Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Salam. Bu gün saat 17:00-da Bolt taksi sifariş verdim, hava limanına. Qiyməti 6.80 AZN göstərirdi, maşın gəldi, sifarişimi götürmədi. 3 maşın belə imtina etdi. Deyir ki, 20 manat ödəniş elə, aparım. Yəni 7 manatla 20 manat birdir? Yazışmada da yazıb, mən skrin edib başqa səhifələrdə paylaşacağam. Birinci növbədə insanlıq olmalıdır. 20 manata elə hava limanının taksisi ilə gedə bilərəm. Bolt sifariş edirəmsə, deməli, öz büdcəmə görə edirəm.
Bakcelldən şikayətçiyəm, xəbərim olmadan balansımdan 2 manat və 0.67 qəpik tutulub. Heç bir tarifə qoşulmamışam. Bu, xalqın cibinə girmək deməkdir. Hamı birləşsin, məhkəməyə verək. Telefona da cavab vermirlər.
1.99 AZN müqabilində nömrənizə 60 ölkədaxili dəqiqə və 1 GB internet paketi təqdim olundu. İstifadə müddəti: 15 gün. Belə şey olar? Bir soruşan yoxdur ki, istəyirsənmi, lazımdırmı sənə dəqiqə, internet? İcazəsiz, xəbərsiz pulu çıxırlar. Neyniyək, nömrəni tullayaq? Operatorla əlaqə saxlamaq mümkün deyil. 15 dəqiqəyə yaxın gözlədim, sonra musiqinin səsi başımı apardı, otboy verdim (insanı əsəbi vaxtı narahat edəcək ritmik bir mahnı seçilib). Müştəri xidmətinə zəng edən kəfini pozmur, nəsə narahatçılığı olur ki, zəng edir. Çatına girirsən ki, yazasan, deyir agentlərimiz məşğuldur. Dəlixanadır, konkret.
Ardını oxu...Salam. Axşamdan internet yoxdur. Səbəb nədir?
Bu nə deməkdir, iki dəfə mesaj gəlib ki, 0.66 AZN çıxıldı balansdan. Əvvəllər 1 qəpiklə öyrənirdik. Dələduzluqdur bu, yeni dələduzluq növü.
Aztelekomun işçiləri internet çəkməyə gəlirlər, biri deyir "ucluq" yoxdur, o biri deyir "danam acından öldü, gedirəm danaları yemləməyə". Bir sözlə, işçilər başsızdır, nəzarət sıfır səviyyəsindədir. Düzgün bir rəhbər işçi təyin etməyiblər ki, işi ardıcıl şəkildə bölsün. İnternetin sürətinə gəlincə, 100mbps deyirlər, amma heç 49 mbps yoxdur. Amma 27 AZN ödəmək tələb olunur. Bir sözlə, bardaq nəzarət yoxdur. Allah millətimizə kömək olsun.
Gün ərzində dəfələrlə internet kəsilir, 100 mbps sürət üçün 25 AZN alırlar, amma sürət 25-30 mbps, bəzən ən yaxşı halda 50 mbps olur. Modemləri çox zəifdir, naqillərin keyfiyyəti zəifdir. Əlavə olaraq, işıqlar tez-tez kəsildiyi üçün internet xidməti daimi əlçatan deyil.
99-XA-767 nömrəli ağ rəngli Hyundai Tucson sürücüsünün adı Aydandır. Bu sürücünün maşınında əşyamız qaldı, sonra zəng etdik, amma nömrəsinə zəng çatmadı və əşyanı geri qaytarmadı.
Ödəniş etmişəm, lakin pul oturmayıb. Yazıram və zəng edirəm, cavab vermirsiniz. Bank deyir bizdən çıxıb və onların balansına oturub.
Təəssüflər olsun ki, son zamanlar taksi sifariş edərkən qeyd olunan maşın nömrəsi əvəzinə başqa marka maşın, başqa nömrə ilə gəlir. Artıq ölçü götürmək zamanı gəlmədimi?
Biz Quba rayonu Haçaqalar kəndində yaşayırıq. Bizim kəndə internet çəkilib, bizə çəkilməyib. Gəlib baxıb deyirlər ki, biz özümüz torba qoymalıyıq, korobka ilə ev arasında 60-70 metr məsafə var. Bu düzgündür?
Mesajlara cavab vermirlər.
Binə Atçılıqda 4 yol marketin yanındakı Oba marketdə son istifadə tarixi keçmiş mallar satılır və vitrində bir qiymət, kassada başqa qiymət yazılır. İrad bildirəndə isə hay-küy salırlar.
Aztelecom və KATV 1 iddia etdiyi 100 mbps internet sürəti yerinə 36-37 mbps təmin edir. Bununla bağlı şikayət etdikdə, "bizdə belədir, hara istəyirsiniz şikayət edin, bizdə və bütün şirkətlərdə belədir" deyib müştərinin şikayətinə baxmırlar. Əgər sürət əvvəlki kimidirsə, niyə 25 manat tələb edirlər bizdən? İnternetin qiyməti həddindən artıq bahadır. Təkcə mən yox, bütün vətəndaşlar narazıdır. Xahiş edirəm, internet sürətinə görə qiymət müəyyən edilsin. Sürət aşağı olduğu üçün qiymət də ona uyğun təyin olunsun.
Salam. Neftçala Obalarına verilən çörəyə duz qatmırlar. Bu nə məsuliyyətsizlikdir? Və çörəyin xəmiri qat-qat içində qalır. Bu cür hərəkət yolverilməzdir. Xahiş edirəm, dərhal bu məsələyə əl atılsın.
90OE172 nömrəli taksi sürücüsü arxada müştəri xanım varkən telefonla danışır, çox pis və iyrənc söhbətlər edir, hətta telefon diktafonda idi, hər şey eşidilirdi. Xahiş edirəm bir tədbir görülsün və mənimlə əlaqə saxlanılsın.
Kontakt.az saytından sifariş edib onlayn ödəniş etdiyim halda, şəxsi hesabımda sifariş görünmür.
Bakcell əvvəllər həqiqətən yaxşı operator olub. Lakin son iki ildir ki, oğurluqla məşğuldur. Son aylarda oğurluq daha da artıb. Deyək ki, siz internetdən 1 mb-lıq şəkil yükləsəniz, 5 mb hesablanacaq. Nəticədə aldığınız internet paketi 3 günə bitəcək. Bu azmış kimi gecələr balansınızdan oğurlayırlar. İzahlı qaimədə hər şeyi görə bilərsiniz, səhərə yaxın yatdığınız vaxt.
Salam, axşamınız xeyir. Mən 2 aydır ki, iki ədəd yeni LG kondisioner almışam. Biri 40m², o biri isə 60m² üçündür. Lakin 60m²-lik kondisioner içəri su verir. 1 illik qızıl zəmanəti var. Lakin zəng edirəm, cavab verən yoxdur.
Hörmətli Bakcell, artıq 40 gündür ki, sizinlə əlaqə saxlaya bilmirəm. Operatorun qəbuluna düşə bilmirəm, zəhmət olmasa, dəyərli vaxtınızdan ayırıb cavab verin. Bilmirəm dərdimi kimə deyim.
Çox pis keyfiyyətli internet və servisdir. Niyə məndə internet yoxdur? Abonent kodu 001246871. Zəng vurmaq sizə mümkün deyil.
Siz sürücünüz bizim evə çatanda əlaqə saxladı, məbləği öyrənib gedişi ləğv etdi. Sürücünün adı İmrandır, Opel Astara sürür, çox pisdir. Nəzərə alasınız.
Niyə tətbiqə daxil olmaq olmur?
Salam, dünən Bolt gedişi olub, kartdan pul çıxıldığı halda bir daha nağd alış oldu.
Salam, yazıb sizdən xahiş edirəm ki, məsələmə aydınlıq gətirəsiniz. May ayında stolüstü kompüter sifariş vermişdim, gətirdilər, lakin məhsul brak çıxdı. Artıq 4 aydır tələb edirəm ki, ya dəyişin, ya da təzəsini verin və ya tam geri qaytarın. Mənə deyirlər ki, dəyərləndirmə olacaq. Bu gün də zəng vurub deyirlər ki, 1560.38 AZN-dən cəmi 370 manat çıxılacaq, yerdə qalan məbləği isə sizin üçün aylara böləcəyik. Məhsul məndə deyil, brak məhsula görə niyə mən ödəniş etməliyəm, başa düşmürəm.
Bakcell-ə 7 həftədir gecə-gündüz zəng edirəm, operatorlar cavab vermir. Nə qədər konturum gedib. Özbaşınalıq baş alıb gedir.
Bir qəpiklik internet deyil, sürəti zəifdir.
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar