Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Salam, heç bir sürücü kartla qəbul etmir. Səbəb nədir? Əgər kart sistemi işləmirsə, onda ləğv edin. İnsanlar bu səbəbə görə nə qədər vaxt itirir!
2 gündür Nar Mobile ilə əlaqə saxlamaq istəyirəm, amma nə qaynar xətt operatorları, nə də filial nömrələri cavab verir. Bir sualdan ötəri mütləq harasa yaxınlaşmaq lazımdır? Onda bu qaynar xətt və əlaqə nömrələri nəyə lazımdır?
Salam, mən sizin interneti 5-6 ay olar ki, istifadə etmişəm. Müqaviləmdə aylıq ödəniş 18 manatdır. 1 illik müqaviləm bitmədən və ya müqavilə yenilənmədən 25 manata keçirilib, səbəb nədir? Üstəlik, son ödənişimi sentyabrın 11-də etmişəm, bu gün isə mesaj gəlib ki, son gündür, ödəniş edin. Bu necə olur? 18 manata 50 mb/s sürətlə internet verirsiniz, amma 25 manata 100 mb/s sürət verilmir. Heç bir dəyişiklik olmur. Xahiş edirəm, açıqlama verin.
Artan qiymətə uyğun tarif verilmir, 25 AZN ödüyürəm, 20 mb/s sürət əslində 100 mb/s olmalıdır. 1 ulduz da artıqdır.
Azeronline cavablayır:
Salam. Hörmətli abonent çətinlik davam edir?
Keş ki, -10******** ulduz olsa onu versək. 1 ulduz həddindən artıq çoxdur bu program üçün. 2 aydan çoxdur 80 AZN pulum qalıb. Yalandan adamı aldadırlar. Başınıza dəysin görəcəyiniz iş.
Salam aleykum, sizə yazıb bildirirəm ki, mənimlə müqavilə bağlanıldığında internetin qiyməti 18 manat idi, mənim də buna gücüm çatdığı üçün razılıq vermişəm. Hal-hazırda qiymət 25 manata qaldırılıb, bu isə nə əsasa? İnternet də çox zəifdir. Belə davam etsə, imtina etməli olacağam.
KFC elmlər akademiyası filialında qadın və kişi ayaqyolusu eyni otaqdadır və xanımlar adətən çoxluq təşkil etdiyi üçün kişiləri içəri girə bilmir. Və kişi ayaqyolusunun qapısı işləmir qapı kodunu yazmaq da olmur xarab olub.
555 qaynar xətt operatorları günün istənilən vaxtı cavab vermirlər və boş-boşuna hesabdan pul çıxılır. Ümumiyyətlə, şikayətimizə baxanda yoxdur. Şəkildə qeyd eləmişəm. Əgər bu yaratdığınız Bakcell proqramını yarada bilmirsinizsə, boşuna vətəndaşların əsəbləri ilə oynamayın. Tarifin dəyişilməsi mümkün deyil. Qeyd etmisiniz ki, Bakcell tətbiqi pulsuzdur. Tətbiqə daxil olmaq olur ki? Ümid edirəm, bu şikayətim hansısa əməkdaş tərəfindən DİQQƏTƏ ALINAR.
Bakcell-dən şikayətçiyəm. Mənim xəbərim olmadan mesaj göndərir ki, sizdən 6 manat çıxılacaq. Zəng vururam ki, məlumat alım, amma 2 gündür telefona cavab verən yoxdur. Belə məsuliyyətsiz şirkət heç bir yerdə yoxdur!
Salam. Şikayətim var. Mən 13 AZN kontur yükləmişəm saat 8:50-də. Saat 9:07-də balansda 3.69 AZN qalması ilə bağlı bildiriş gəlib. 10-15 dəqiqə ərzində 10 AZN necə istifadə edilə bilər ki? Mən bu zaman ərzində heç internetdən istifadə etməmişəm, yalnız m10-da Bakıkartdan istifadə etmişəm və Bakcellin internet paketlərinə baxmışam. İzah edin, xahiş edirəm, bu nə fırıldaqçılıqdır?! 10 AZN durduq yerdən hara gedə bilər? Sizin fırıldaqçılığınıza görə əlavə 9 AZN yüklədim. Bu məsələ araşdırılsın. Mən artıq bezdim, hər ay sizin bu fırıldaqçılığınızdan!
Minimum sərfiyyat tələbi adı ilə balansımdan 1.00 AZN pul çıxıb, mənə 60 dəq və 1GB verirlər. Ləğv etmək istəyirəm o da olmur. Düzəldin bu biyabırçılığı.
140 manatlıq cərimə heç bir halda abunəciyə məlumat verilmədən sənədlər imzalanır. Əvvəl sənədin maddələri abunəçilərə deyilmir, internet bağlandıqdan sonra, borc yığıldıqdan sonra məlumatımız olur ki, artiq cərimələnmişik. Abonent xəbər tutana qədər sayılmayan maddələr cərimə olunduqdan sonra məlumat verilir. Bu hansı ölkənin qanunudu belə milləti incidirlər. 212382340
Qiymətdə aldadılır. Üzqırxan qiymət qoyulub 36.39 man, kassa isə 39.29 man çek vurur. Artıq pulun qaytarılmasını təmin etməsəniz Antiinhisar Xidmətinə şikayət ediləcəkdir. Mehdi Mehdizadə küçəsi 27 də yerləşən Bravo marketdə pozuntuya kassir də ondan asılı olmayan məsələ kimi cavab verir.
Здравствуйте. Ваши изменения ужасны. Спорт пакет фикция, там нет новых актуальных каналов. Вы просто подняли цену, и это очень похоже на махинацию. Вы решили просто поднять цену любителям спорта. Люди это "оценят", вы потеряете в клиентуре, причем ощутимо. Я в таких условиях обмана и мошенничества продлевать с вами контракт не буду, и с удовольствием заключу контракт с альтернативными поставщиками услуг. Так же думают и также поступят ещё несколько ваших клиентов, с которыми мы общаемся. Вы с каждым сезоном все ухудшает. Сегодня же заключим контракт с другой компанией. Хотелось бы, чтобы Вы это знали Ваши менеджеры все портят, причем это делают целенаправленно.Что касается каналов, которых Вы добавили нелавно - шлак и ненужные. Вы к тому же подняли цену на спортивные каналы, ничего не добавили. Это фарс. Просто создали пакет. В пакете новых каналов не заметили. Ваши менеджеры почувствуют разницу. И так хотели отказаться, и ваши очередные непонятные действия окончательно подтолкнули на к этому. Наберите профессионалов, знающих рынок, понимающих актуальность каналов, возможности людей и доступность в наши дни альтернативных вариантов. Изменения ради только наживы не путь, это тупик. Имейте ввиду, и поменяйте менеджеров, которые не владеют навыками, и испортили за последние два года "всю малину". Ну что же, если вам не нужны клиенты, мы пойдем к тем, кому они нужны.
Ardını oxu...Bu axşam saat 22:55-də uçmalı idi təyyarə. Saat 00:16-da uçdu. Niyə səbəbsiz gecikdirirsiniz? Hər kəsin işi var. Sizin A Jet-dən nə fərqiniz oldu?!!
Salam. 26 sentyabr Nizami rayonundakı filialında sifariş etdim, 9 ədəd açılı qanad, lakin 4 ədəd qoyuldu. Sifarişi müdir müavini Nəzrin xanım götürdü, lakin digər əməkdaş icra etdi.
Camaatı dolamısınız, 67 qəpik nədir, hər dəfədə tutursunuz. Zəng edirəm, operator da götürmür.
Sizin dəstək xidmətiniz mesajlara baxmır, cavablandırmır, cavablandırsa belə ətraflı izah etmir. Bu səbəbdən mən sizin bankı şikayət etməyə qərarına gəldim. Çox məsuliyyətsiz yanaşırsınız müştərilərə.
Сдал джойстик от PS5 по гарантии, в бесплатном ремонте мне отказали, хотя дрифт стика относится к гарантийному случаю. По итогу предложили починить за 20 манат, скинули мне номер чей-то карты, на вопрос чья карта нормально ответить не могут, чек дать тоже не хотят, просто переводите неизвестно куда. Короче мошенники, сервиса нет, работают в черную, закон о правах потребителей для них не существует, гарантия это значит ремонт за свой счет.
25.09.2024 утром в 7.03 водитель после принятия заказа написал в чат, что отказывается ехать и попросил отменить заказ. На что я ответила, что не буду этого делать, так как у меня спишется сумма и упадет рейтинг как хорошего клиента. Он не отменил заказ, сделал так,что якобы он на месте и ожидает, хотя на карте видно, где его местонахождение. Адрес прибытия должен был быть Зыхское шоссе 26, а он находился в районе Халглар Достлугу. Прилагаю фото, очень прошу принять соответствующие меры о водителе и его сервисе.
Mən malımı sifariş vermişəm Temudan. Mallarımız çatdırılma şirkəti tərəfindən müsadiyə olunub. Məhsul bizə çatdırılmır. Sisteminizdə çatdırılmış kimi görünürsə, qanunsuz olaraq mallarımızı zəbt ediblər. Bizə məhsulumuzu vermirlər. Zəhmət olmasa, bu barədə bizə yardımcı olun.
Tanıdığımız ən məsuliyyətsiz şirkət! Camaatı gic yerinə qoyurlar!
Müştəri məmnuniyyəti yoxdur, zəng edirəm, düşə bilmirəm. 1 saat xətdə gözlədirlər, yalandan pul tutsunlar deyə, kargom ünvana çatdırılmayıb, bu nə biabırçılıqdı?
Ужасно! полтора часа ждал ответа оператора . Без моего ведома внесли мой номер в компанию смс приходили в день 10 штук . На просьбу деактивировать оператор ответил что это понимаешь ли решение руководства. АБСУРД! Это нарушение прав. Буду менять на другой оператор сети раз такое предательское отношение.
Ünvana çatdırılma sifarişi verilmişdi. Gün boyu gözlədik, sifariş çatdırılmadı. Bununla bağlı heç bir məlumat da verilmedi. Halbuki dəqiqləşdirmişdik ki, gün ərzində çatdırılacaq, ya yox. Çatdırılacağı bildirildi. Bu nə sistemdir, anlamıram. Camaat bekar evdə oturub kuryer nə vaxt gələcəyini gözləməlidir?
21 Sentyabrda Bakıdan Moskvaya gəldik. Baqaj xidməti çox pisdir. Çemodan qırıq şəkildə gəldi, baqajın biri ümumiyyətlə gəlmədi. Gözləməli olduğumuzu dedilər, sonra dedilər ki, ümumiyyətlə gəlməyib, biz də çarəsiz şəkildə getməli olduq.
Araz supermarketdəki işçilər çox kobud davranırlar (Abşeron, Mehdiabad, Qarant Şəhərciyi).
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline cavablayır:
Salam. Sizə köməklik edə bilməyimiz üçün zəhmət olmasa sürəti ölçüb abunə kodunuzla birgə bizə yazın.Sürəti ölçmək üçün speedtest.net