App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Oba Market haqqında rəy

21 saat əvvəl

T
Tarlan yazır:
★
★
★
★
★

Bizim binanın altındakı OBA-da işləyən işçilər haqqında böyük şikayətim var. OBA yerləşir Xalqlar Dostluğu metro stansiyasında, ünvanı Qara Qarayev 116, 9 mərtəbəli binanın altı. Bir neçə gün bundan əvvəl daxil oldum OBA marketə alış‑verişə. Seçdiyim məhsullarla birlikdə kassaya yaxınlaşanda mənə bir "xanım" yaxınlaşıb mənim dükanımdan nə isə oğurlayıb, şalvarımda gizlətdiyimi iddia etdi. Dedim gedək kameraya baxaq, üstümü yoxlayın. Başladı fırlanmağa: "yox götürdün, sonra yerinə qoydun" nə bilim nə. Nə isə səhəri gün siqaret almağa OBA marketə düşdüm, yenə həmin "xanımçıq" kassada duruşdu, məni görən kimi qayıdıb dedi ki, satmıram sənə heç nə. Mən də dedim qələt edirsən, pulumu verib mən siqaretimi alım, başlayasan qışqırmağa. Mən də haqlı olduğum yerdə sakit dayanan deyiləm, mən də sözümü dedim. Mən çıxandan sonra polislərə zəng vurub çağırdılar, polis ora gəldi. Mən 40 ildir bu binada qalıram, hələ dalımca bir dəfə polis gəlməyib. Bu nə biabırçılıqdır?? Mən hal-hazırda rayondayam. Qayıdanda kimi bu məsələni belə yerdə qoymayacağam. Bütün Xəzər TV-ni və başqa TV-ləri ora aparacağam. Ayıb olsun.

Oba Market haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!