App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Oba Market
Oba Market

Oba Market haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Oba Market Azərbaycanda supermarket və gündəlik alış-veriş xidmətləri təqdim edir. Siz bu səhifədə Oba Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Oba Market barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
2%
4 ★
1%
3 ★
6%
2 ★
6%
1 ★
72%
  • M
    ★
    ★
    ★
    ★
    ★

    Fanta aldım, bu gün 2.5 litr zəhər dadı verdi, qaytardım.

  • Z
    Zehra 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Məmmədcəfər Cəfərov 42 ünvanında yerləşən Oba marketdə gecə smenində işləyən bir qadın küçə heyvanları üçün verdiyim yemləri təpikləyərək heyvanlara qarşı sərt reaksiyalar verərək mənə də sərt və həddini aşaraq kobud rəftar etmişdir. Mən o xanımdan şikayət edəcəyimi və o ünvanın sakini olduğumu bildirdiyim halda (get, kiminə şikayət edirsən et, mənə heç kim heç nə edə bilməz) deyərək kobudcasına məni qapıdan qovmuşdur. Zəhmət olmasa tədbir görülsün.

  • J
    ★
    ★
    ★
    ★
    ★

    Qələbə Residence altında yerləşən Oba mağazası xırdam yoxdu deyə məhsulu satmadı

  • E
    Elnur 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Sizin Gəncə şəhəri Mahrasa bağında yerləşən Oba Market işçiniz saat 23:05-də mağazanın qapısını açaraq bir müştərini içəri aldı və ona Red Bull və siqaret satdı. Mənə "mağazaya girə bilməzsən" dedi! Sizdən xahiş edirəm işçinizə bütün insanların hüquqlarının eyni olduğunu və insanlarla kobud və təhdid edici davranmamağı tələb edəsiniz. Mənə belə dedi: "Mahrasa-da qalıram, sabah üz-üzə gələcəyik." Bunu deyərək nə demək istədiyini ondan soruşarsınız.

  • A
    Anonim 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Əvvəla, salam. Öz işçilərinizə tapşırın ki, camaatın uşağını oğru görməsinlər. Bu gün axşam sizin Xalqlar 12-ə uşağımla girmişəm, pulu vurdum. Sizin kassa işçiniz düşüb uşağımın dalınca gəldi və mənim yanımda dedi ki, tutdum səni. Uşaq da əlində soskasını gizlədirdi. Qayıtdım xanıma ki, mənim uşağım oğru deyil və heç nəyi qalmayıb. Bilirsiniz! Onlar kimdi ki mənim uşağıma oğru kimi baxdı. Xahiş edirik bir tədbir görün, yoxsa özüm görəcəyəm nə lazımdır. Tapşırın gic işçilərinizə, kamera var! Tənbəl oturub ikisi də kameraya baxırdı. Əgər uşağın nəsə götürsəydi deyərdim, hə. Amma ki düz eləmədilər. Sonra mənə dedi ki, zarafat elədim. Mən başa düşmədim sizin işçilərinizin mənimlə zarafəti var??? Çox əsəbləşdim. O işçini çağırın, dərs keçin! Vəssalam

    Ardını oxu...
  • T
    Taleh 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Oba marketdə kartım qalıb, başqa adama veriblər. Məsuliyyətsizlik baş alıb gedir, xahiş edirəm tədbir görəsiniz. 50–60 yaşında adamları gətirib işlədirsiniz, sonra olan bizlərə olur.

  • A
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Müşfiqabad 14 mağazasından məhsul aldım. Kassada baha çıxdı. Kassir "Şirkətindi, problem bizim deyil, cibimə gedmir, şirkətə gedir, xoşun gəlmir, alma" dedi. Zəhmət olmasa tətbiqə baxasınız. 3-4-cü hallardır belə rastlaşıram.

  • U
    Ulker 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Xətai rayonu, 59 nömrəli məktəbin yanında yerləşən Oba marketdə personal xidməti 0. Çörəklər kulyoka qoyulmur, quruyub qalır. Kulyok istəyirsən deyirlər, yoxdu. Endirim qiymətinə aldığımız məhsullar kassada daha baha gəlir. Kassirləriniz səhvlərini görmək əvəzinə müştərilərlə dalaşırlar. Müştəriləri borclu çıxardılar. İşçiləriniz bir şey unudublar. MÜŞTƏRİ HƏMİŞƏ HAQLIDIR.

  • Ə
    ★
    ★
    ★
    ★
    ★

    Həzi Aslanov, Xətai rayonu, Ceyhun Həsənov küçəsində dünən alış-veriş etmişdim. Saat 21:40–22:00 kassirə aldığım məhsulu qaytarmağı xahiş etdikdə mənə çox kobud formada cavab verdi. Personal xidmət 0.

  • T
    Tehsin 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün saat 18:10-da Yasamalda, Abbas Mirzə Şərifzadə küçəsi 286-da alış‑verişə gəlmişdim. İşçilərin səsindən ağız deyəni qulaq eşitmirdi. Elə özbaşınalıq olmaz.

Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Oba Market Baku reyler, oba market baki haqqinda reyler, Oba Market shikayet, oba market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Oba Market barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq