Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Servisə işlək olan Honor Pad 9 vermişəm, sadəcə üzərində 1-2 zolaq olduğu üçün. 220 manat təmirə pul istədilər. Razılaşmadım. İndi mənə məhsulumu tam yararsız hala gətirib geri göndərdilər. Bizə verəndə elə belə idi deyirlər. O hala salmağın məqsədi nəydi? O təhvil alınan ofisdəki kameralar açılsın. Və məndən. Nə formada alınıbsa, geri verilsin mənim məhsulum.
Bu gün Qara Qarayevdəki Bravo'da karta 17 AZN atanda 10 AZN-i bankomat götürmədi. Kassirə yaxınlaşıb soruşdum ki, "dəyişə bilərsiniz?" dedi, yox. Ancaq kassir ancaq özünü düşünməsəydi, özünü mənim yerimə qoysaydı, dəyişərdi.
Sentyabrın 8-də qab-yuyan maşının kreditlə alımasına müraciət etmişik, maşını bu gün ünvana təhvil verəndə cihazın üzərində cızıqlar edib geri qaytarmışıq. 143 nömrəsi ilə əlaqə saxlanılan zaman isə həmin cızıqlar ilə bağlı hansı ünvan alınıbsa, ora yaxınlaşmağı tövsiyə etdilər. Əgər həmin şirkət tərəfindən yararsız gəlibsə, bizim həmin ofisə yaxınlaşmağımız nə dərəcə düzgündür? Xahiş edirəm, araşdırılma apararaq məlumat verilsin.
Mənim məhsulumu itirib, 166 kargo. Bu kargoyla olmaz iş, toya paltar sifariş etmişdim.
Müştəriyə qarşı laqeyd və bivec davranan 2-ci bir mağaza yoxdur, özünüz kimi! 31 avqust tarixində Gənclik Mall mağazanızdan 2 məhsul almışam. 2 sentyabr tarixində evə çatdırılma olub. Məhsullardan biri qüsurlu olduğu üçün çatdırılma əməkdaşına təhvil verib, aktda həmin məhsulu minuslamışam, dəyişdirilməsi üçün qeydimi yazıb imzalamışam. Artıq bugün ayın 12-i. Çatdırılmanın üzərindən keçən 8-ci iş günüdür. Hələ də mənə bildirilir ki, məsələ araşdırılır. 1-ci növbədə, mən müştəriyəm və mənim heç bir günahım yoxdur ki, sənin məhsulun mənə qüsurlu gətirilib. Ola bilər anbardarın ya da çatdırılma komandasının günahı var. Bunun mənə heç bir dəxli yoxdur! Başa düşürsünüz bunu?! Yox, çünki müştərini anlamaq, prosesləri anlamaq səriştə tələb edir. 2-ci növbədə, öz daxili qaydalarınızı açın, oxuyun. Nə qədər xaotik vəziyyətdəysiniz ki, öz yazdıqlarınıza özünüz əməl edə bilmirsiniz. Özünüzə yazmışam və demişəm, burdan da deyirəm. Sahibkar, rəhbər başa düşürəm, yaxşı qazanc var. Müştəri ilə birbaşa əlaqədə deyilsiniz. Ancaq məni telefonda yola verən çağrı mərkəzi əməkdaşları - özünüzə normal iş tapın, heyifsiz.
Ardını oxu...Salam, uzun müddət şirkətiniz istifadəçisi olan abonentlərə qarşı heç bir kampaniya həyata keçirməmək. Mən 15 ildən çoxdur Azercell nömrəsi işlədərək, bir dəfə olsun bir kampaniyaya nömrəm düşməyib.
Xidmət səviyyəniz 0. Kart ləğv etmək üçün müraciət etmişəm, 2 saatdır növbə gözləyirəm. 5 nəfərin 2 nəfəri işləyir, bu nə rahatlıqdır belə?
Интернет очень ужасный. Повысили цены а скорость интернета низкая.
Здравствуйте. Вчера у меня на балансе было 9.33, мало того что у меня забрали 67 копеек, но сегодня ночью пока я спала, с моих денег каким-то образом сняли еще 6.20. У меня истек интернет только сегодня ночью! Куда делись мои деньги?! До операторов вообще не дозвониться, я с утра не могу дозвониться, полчаса звоню и никакого результата! Притом ушло с меня 50 копеек, хотя я даже не дозвонилась! А вообще разве звонок 777 не бесплатный? Я второй раз пыталась дозвониться и дописаться до их «бесплатных» онлайн-служб и операторов. С меня опять ушло 50 копеек! Теперь у меня на балансе из 10 манат осталось всего 2.31! Что за беспредел?!!!! Хотела написать в онлайн-чат, там тоже ждала, но в течении 15 минут моя очередь как была 4 так и осталась! Что за безобразие??? До вас ни дозвониться, ни дописаться! Вы вынуждаете людей переходить на другие телефонные провайдеры!
Ardını oxu...Salam, bu son 3-4 ay ərzində Kontakt Home şirkətindən həm satış, həm də online çatdırma xidmətindən şikayətim var. Online çatdırma təxminən 20 günə gəldi, o da min şikayətdən sonra. Aprel ayında LG televizor almışam, televizor xarab olub, 3 gündür LG servis və Kontakt Home arasında qalmışam. Avqustun 31-də Bakıxanov filialından 2 telefon almışam, hal-hazırda Samsung A55 modeli telefon almışam, o da defekt çıxdı. Qaytarmaq istəyirəm, deyirlər, servisə göstərin. Mən iş adamıyam, Laçında işləyirəm, hər dəfə düşüb sizin arxanızca gedə bilmərəm. Siz müştərilərin nazı ilə oynamalısınız, yoxsa mən məhkəməyə verəcəyəm.
Ardını oxu...Довольно выгодно платить 25 манат в месяц за высокую скорость интернета и ждать по несколько минут, пока отправится один маленький файл. Отвратительно, сайты не загружаются, приходится перезагружать страницы.
Həmişəki kimi Bakı Kart tətbiqində pul kisəsinə ailədə 3 nəfərin kartına yükləmək üçün 1 aylıq məbləğ daxil etmişəm. Xeyli vaxtdır ki, tətbiq işləmir və pul kisəsindəki pulu xərcləmək mümkün deyil. Bununla bağlı problemi həll etməyinizi xahiş edirəm.
Salam, hər vaxtınız xeyir. Mənim nömrəm 3 gündür bağlıdır, 2 tərəfli. Operatora zəng edirəm, düz 10 dəfədən çox dedilər ki, aidiyyəti qurumlar baxır, bir azdan düzələcək. 3 gündür nömrəm bağlıdır. Bu qədər çətindir ki, nömrə açmaq? Xahiş edirəm, nömrəmi açın. Ne zəng gedir, nə də zəng gəlir.
Bu şirkət (Citynet) tərəfindən çox haqsızlıqlar gördüm. Ödənişi etmişəm avqustun 9-u, internet avqustun 16-da çəkilib. İndi SMS gəlib ki, sabah ödənişin vaxtıdır (SMS gəlib 08.09.2024). Zəng vurmuşam şirkətə, Nərmin adlı operator deyir ki, bu belədir, belə də olmalıdır. Haqsızlıq!
Сотрудники нармобайл последнее время заняты чистым воровством баланса со счетов, постоянно исчезает сумма на балансе, тарифы, интернет пакеты воруются и списываются. Подняли в два раза тарифы на звонки с этого года, телефоны их не отвечают в течение месяца. Сделали платные сервисы которые были бесплатны раньше, например уведомление о балансе. Насильно навязываются услуги которые подписчик не заказывал. Этому беспределу надо положить конец. Лично я не нагружаю баланс уже 2 недели зная, что этот баланс будет украден тоже. Думаю перейти на другой оператор сотовой связи.
Ardını oxu...Mən də dəstək xidmətlərinə yazdım, heç kim maraqlanmadı. Həm sifarişləri düzgün gətirmirlər, həm də maraqlanmırlar.
Sistemlər gecikir, ödənişlər vaxtında oturmur.
Ən pis mağazadır. Televizor aldıq 4000 AZN-ə, 1 saat belə işləmədi! Şəkil getdi, səs qaldı! 2 ay bizi aldatdılar, sonra dedilər ya 50% ödəyin, ya da televizoru geri alacağıq! Aldanmayın, bunlar şarlatanlardır!
Çox pis işçiləri və problemli şöbənin rəhbəri Orxan adlı şəxs var ki, bunlar müştərinin problemini həll etmək əvəzinə, yola verməklə, loru dildə desək, baş aldatmaqla məşğuldurlar. Servis 0 dərəcədə pisdir.
Salam. Mən bu gün 06.09.2024-cü il tarixində 15 AZN dəyərində sifariş vermişəm. Almaq istədiyim məhsulun dəyəri 10 AZN-dir. Pulsuz çatdırılma olsun deyə 5 AZN-lik əlavə sifariş eləmişəm. Marketdə mənim sifariş verdiyim məhsul olmadığı üçün mənə məlumat vermədən başqa məhsul göndəriblər. Bununla bağlı sizin online çata yazanda sizin əməkdaşlar 10 AZN-i kartıma qaytardı, amma 5 AZN-i qaytarmadılar. Cavabında isə növbəti dəfə üçün marketə xəbərdarlıq edəcəklərini bildirdilər. Birincisi, mənim pulumla kiməsə xəbərdarlıq etmək lazım deyil. İkincisi, partnyorluq etdiyiniz marketin etdiyi məsuliyyətsizlik sizin göstərdiyiniz xidmətə zərər gətirir. Üçüncüsü, mən sırf almaq istədiyim məhsula görə əlavə 5 AZN-lik məhsul sifariş edirəm və onu geri qaytarmırsınız. Bu xidmət sahəsinə yaraşmayan bir ayıbdır və etik deyil.
Ardını oxu...Azal şirkəti 11 apreldə Mədinə-Bakı reysində çemodanımızı itirdi. Artıq 5 aya yaxındır ki, zəng edib şikayət etmədiyim telefon nömrəsi və məktub yazmadığım email yoxdur, amma 1 manat da olsa, kompensasiya ödənməyib. Süründürməçilik... elə bil dünyanın sivilizasiyadan uzaq, geri qalmış ölkələrinin hava yollarıdır.
Купил встраиваемый духовой шкаф Gorenje за 1300 азн, и еще миксер bosch, утюг phillips сделал оплату, сказали что привезём через день, прошла неделя, привозят духовой шкаф, без коробки, обмотанный стиджем, все остальное вроде в норме. Сказали что проверяли, поэтому упаковка не целостная, оставили уехали. Отмотал стрижд, а там все памятое. Звоню им на 6060, говорят что заявку приняли, разберёмся. Фоткаю и прихожу в магазин. Там меня заверяют что товар заменят как только он поступит. Оказывается эта модель в их магазине была последней, и на складе тоже нет. При демонтажа памяли. Прошел месяц, никто не звонит, ничего не говорят. Зашёл в магазин мне там говорят что вы должны были в течении 14 дней вернуть товар. Теперь ни чем помочь не могут. Лохотрон какой-то. Позвонил на горячую линию там тоже внятного ответа не было. Не помню где При опросе поставил 1 звезду, мне позвонили спросили почему такая оценка, объяснил причину. Извенились сказали что проблему решим, и опять молчит. Берите в рассрочку, и при возникновении проблем просто не платите.
Ardını oxu...Müraciət etmişdim ki, mənim modemim dəyişdirilsin. Lakin mütəxəssis gəlib bildirdi ki, "dəyişdirə bilmərik, modem bizim şirkətdə qeydiyyatda deyil." Özləri gətirib quraşdırıblar, indi də deyirlər, bizim deyil. Biabırçılıq. Mənim kodum: 33002003a008
Şikayətim özbaşına çəkilən xəbərsiz puldur. 20.11 AZN və 25.08 AZN sifarişə pul çıxılıb. Bu necə olur? Hansı ünvana çatdırılıb? Qəbzini tələb edirəm ki, mənə təqdim edəsiniz. Mən yemək sifariş etmirəm, Xırdalanda qalıram. Proqrama girəndə göstərir ki, ünvana çatdırılma yoxdur.
Bakıkart tətbiqi 1 aydan çoxdur ki, işləmir. Çox trajikomik bir vəziyyətdir. Təsəvvür edin ki, Bakı sakinləri üçün əhəmiyyətli bir tətbiqi 1 aydan çoxdur ki, düzəldə bilmirlər. Nə məsələdirsə, ABB tətbiqində Bakıkart ödənişinə 20% keşbek verdikdən sonra Bakıkart tətbiqinin nasazlığı düzəlmir ki, düzəlmir.
Mən sizi məhkəməyə verəcəm. Yəqin ki, danışıqlar qeydə alınıb. Mənə səhv məlumat verdiniz. Mən nə edirəm 17 manata 1.5 GB interneti? Mənə 10 GB demişdiniz.
Salam, mənim dayıoğlum Naxçıvandan gəlib, ancaq baqajı götürməyə gücü çatmır, yaşlı adamdır. Baqajı götürməyə icazə vermirlər, baqajın piltəsi də məndədir. Yeni rəis Pərviz yeni qanun çıxarıb.
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar