Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Ustalar
- Xaricdə təhsil
- İdman zalları
- Publar
- Ev üçün hər şey
- Quru təmizləmə
- Uşaq mağazaları
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Çox alçaqlıq edirlər. Mən bakselin feal müştərisiyəm. Mənə heç yaxşı internet paketi göndərmirlər. Bakselin bir qəpik xeyri dəyməyən adama tez-tez sərfəli paket təklif edirlər. Mənə ya baha ya da 10 günlük təklif edirlər. Ən yaxşısı nara keçməkdir 👎
-
Hörmətli rəhbərlik. Bu gün, 26 May, Bravo mağazalar şəbəkəsinin Ağa Neymətulla filialında alış-veriş etdiyim zaman ciddi narahatlıqla qarşılaşdım. Mal alışı zamanı ödənişimi ödəmə terminalı vasitəsilə kartla həyata keçirdim. Lakin ödənişin təsdiqlənməsi zamanı elektrik enerjisinin qəfil kəsilməsi səbəbindən sisteminizdə ödəniş qeydə alınmamış kimi göründü. Bununla belə, mənim bank hesabımdan ödəniş uğurla çıxılmışdır və bu fakt bank tərəfindən təqdim edilən qəbzlə sübut olunur. Mağaza əməkdaşı və administrator mənə bildirdilər ki, ödəniş “sistemdə görünmür”, ona görə də ya təkrar olaraq nağd şəkildə ödəniş etməliyəm, ya da mallar mənə verilməyəcək. Qeyd etmək istəyirəm ki: Ödənişin kartdan çıxması ödənişin baş tutduğunu göstərir və bu halda müştəriyə əlavə ödəniş etdirilməsi qanunsuzdur; Mağazada generatorun olmasına baxmayaraq onun istifadəyə yararsız olması və bu səbəbdən sistemə çıxışın olmaması — texniki çatışmazlıqdır və bunun məsuliyyəti müştəriyə yüklənə bilməz; 8 saat keçməsinə baxmayaraq, kartla etdiyim ödəniş geri qaytarılmamışdır; Əgər mənim təqdim etdiyim qəbzə etibar edilmirsə və yalnız mağaza sistemindəki görüntü əsas götürülürsə, bu, müştəri hüquqlarının açıq şəkildə pozulmasıdır. Tələblərim: Kartla etdiyim ödənişin geri qaytarılması prosesinin təxirə salınmadan təmin edilməsi; Müştəriyə texniki problem səbəbilə ikiqat ödəniş etdirmək praktikasına son qoyulması; Sözügedən mağaza əməkdaşlarının davranışına və prosedura uyğun olmayan yanaşmalarına qiymət verilməsi; Belə hallar üçün müvafiq daxili qaydaların yenidən gözdən keçirilməsi, generator və ödəniş sistemlərinin işlək vəziyyətdə saxlanılması. Əks halda, bu məsələni İstehlakçı hüquqlarını qoruyan dövlət orqanlarına, bank vasitəsilə ödəniş etirazı (chargeback) proseduruna və Kütləvi İnformasiya Vasitələrinə daşıyacağımı diqqətinizə çatdırıram. Hesab edirəm ki, belə bir nüfuzlu ticarət şəbəkəsinin bu cür yanaşması nə etik, nə də hüquqi baxımdan qəbulediləndir. Hörmətlə.
Ardını oxu... -
Kapital Bank çox pis xidmət göstərir, işçiləri laqeyd yanaşırlar, günlərlə pul geri gaytarilmir, xidmətin səviyyəsi sıfır. Qarnar xəttdə zəng edib saatlarca düşmək olmur! Bank xidmətini bahalaşdırıblar, soyguncu və tamamilə dələduzluğa məşğuldurlar. Məsələhət görmürəm, bu bankın xidmətindən istifadə etməyəsiniz qəti surətdə.
-
Nardan 7 günlük internet paketi götürdüm. 7 günün sonunda internet paketi özü özlüyündə yeniləndi balansımdan pul tutuldu? Bu öz başınalığın abonentin cibinə girməyi özlərinə görə (bu bizim şərtimizdir) deyillər. Belə şərt olmur, pulu verən mənəm, mən istəyərəm, internet götürərəm, istəməzəm götürmərəm. Mənim balansımdakı pul mənə məxsusdur, nara yox.
-
Borani restoranının Neftçilər filialında Sona adlı personal çox tərbiyəsiz, həyasız qızdır. Yalan məlumat verib, özünü haqlı çıxarıb, göz suzdurur. Mədəniyyətizdi. Aferistlik düzgün deyil.
-
Səhvən pul göndərdik 200 AZN məbləğində digər leo kart istifadəçisinə. Nömrəsi mənim adıma, leo kartı o nömrədə qalan istifadəçiyə. 1 qr yardımınız da toxunmadı o şəxsin kart nömrəsini görə-görə. Çox məsuliyyətsiz yanaşıldı. Elə proqram tərtib edin ki, həmin an qarşı tərəfə zəng edib tətbiq vasitəsilə pulumuzu tələb edək də. Mən necə etməliyəm, göz görə qəbullanmalıyam ki, getdi pul!
-
Salam, xırdalan 120-də olan bravo market sifir xidmət o boyda marketdə 2 dənə adam xidmət edir, bir də görsən 1 nəfər olur, tərəfi də bir şey çəkmək istəyirsən, gələndə yoxdu, soruşsan yoxdu, heç ümumiyyətlə baxan yoxdur, tərəzidə dünən 20 dəqiqədir ki, tərəzidə gözlədim, həmişə belə olur, yarım saat gözləyirik, zəhmət olmasa, nəzərə alın.
-
Yeni kampaniyalı nömrə almışam, günə 50 qəpik çıxır və gündəlik 5 GB internet şəbəkədaxili 100 dəq və ya limitsiz, şəbəkəxarici 30 qəq danışıq bu superdir. Amma bir problem var ki, interneti başa telefona paylaşa bilmirəm. Bununla bağlı nə etmək olar, necə kömək edə bilərsiniz?
-
Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyinat nöqtəsinə çatmağına az qalmış ləğv edirlər. Niyə yəni bu özbaşınalıq hardandır? Rəhbərlik zəhmət olmasa bir tədbir görsün.
-
Sikayətim internet paketi ilə bağlıdır. 50–GB interneti mənə 9.90 təklif elədiniz götürdüm. Sonra 10.90 təklif etdiniz, sonra 11.90, daha sonra 13.90, sonrakı ay 15.90 bir səfər 17.90. Niyə belədir, siz görürsünüz ki, daimi istifadə edənik, ona görə qaldırırsınız? Vallah, mən imtina edəcəm artıq Nardan, belə şey olmaz. Bir ay götürmə paketi vapşem sms təklifi də gəlməyəcək.
-
Şərur rayon aviakassaya dəfələrlə zəng vursam da, telefona cavab verən yoxdur. Bununla bağlı tədbir görülməsini xahiş edirəm.
-
Nar proqramı niyə işləmir, neçə gündür zəng edib müraciət elədim, 1 saatlıq işlədi işləmir, nəyə görə?
-
Salam, metro xalqlar babək pr, yerləşən balaca araz market körpünün yanında, satıcılara və kassirlərə nəzarət edin, insanlardan müştərilərlə davranış və ünsiyyət 0 dərəcədə.
-
Yeni açılan (mart ayında) 8 mikrorayonda yerləşən 24/7 işləyən Araz marketin işindən narazıyam. Qiymətlər malların üzərinə vurulmayıb. Qiymət oxucusu işləmir (malın qiymətini oxumur). Kassada nağdsız ödəniş etmək olmur.
-
Salam. Azəronline internetinin 18 AZN olan paketindən isdifadə edirdim və müqavilədə 18 AZN üzrə imzalanıb, bir müddət sonra məbləğ 25 AZN-ə qaldırıldı və imkanım çatmadığından demək olar ki, bir ildən artıqdır bağlı qalıb. Xahiş edirəm yenidən istifadə edə bilməyim üçün paket məbləği əvvəlki qiymətinə (18 AZN-ə) qaytarılsın.
-
Azeronline cavablayır:
Salam. Minimum tarif 25 azn-100 mbps təşkil edir.
-
-
Salam, 2 gündür internet işləmir, bağlanmağına az qalmış 2 AZN atdım ki, bağlanmağın işləmədiyi halda, məsaj gəlib ki bu gün son gündür, bu nə dərəcədə düzgündür? Əgər problem varsa, balansdakı məbləği dondurun, problem aradan qaldırıldıqdan sonra aktiv edin də xahiş edirəm, tədbir görün, sizdən cavab gözləyirəm.
-
Azeronline cavablayır:
Salam. Çətinlik davam edirsə qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz.8220
-
-
3 ay bağlamanı ala bilmirəm, konkret insanı dolayırlar çox qeyri-etik həddə, call center əməkdaşları danışır insanla borclu kimi. Üstəlik bağlamanı digər şəhərə göndəriblər. Bərbad sadəcə.
-
Sürücüləri çox mədəniyyətsiz davranır. 05******** nömrəsi olan sürücü çox pis davrandı.
-
Niyə 20 yanvar Bravo-da dayanacağı 0-2 saat pulsuzdur, amma keçmiş Oazis Bravo-da, təzə şlaqbaum qoyulub və 0-1 saat pulsuzdur? Qanun eyni deyil? Bu balaca market deyil, niyə 1 saat pulsuz dayanacaq?
-
Salam. Bu gün taksi sifariş vermişəm. Yol verilməz tərzdə mənimlə danışdı.
-
Кошмар, очень плохо. Пожалела, что подключилась к ним.
-
Qoşulmayın! Saxtakar bir şirkətdir, qoşulmayın!
-
Nail 77-YJ-874 bu maşının şoferi maşına oturan kimi nə qədər tutduğunu dedim, deyindi, bilsəydim qəbul etməzdim deyib narahatlıq yaratdı. Dedikdə ki, şirkətə deyin, daha da aqressiv oldu. Sonra ünvana çatanda 5 AZN tutduğunu bildirdi. Mən isə proqramda 4.50 görsetdiyini bildirdim, bizə maşından düşməyimizi, ikinci ünvana gedməyəcəyini bildirdi. Səsini qaldırdı, buna tədbir görməyinizi xahiş edirəm, ciddi şəkildə.
-
Купила 4-го мая 2025 года в Баку Электроникс в филиале на Бакиханова 2 газовую панель с 3 газовыми и одной электрической комфоркой марки YOSHIRO. Через неделю мастер при подключении совершал проверку электрической комфорки и через минуту проверки весь металл вокруг комфорки пожелтел. Я сразу позвонила в сервис, через 2 дня мне ответили, через три дня приехал из сервиса Велиев Захид, увидел всё это и подтвердил, что это может быть некачественный металл, отослал фото своему начальнику Гусейну, и уехал с концами, не подтвердив свой визит никакими бумагами. Я искала его два дня, дозвонившись он про меня забыл вообще и про свою работу, за которую он получает зарплату. Пришлось звонить в колл центр, опять ждать. Мою жалобу зарегистрировали, теперь жду, чего не знаю. Со дня покупки прошло несколько дней и такое качество товара, я требую замены, но Баку Электроникс меня не слышит. Я столько лет там совершаю покупки и не в кредит, а они так неуважительно относятся к своим покупателям. Буду жаловаться, если мне не поменяют товар.
Ardını oxu... -
5 nömrəli xəstəxana ilə üzbəüz olan bravoda gecə smeni kassir saqqalda, formasız, beyciksiz + insanlarla kobud rəftar edir, belə olmaz, nə vaxt gedirik, qiymət fərqi vaxtı keçmiş məhsullar var. Xahiş edirəm, tədbir görülsün.
-
Смотрите внимательно по скидкам в Браво, в Генчлик Моле стояло оливковое масло типо на скидке по цене 17.50 (без скидки где-то 21 или 22 стоит типо), это же масло в Рахат Маркете без скидки и стоит 17.50. Сказал работникам Браво, сказали разберемся и т.д и т.п. Прошел месяц, так же стояло на скидках. Короче как-то вот так ...
Ən çox şikayət olunan şirkətlər
-
"Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?"
Şirkətin səhifəsinə keç
— Ş.ə -
"Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ..."
Şirkətin səhifəsinə keç
— Anonim -
"Salam, 3 gündür internet yoxdur, onlayn məşğələlərə qoşula bilmirik, zəng etmək üçün heç bir nömrə yoxdur, necə həll olunacaq bu problem?"
Şirkətin səhifəsinə keç
— Nüsrət -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Şirkətin səhifəsinə keç
— Eldəniz

Azeronline cavablayır:
Salam. Bu kimi kəsintilər yaşandıqda zəhmət olmasa, qaynar xəttimizlə əlaqə saxlayın : 8220