Borani haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Rəfiqəmlə birlikdə Borani Neftçilər filialının daimi müştəriləriyik. Ancaq çox təəssüf ki, həmin filialın bir çox əməkdaşları çox məsuliyyətsiz, nizamsızdırlar. Xüsusilə həmin filialda Nuhin adlı əməkdaş, sifarişlə bağlı istəklərimizin diqqətə alınmasını xahiş etdikdə, bizə sözümüzü bitirməyə icazə vermir və tənqidləri qəbul etmir. Və müştərilərlə münasibətdə hörmətsiz rəftar nümayiş etdirir. Restoran rəhbərliyinə bildirmək istəyirəm ki, belə əməkdaşlar restoran şəbəkənizdə olduqca nəinki daimi müştərilərinizi itirəcək, həm də yeni müştərilər qazana bilməyəcəksiniz. Sizdən qeyd etdiklərimi nəzərə almağınızı və həmin əməkdaş barədə müvafiq tədbir görməyinizi xahiş edir, əməkdaşlarınız üzərində nəzarəti artırmağınızı təklif edirəm.
Ardını oxu... -
Əhmədli filialında ən son olmuşam. İlk təəssüratım çirk, basırıq və qaranlıq mühit idi. Masalar elə çirklidir ki əl qoyursan yapışır. Çəngəl, bıçaq və stəkan da çirkli idi, dəyişdirilməsini istədim. Dəyişdilər ama yenə o deyildi. Çox üstlərinə getmədim ki yeməyə t*pürərlər. Potensial gördüm. Daha getmərəm o filiala.
-
Çox pis, nə düzgün xidmət var, nə müştəri ilə maraqlanma. Mən başa düşmürəm, müştəri gedib yeməyi aşçıya deməlidir ki hazırlayın? İki filialda olmuşam (Əhmədli və Neftçilər). Neçə dəfə yeniyetmə oğlanlara xidmət edilmir, amma yaşı böyük adamlara full xidmət var.
-
Sizin Əhmədli filialında kassir məsuliyyətsizdir. Çek vurub yaxınlaşdım. Məni gözlədir. İradımı bilfiirəm ki, qardaş, mən acam ki, gəlmişəm də bura, ofiasiantların gətirdiyi hesabı məndən qabağa niyə salırsan? Heç adamı vecinə almır. Çaevoya görə belə etməzlər. Yəqin kassirin də marağı var deyə ayaq üstə dayanan müştəri vecinə deyil kassirin.
-
Borani restoranının Neftçilər filialında Sona adlı personal çox tərbiyəsiz, həyasız qızdır. Yalan məlumat verib, özünü haqlı çıxarıb, göz suzdurur. Mədəniyyətizdi. Aferistlik düzgün deyil.
-
Bu gün Boranı Əhmədli fillialında da club sendviç sifariş etdim. Gətirdilər bum buz yani soyuducuda 5 saatdan artıq qalan bir sendviç kimi. Çağırdım ofisiantı soruşdum niyə belə. Dedi xanım club sendviç bele olur. Ozdə Ele bil heç vaxt yeməmişəm və tupoy olan mənəm.
-
Yeməklər çox gec gəlir, həddindən artıq, baxmayaraq ki ofisiantlar çoxdu
-
Şəhid uşaqlarına göstərilən diqqətə görə təşəkkürlər!
-
Maraqlidir..Xidmet seviyyesi cox yaxsidir..Qulluq ve s.qiymetler munasibdir.. Yeni cox raziyam
-
İşçilər, canlı musiqisi yaxşıdı ancaq yeməkləri əvvəlki kimi deyil menyu'da da dəyişiklik edilib azalma var, yeməklərin dadları da əvvəlki kimi ləzzətli deyil. Əlavə olaraq sadə verdikləri çayın yanında olan peçeniyeni zəhmət olmasa dəyişin Allah bilir necə ilindi o hər müşdəridə fırlanır 😀 Əvvəl Türklər işlədəndə super idi 👏🏻
Bələdçi.az saytının Borani şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Borani Baku reyler, borani baki haqqinda reyler, Borani shikayet, borani reyler, Borani kampaniyalar, Borani sikayet, unvan
Bakıda
