Şikayət Qaraçuxur ərazisində, 43 nömrəli Şəhər Poliklinikasının yaxınlığında yerləşən OBA Marketdə çalışan bəzi əməkdaşların müştərilərlə ünsiyyət və davranış qaydalarına düzgün riayət etməməsi ilə bağlı narazılığımı bildirirəm. Belə ki, market əməkdaşları müştərilərlə nəzakətli və düzgün ünsiyyət qurmur, kassaya yaxınlaşaraq hər hansı məhsulu götürüb sonradan həmin məhsulu almaqdan imtina edən müştərilərə qarşı narazı və kobud münasibət göstərirlər. Bundan əlavə, vitrində göstərilən qiymətlərlə kassada tətbiq olunan qiymətlərin uyğun gəlməməsi halları ilə dəfələrlə qarşılaşmışam. Bu hal müştərilərin haqlı narazılığına səbəb olur. Həmçinin əməkdaşlar vətəndaşlara, o cümlədən mənə qarşı “Siz görmürsünüz qiyməti? Biz nə edək? Eynək taxın” kimi ifadələr işlədərək kobud və yolverilməz üslubda danışırlar. Qeyd etmək istəyirəm ki, ərazidə yaxın məsafədə başqa market olmadığından, məcburən həmin marketdən istifadə edirik. Lakin marketə hər yaxınlaşdıqda demək olar ki, eyni xarakterli hallarla qarşılaşıram. Əməkdaşların müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq əvəzinə, narazı münasibət göstərməsi və kobud danışıq tərzi müştərilərdə ciddi narazılıq yaradır. Xahiş edirəm, qeyd olunan məsələ araşdırılsın, market əməkdaşlarının müştərilərlə davranışı və vitrində göstərilən qiymətlərin kassada tətbiq olunan qiymətlərlə uyğunluğu nəzarətə götürülsün, əməkdaşlara müştərilərlə etik və nəzakətli ünsiyyət qaydalarına riayət etmələri barədə müvafiq tədbirlər görülsün və görülmüş tədbirlər barədə mənə məlumat verilsin.
Oba Market haqqında daha çox rəy oxu