilmərəm! Yaxınlıqda yaşasam da və tez-tez orada alış-veriş etsəm də, bu qədər aqressiv işçi ilə ilk dəfə qarşılaşıram. Kassadakı qiymətlər uyğun gəlmir və mən aldıqdan sonra qiymətlər qalxır. “Azərsüddə” südünün müddəti iki aydır ki, bitib və işçilər, xüsusən də qadınlar, çox dedi-qodular edirlər; həmişə müştərilərin qarşısında mağaza haqqında dedi-qodular edirlər. Mən xarici vətəndaşam, amma onlar mənim Azərbaycan dilini başa düşdüyümü bilmirlər və həmçinin mənim haqqımda xarici görünüşüm və sair kimi şərhlər də edirlər! Orada işləyən qadınlar çox savadsızdırlar. Hara gedirəmsə gedim, kassada daim dedi-qodular edirlər. Orada yaxşı görünən bir oğlan işləyir. Bir sualım var: müştərilər alış-veriş etdikdən sonra çantaları götürməyə icazə verilmirsə, kassanın yanındakı o çantaların mənası nədir? mağaza ünvanı: Qaradağ rayonu Lökbatan seymur orucov ev 19
Ardını oxu... -
Salam. Maştağa Savalan məhəlləsində, 28 nömrəli məktəblə üzbəüz market niyə 11-ə olmadan mağazanı bağlayır? 11-ə 10 dəqiqə qalmışdı, "bağlıyıq" dedi. Həm də tərbiyəsizcə rəftar etdilər. Sizdən şikayət edəcəyəm, dedim, "get nə istəyirsən et" dedi. Nə bilim valla, bu Oba Market işçiləri özlərini digərlərindən üstünmü sanırlar, müştərilərlə, insanlarla belə kobud rəftar edirlər? Əgər 11-də bağlanmayacaqsa, qapı üzərində 23 yazısını silin, yerinə 22.50 qeyd edin, biz də işimizi bilək.
-
Fanta aldım, bu gün 2.5 litr zəhər dadı verdi, qaytardım.
-
Məmmədcəfər Cəfərov 42 ünvanında yerləşən Oba marketdə gecə smenində işləyən bir qadın küçə heyvanları üçün verdiyim yemləri təpikləyərək heyvanlara qarşı sərt reaksiyalar verərək mənə də sərt və həddini aşaraq kobud rəftar etmişdir. Mən o xanımdan şikayət edəcəyimi və o ünvanın sakini olduğumu bildirdiyim halda (get, kiminə şikayət edirsən et, mənə heç kim heç nə edə bilməz) deyərək kobudcasına məni qapıdan qovmuşdur. Zəhmət olmasa tədbir görülsün.
-
Qələbə Residence altında yerləşən Oba mağazası xırdam yoxdu deyə məhsulu satmadı
-
Salam. Sizin Gəncə şəhəri Mahrasa bağında yerləşən Oba Market işçiniz saat 23:05-də mağazanın qapısını açaraq bir müştərini içəri aldı və ona Red Bull və siqaret satdı. Mənə "mağazaya girə bilməzsən" dedi! Sizdən xahiş edirəm işçinizə bütün insanların hüquqlarının eyni olduğunu və insanlarla kobud və təhdid edici davranmamağı tələb edəsiniz. Mənə belə dedi: "Mahrasa-da qalıram, sabah üz-üzə gələcəyik." Bunu deyərək nə demək istədiyini ondan soruşarsınız.
Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Oba Market Baku reyler, oba market baki haqqinda reyler, Oba Market shikayet, oba market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan
Bakıda
