Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Mən Birmarketdə ətir aldım. Məni aldadılar, geri qaytarılma etmədilər. Saxtalığı kənara qoyaq, onlayn olduğu üçün heç qaytarmaq olmur və kime edəcəyini də bilmirsən. Valentino ətiri istəmişəm; fərz edin içini Libre ilə doldurub göndəriblər. Saflıqla da, bu nə deməkdir?
-
Birmarket Moulinex Fresh Express aldım, içindən məhsul eksik çıxdı. Zəng etdim, problemi həll etmədilər.
-
Birmarketdən sifariş vurmuşam. Özləri mayın 9-12-si aralığını iş günü saymadıqları halda məhsulun geri qaytarılmasının qarşısını almayıblar. Hal-hazırda da həmin məhsulu sifariş etmək olmur.
-
Такого списания с карты я не ожидала. Они списывают с BakiKart и Birbank одновременно... Получается мой проезд не 0.6 коп., а 1.20 — это кошмар!!!! И дозвониться к ним невозможно!!! ((( Видимо за наш счёт себе зарплату начисляют... Я возмущена!!!!
Tərcümə et
-
Telefonumu itirmişəm, taksidə. Nömrəm budur: ***
-
Mənim kredit borcum yoxdur, amma mənim adıma 11.90 borc yazılıb. Bir gündə 3 manat kreditə kontur çıxdı. Heç bir tarifə qoşulmamışam. Nar Mobildən şikayətçiyəm.
-
Ağ şəhər körpüsündən 28 Mall önünə, saat 18:30-da vurulan, ağ rəngdə, 90-??-645 nömrəli sürücü. Maşına əyləşdikdən sonra sərt bir şəkildə "salam verməmisiz" deyib, dostumu və məni maşından düşürdü və "şikayət edəcəyəm" deyəndə "kimi istəyirsən et" dedi. Ya tədbir görülsün, ya da mən Instagram hesabımda paylaşacağam, Ayna agentliyinə bildirəcəyəm. Nömrənin orta hissəsini xatırlamıram.
-
Buna neçənci dəfədir, uşaqlar dərsə yubanır, bolt vuram mesaj yazır, uzaqdı, gələ bilmirəm. Bunu tədbir görülsün. Əsasən də 75-BO-832 nömrəli maşın.
-
Heç kəsə demədən Daimonline 7 tarifini ləğv edib, Daimonline 9 tarifinə məni keçiriblər.
-
Salam. Şikayətimiz odur ki, bizim 1000 manat tam kart vardı. Onun gecikməsinə görə, tam ödəsək də kredit ala bilmirik. Qalmışıq zülmdə. Yoldaşım xəstəxanada işləyir, hökumət işidir, maşında gecikir deyə bankda da gecikmə gedir. İndi borcumuz çoxdur. Bank əlbəttə onları bağlamaq istəyir ki, vaxtında bankı ödəyək. Bizə kömək edin, bu iş götürülsün, qabağını ala bilək bankdan pul. İndi bank maşını tutmasına icazə verib. Xahiş edirəm, kömək edin.
-
İşləmişəm nə vaxtsa çox sərfəlidir
-
Vurduğumuz konturlar yox olur. Kredit götürürük, tarifi yeniləyək, qalan dəqiqə, meqabayt itməsin. Qəsdən verdiyi krediti çıxır. Bir gündə 24 AZN pulumuz getdi. Meqabaytı yeniləyə bilmədik, qaldı, batdı. Siz insanların üstündən mənfəət yaşamağa başlamısız, ancaq mənfəət yeyirsiz.
-
Aldığım Shaub Lorenz soba zavod defekti ilə gəlib, martın 16-dən bu günə qədər guya detal sifariş olunub, artıq 2 aydır hələ də heç bir xəbər yoxdur, servis bərbad, görəsən 2 ayda bu detal yenidən istehsal olunur?
-
Hər ay stabil Gencol tarifindən istifadə edirəm. Bu gün etdiyim ödəniş (9 AZN) mənim istəyim olmadan və fiziki heç bir seçim etmədən sistem məni özü təyin etdiyi "internet" paketinə atıb. 9 AZN ödəniş etmişəm, 3 GB internet paketi verib. Amma proqramda hələ də Gencol tarifim var. Operatorla danışıram, kod verir ki, ləğv edə bilərsiniz. İzah edə bilmirəm ki, mənim istəyim olmadan sistem niyə özbaşına mənə tarif təyin edib pulumu çəkir?! Bəlkə məni qane etmir, bəlkə daha üst paket təyin edəcəyəm. Avtomatik tarif yüklənib və mən ləğv etmək məcburiyyətində qalıram. Tariflərin qiyməti dəyişibsə abunentə məlumat bildirişi gəlməlidir, özbaşına sistemin müştəriyə paket təyin etməsindən ciddi şəkildə narahatam və şikayətçiyəm! Ödənişli xidmətlər (bütün sektorlarda) müştəri tərəfindən seçilib təyin olunmalıdır, sistem avtomatik və əsassız buna qərar verə bilməz, bu qeyri-qanuni xidmətdir. Siz xidmət göstərən tərəfsiniz, abunent isə xidmət alan tərəfdir və bu məntiqi olaraq abunentin istəyi əsasında təyin olunmalıdır. Sistem buna avtomatik qərar verə bilməz.
Ardını oxu... -
Salam, hörmətli Bravo kollektivi. Sizin Abşeron City Xırdalan kompleksi ərazisində açdığınız market biz sakinlərə çox xoşdur, lakin burada bir çox yaşayan insanlar, xanımlar var ki, burada Bravo marketin mühafizəçisi haqqında çox qeyri-etik hərəkətlərinə görə narazıyıq. Abşeron Xırdalan Bravo Market, Heydər Əliyev prospekti ərazisində yerləşən Abşeron City yaşayış kompleksinin içəri qapısı olan Bravo marketi, sizə şikayət yazıb bildirirəm ki, qapıdan içəri girişdə, 6 may saat 19:00 vaxt ərzində o postda oturan mühafizəçi haqqında şikayətim vardır. Xahiş edirəm ki, burada yerləşən kamera görüntülərini ortaya qoyub onun o postdakı çıxışında müştərilərlə davranışı, etikası, qızlara, qadınlara hərəkətlərini müşahidə edəsiniz. Bu şəxsin evində anası, bacısı yoxdur? Yoxsa bu Bravo filialında sanki gələn-gedən onun düşündüyü, gördüyü kimdir? Burada yaşayan sakinlərin ərizəsini, imzasını toplayıb yazılı formada da şikayət ərizəsi verəcəyik. Lazımi göstərişlərinizi verəsiniz, nəzarət olunsun. Təşəkkür edirəm, öncədən sizə.
Ardını oxu... -
İşə baxilmır, məsuliyyət deyilən şey yoxdur
-
Bərbad
-
İnternet kəsilib Əhmədli ərazisi. Bərpa edilməsi çox gecikir.
-
Normal internet paketi yoxdur, hamısı çox bahadır və qiymətə görə verilən internet çox azdır. Ucuz paket götürəndə tez bitir, baha götürəndə isə maddi çətinlik yaranır. Nəzərə alınmalıdır ki, hər kəsin imkanı çatmır, hər dəqiqə internet götürməyə. Belə getsə, nömrəni dəyişəcəm.
-
Nərimanov servisinin xidmətindən çox narazıyam. Operatorlarınız “bu haqda heç nə deyə bilmərik” cümləsindən başqa heç nə bilmirlər. Əlaqə saxlayacağıq deyib əlaqə saxlamırlar. Zəmanət şərtinə görə qaytarmaq istəyirəm, onu da etmisiniz. Məqsədiniz nədir bilmirəm? Ətə bu qədər qara çıxır, problem yoxdur, əti çəkir deyirlər.
-
Ужас! Просто ужас! Араз Маркет в Ахмедлах, недоезжая до заправки. Просто ужасный сервис, персонал. Грубость на первом месте. Стоишь у витрины, и видят: ааа что, стоит клиент — ноль реакции. Вообще, у вас и с ценами проблемы, и с датами товара проблемы, персонал — кошмар везде. В следующий раз за такое общение с людьми, за неуважение вообще к человеку я буду писать жалобу в другие места. Нет уважения ни к старшим, ни к младшим. Я не понимаю, почему никто не следит за этим. За что получают зарплату ваши работники — за то, чтобы отпугивать клиентов? Ни за что я больше не зайду туда.
Ardını oxu...
Tərcümə et
-
Qırıq televizoru satıblar, fikir vermədən mağazadan təhvil almışıq. Daha sonra apardım mağazaya, bildirdim ki qırıqdır, dedilər təhvil almısınız. Kamera görüntüsü istədim, amma göstərmirlər. Mağazaya televizoru verdim ki servisə göndərsinlər, onlar araşdırsınlar. 17 gündür, bir xəbər yoxdur. Qaynar xətdə yığırsan, növbəniz 2-dir deyir, ancaq heç növbə dəyişmir. Canlı çata yazıram, deyir kömək edə bilmərəm. Şirkət bağlanır deyə qırıq malları ötürürlər. Qətiyyən heç nə almayın.
-
Səhv ünvana və səhv şəxsə çatdırılma barədə rəsmi şikayət (UTD05********). Mən bu müraciəti kuryerinizin və sisteminizin yol verdiyi ciddi qanun pozuntusu və səhlənkarlıqla bağlı yazıram. Bağlamamın "çatdırıldı" statusunda olmasına baxmayaraq, o, tamamilə başqa şəxsə və başqa şəhərə verilib. Faktlar bunlardır: Ad Səhvi: Mənim adım Aygüldür, lakin kuryerin təqdim etdiyi "çatdırılma sübutu" fotosunda bağlamanın üstündə "Firuzə Elsevər qızı" yazılıb. Məsuliyyətsizlik: Bu qədər aşkar sübut (ad və şəhər fərqi) olduğu halda, mənə hələ də "araşdırırıq" deyərək iadəmi gecikdirirsiniz. Mən artıq bankıma (ABB Bank) beynəlxalq şikayət (Chargeback) sorğusu göndərmişəm və Azərbaycanın İstehlakçı Hüquqlarının Müdafiəsi xidmətinə müraciət etmişəm. Dərhal TAM İADƏ (Full Refund) tələb edirəm. Əks halda, bu işi hüquqi müstəvidə sonuna qədər davam etdirəcəyəm.
Ardını oxu... -
Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə haqsızlıqdır? Bu nə hörmətsizlikdir? İşçilər edirlər.
-
Я клиент этой компании. Уже некоторое время у меня нет интернета. Звоню — никакой реакции. Очень ужасное обслуживание. Никому не советую.
Tərcümə et
-
Ваш банк самый уродливый банк в Азербайджане
Tərcümə et
-
Hər ay, hər həftə internet 7–8 saatlıq kəsilir. Qaradağ rayon, Sahil qəsəbəsində Gülbabayev 9D, Fətəlinin binasında. Buna nə vaxtsa son qoyulacaq, ya yox? İki ildir düzəməlli belə işləmir, nə ötürmə qabiliyyəti, nə də internet var. Xəta nəzarətçiləri ilə mütəmadi əlaqə saxlamaqdan hər iki tərəf artıq bezib. O üzdən bir neçə abonent artıq başqa provayderə keçmək qərarına gəlmişik. Ya son qoyun buna, ya da müştərilərinizlə vidalaşın. Bütün hamıya da alfanetin düzəməlli işləməməsinin təbliğatını belə aparacağam ki, heç kim qoşulmasın. Son dəfə deyirəm, bu ay nəsə olmasa dəyişəcəm.
Ardını oxu...
Ən çox şikayət olunan şirkətlər
-
"Dünən Türk səfirliyinin yanından Şərifzadə küçəsi, Günəş Petrolun yanına 5.90 manat yazmışdı. Çatanda bir də yoxladım, 5.90 qalmışdı. Amma sürücünün tətbiqində 8 manat göstərirdi. Nə üçün klienti alda..."
Şirkətin səhifəsinə keç
— Эльдар -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirkətin səhifəsinə keç
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirkətin səhifəsinə keç
— Nura -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Şirkətin səhifəsinə keç
— Eldəniz
