Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Umico kimi masennik app yoxdur. Yalandan məhsullar yerləşdirilir səhifəyə, baxıb alırsan pul ödəyirsən, sonra zəng edib deyirlər bu məhsul yoxdur filan rəngi var. Masenniklər. Gərək sifarişi edib özləri edən kimi məhsul gələndə deyəsən ki, almıram, filan rəngi istəyirdim.
-
Müştəri xidməti sıfır. "Həll edəcəyik" deyib yox olurlar. Fırıldaqçı, məsuliyyətsiz bankdır. İlk dəfə müştəri oldum, 2 həftə sonra peşman etdilər. Sifariş etdiyim kartları göndərmirlər. Əlaqə saxlanılmır. Yəni ən bərbad bank.
-
Salam, mən Azəronline-dan narazıyam. Mən internetin aylıq ödənişini eləmişəm, lakin açılmır. 8220 zəng edirəm, deyir əməkdaşlar yaxınlaşacaq, amma ortada heç nə yoxdur, ortada 10 manatlıq kontur gedib, amma heç nə yox. Belə getsə, mən sizin xidmətdən imtina edəcəm. Çox məsuliyyətsiz yanaşırsınız. Mən indiyə kimi belə məsuliyyətsiz internet şirkəti görməmişdim.
-
İnternet çox öz-özünə 1 saniyəliyinə kəsilib gəlir. Bezmişik daha, tədbir görün oyunda olanda internet direk kəsilir. Hər şey yarıda qalır.
-
Никогда не покупайте тут электронику. Если она не будет работать, а она не будет работать, вернуть вы её не сможете. Я принес обратно в магазин неработающий аэрогриль, чтобы мне её заменили или вернули деньги, но мне начали втирать про сервис. Поняв что нечего им говорить, согласился на сервис. И знаете, что? Уже где-то месяц товар пылится в анбаре. И никак люди там не разбираются в ситуации.
-
Metroparkdakı MC DONALDS dubl big mac menyu 3 ədəd sifariş etmişik, bizə gətirdikləri isə fri kartof kiçik boyda idi. Şikayət üçün yaxınlaşıb dəyişdirmək istədik, dəyişmədilər. Personalın müştəri ilə davranışı sıfır, hələ bir adam elə salmağı, problem həll etmək yerinə insanın üzünə durur, sıfır! Şikayətimi nəzərə alın.
-
Yaxşı bilet yarasızdırsa, çıxılan məbləği niyə geri yükləmirsiniz, ay acgözlər.
-
Artıq 5 gündür internet xətti qırılıb təmir edən yoxdur. Bugün sabah, bugün sabah həftə tamam oldu. 25 AZN ödədiyim günün sabahı oldu. Çox peşman oldum, pul ödədiyim üçün. Xidmət sıfır.
-
Çindən bağlama 7 günə Bakıya çatır, gömrüyü keçir və bundan sonra əlavə 7 günə Bakıdakı məntəqəyə çatdırılır. Yəni 4000 km məsafəni bağlama 7 günə dəf edir, ancaq 15-20 km məsafəni 1 həftəyə daşıyırlar.
-
Salam, aprel ayının 9-u ödəniş edildiyi halda bu gün internet kəsilib. Xahiş edirəm, təcili açasınız.
-
Azeronline cavablayır:
Salam. Xəttinizlə bağlı ətraflı məlumat üçün qaynar xəttimizlə əlaqə saxlayın zəhmət olmasa.Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
-
-
Salam, Bakı Electronicsdən aldığım kompüteri 2 ay işlətmədən problemlər çıxdı, mən də servisə müraciət etdim, 1 aydan çoxdur ki, geri donuş olmur. Hüquqşünasam, aidiyyəti qaydada dava açmağı düşünürəm. Eyni problemləri yaşayanlardan bu paylaşımına geri dönüş etməyini rica edirəm. Ərizələr nə qədər çox olsa, işə də o qədər əksiyyətli baxıla bilər. Mail adresim [email protected]
-
Salam, mən bilmirəm sizə deyim. Fırıldaqçılar. 1 ay olacaq, mənim trendyoldan vurulan sifarişimi gətirib çatdırmamısınız.
-
Salam. Mən 08 aprel/12:00 reysi ilə i̇stanbuldan bakıya bilet almışdım, təyyarə narazılığına görə 21:30-da mindik. Bununla bağlı heç bir üzr istəmədi və zərərin qarşılığı ödənmədi, itirdiyimiz vaxtı əsəbi stresi demirəm hələ, zəhmət olmasa geri dönüş edərsiniz.
-
Fırıldaq, ancaq aldatmağı bilirlər, camaatın pulunu yeyirlər, heç kəsəndə qorxmurlar.
-
Çox pis xidmət. Belə getsə, nömrəni dəyişəcəm.
-
Второй день жду ответа от поддержки. Привезли поврежденный товар. Детский памперс с одной стороны дырка И памперс грязный, я уже молчу о том, что гигиена нарушена. Курьер сказал, за повреждение я не отвечаю, мне так дали товар. Попросила оформить возврат. Молчат. И чек не положили в пакет.
-
İnternet sürəti bərbatdır. Başqa provayde axtarıram. Dəyişəcəm bunu tez bir zamanda..
-
Salam! Yazıb, Sizə bildirirəm ki, mənim maddi imkanım məhdud olması ilə əlaqədər olaraq abonent kodumu birdəfəlik dayandırılmasını xahiş edirəm.
-
Azeronline cavablayır:
Salam. Qaynar xəttimizlə əlaqə saxlayın zəhmət olmasa.Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
-
-
İnternet bərbaddır, hər ay 25 AZN ödəməyimizə baxmayaraq işləmir. İndi də internetin şunuru çöldən kəsilib. Modemin dəyişilməsini və internetin əla dərəcədə olmağını tələb edirəm.
-
Azeronline cavablayır:
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Artıq neçənci dəfədir sifariş əksik verilir. Hər dəfə gərək sifarişə baxaq ki, bu dəfə nəyi eksik veriblər. İndicə piknik menü aldım və bir burger ilə basket fri kartof qoyulmayıb.
-
Cox bərbad şirkətsiniz, heç Bir məsələni həll etmirsiniz, operatorlarınızı ancaq yola verməyi bacarır, hər ay 27 AZN boşuna ödəyirik, indi də təzə iş çıxartmisiniz başımıza, sürətiniz azdırsa 110 AZN ödəyib yeni modem alın, hansı səbəbdən mən ödəməliyəm o məbləği? İllərdir normal istifadə edə bilmədiyim üçün? Bir sözlə şirkət bağlansa daha yaxşıdır, hər yerdə sizin otzivlar 1 ulduzdur, insanlardan ancaq pul tələb etməyi bacarırsınız, xidmətə gəldikdə isə 0.
-
Противный грубый таксист. Который стал меня оскорблять перед ребенком. На всю улицу стал кричать ругательства.
-
Bizim internetimiz ödəniş etdiyimiz halda işləmir, müraciətlərə də baxan yoxdur, əməkdaşlar çox məsuliyyətsiz yanaşır.
-
Azeronline cavablayır:
Salam. Xəttiniz aktiv görünür. Çətinlik davam edərsə təkrar yönləndirə bilərik.
-
-
Men indi kfc sahil metrosun yanında olan filialda idim, sifarişim var idi, özümlə aparırdim və həmişəki kimi sifarişim düzgün olunmayıb və tam verilməyib. Kassadakı xanım deyirəm 3 dənə pendir sousu, 4 dənə vurur, 2 sadə strips olmalı idi boksumda, o verilməyib.
-
Salam, çox pis işləyirlər, martın 30 internet çəkilib, amma hələ də işləmir, zəngdə vururam, hələ hey gələcəyik deyirlər.
-
Salam. Binəqədi rayonu Gülüstan kücəsində filialınızda hır dəfə aldadılar. Bir iki AZN - böyük pul - gözünə düşmür - amma yığılanda olur böyük bir məbləq. Tani 2 ədəd əvəzinə 3 yazıllar və onunla qazanırlar. Kül sizin başınıza! Nə qədər olar? Sizə belə bu cür qazanan pul lazımdır? Yeyə bilərsiniz? Bəs sabah sizə polisə-məhkəməyə versə necədir? Ayıb deyil? Camaatı belə aldadırsınız və belə qazanırsınız? Çox xeyif sizdən!
-
Salam. Kontakt Home Xaçmaz filialından Samsung markalı TV almışam, 3 aydan sonra ekran korpusdan aralanıb, müraciət etmişəm, bir aydan sonra Qeyri peşəkar servis əməkdaşı gəlib, 100m kleyləməyə pul istəyir. Və problemin quraşdırmada olduğun bəhanə edir, əsaslandıra bilmir çıxır gedir. Yenə bir ay keçir Kontakt Home zəmanət öhdəliyindən imtina edir Və məhsulu ödənişli şəkildə təmir edəcəklərini bildirirlər. Nəticə isə budur, Kontakt home hal-hazırda sürətlə müştəri itirir, səbəb isə istehlakçı hüquqların kobud pozulmasıdır. Və belə halla hər birimiz üzləşə bilərik, gəlin biganə yanaşmayaq, Kontakt Home fırıldaqçı siyasəti barədə hamını xəbərdar edək, heç kim mal almasın.
Ardını oxu...
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirkətin səhifəsinə keç
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirkətin səhifəsinə keç
— Nura -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман

Azeronline cavablayır:
Salam. Sorğunuzla bağlı xatırlatma edildi.