Megastore haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Mən Megastore mağazalar şəbəkəsinin Aff Mall Megastore mağazasında stok meneceri vəzifəsində çalışan Budaqova Fəridə haqqında ciddi narazılığımı bildirirəm. Budaqova Fəridənin işçilərlə davranışı qəbuledilməzdir. O, işçilərlə yüksək səslə danışır, kobud və aqressiv münasibət göstərir, bəzi hallarda isə təhqiramiz ifadələrdən istifadə edir. Bu cür davranış mağazada sağlam ünsiyyət və xidmət mədəniyyətinə ciddi şəkildə ziddir. İşçinin qarşısında yüksək səslə danışmaq və onu təhqir etmək nə işçi etikasına, nə də işçiyə göstərilməli olan normal münasibətə uyğun deyil. Belə davranışların təkrarlanması mağazanın nüfuzuna və işçilərin, eləcə də müştərilərin Megastore-a olan münasibətinə mənfi təsir göstərə bilər. Xahiş edirəm, bu məsələ rəhbərlik tərəfindən ciddi və obyektiv şəkildə araşdırılsın, hadisələrlə bağlı zəruri araşdırma aparılsın və Budaqova Fəridənin işçilərlə davranışı ilə bağlı müvafiq intizam tədbiri görülsün. Bu cür davranışların diqqətdən kənarda qalmasının yolverilməz olduğunu hesab edirəm və şikayətimə rəsmi şəkildə baxılmasını xahiş edirəm.
Ardını oxu...
Bələdçi.az saytının Megastore şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Megastore Baku reyler, megastore baki haqqinda reyler, Megastore shikayet, megastore reyler, Megastore kampaniyalar, Megastore sikayet, unvan
Bakıda
