m10 haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Fırıldaqçıdırlar, 2 həftədən çoxdur ki, pulumu geri qaytarmırlar. 8100 manatımı bloklayıblar. Ehtiyatlı olun!
-
Texniki dəstək xidməti ilə bağlı pis təcrübəm oldu. Onlar mənə Telegram vasitəsilə lazım bildikləri kimi cavab verirdilər. Hesabımı izahat vermədən dondurdular. Vəsaitlərimin təmizliyinə dair sübut təqdim etdim, amma bunu təsdiqləmək üçün 8 gün çəkdilər və sonra əlavə sübut tələb etdilər. Başqa hansı sənədləri təqdim edə biləcəyimi soruşanda M10 işçiləri yoxa çıxdı. Dörd gün bu səriştəsiz işçilərdən heç bir cavab almadım. Nəticə: vəsaitlər donduruldu və heç bir cavab verilmədi. Mən bunu dünyanın ən axmaq və xəyanətkar texniki dəstəyi hesab edirəm. Siz əlasınız və mən heç vaxt bundan pisini görməmişəm. Cüzdanınızda böyük miqdarda pul saxlamamağı və dürüst desəm, bu fırıldaqçılarla əlaqə qurmamağı məsləhət görürəm.
Ardını oxu... -
Salam Mən Leo hesabımdan M10-a ödəniş etdim. Lakin LeoBankdan ödənişin çıxılması təsdiq olunub. Amma M10-də ödəniş imtina olunub. Xahiş edirəm mənə kömək edəsiniz
-
Mən m10 tətbiqi vasitəsilə mobil nömrəmə kontur yüklədim 19 AZN əvəzinə 190 AZN vurmuşdum nömrəmin balansından azercell bu pulu çıxıb m10 tətbiqi hələ də pulu mənə geri qaytarmayıb hesabıma həmişə də eyni sözü deyirlər, əməliyyat icradadır.
-
Cox pis proqramdır, içində pul blok edirlər məni, açmırlar da, nədir nədir, 10-15-20m köçürmə eləmişəm, deyirlər, nə işlə məşğulsan.
-
Cox keyfiyyətsiz xidmət göstərilir, çətinliyin olsa, vay halına. 2 həftədir 20 AZN pulu qaytara bilmirlər.
-
Salam. Leobank kartımdan M10 tətbiqi vasitəsilə çıxarış etdim, vəsait kartdan çıxdı, amma balansıma oturmadı. Bu hadisə zamanı dərhal yoxladım, lakin pul nə M10-da görünür, nə də Leobank kartımda qalıb. Hər iki tərəflə əlaqə saxlamağa çalışdım, amma məsələ hələ də həll olunmayıb. Xahiş edirəm problemin araşdırılması və vəsaitin geri qaytarılması üçün tədbir görülsün.
-
Salam, mən pul vurmuşdum bank hesabına, məndən artıq 6 AZN tutulub niyə görə və yazılmayıb ki, komissiya tutulacaq, əlaqə nömrəsində yoxdur ki, sizinlə əlaqə saxlayıram.
-
Çox güvənsiz, problemli proqramdır. 6 gün əvvəl pul nağdlaşdırma etmişəm, hesabdan pul çıxıb, amma ala bilməmişəm. Kapitala zəng edirəm, “M10-un problemidir” deyirlər, M10 isə “Kapitalın problemidir” deyir.
-
50 dəfə üz qeydiyyatdan keçmişəm robot kimi eyni sözü təkrarlayır, texniki cetlinlik yoxdur deyir, o birsi telfonanda keçdim yenə alınmadı bu şirkətin tətbiq düz əməlli işləmir pulları necə qoruyacağ saymamazlıq
Bələdçi.az saytının m10 şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
m10 Baku reyler, m10 baki haqqinda reyler, m10 shikayet, m10 reyler, m10 kampaniyalar, m10 sikayet, unvan
Bakıda
