Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Salam, ödəniş etmişəm, amma internet açılmır.
Salam, internetdə tez-tez kəsintilər mövcuddur. Bəzən 1 dəqiqə ərzində 2-3 dəfə internet kəsintisi olur. Müraciət etmişəm, amma nədənsə maraqlanan yoxdur. İmkan varsa, mənə köməklik göstərin.
Salam, mənə məxsus Temu-dan gələn bağlamam kuryerə təhvil verildi, ESM aldım 166 Kargo-dan. Birinci gün idi. Hələ də bağlamam mənə çatmayıb. Xahiş edirəm aydınlıq gətirəsiniz. UTD16********.
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
Əvvəl dediyiniz sürəti qaldırardınız, sonra qiyməti. Heç 1% qalxmayıb, niyə bu xalqın əsəbləri ilə oynayırsınız? Heç olmasa bir az “vicdanınızı” qaldırın.
Tətbiqi düzəltmək fikriniz yoxdur? Orada qalan balansı karta necə köçürmək olar? Çox bərbad vəziyyətdədir.
Ужасная компания, испортили дорогой антиквариат и послали грузчиков договориться. Как грузчик может возместить мне ущерб, у компании никакой ответственности нет, ни страховки за испорченный мебель одним словам ужас просто
Salam, Azercellin daimi müştərisiyəm. Lakin son zamanlar internet paketlərinin qiymətindəki kəskin artım və buna baxmayaraq internet sürətinin olduqca zəif olması məni təəssüfləndirir. Qısa müddətdə bu problemin həll olunması üçün sizə müraciət edirəm.
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
Salam, aylıq ödənişim 13 manat idi, indi niyə görə 25 manat olub? 13 manat olanlarda az olmalı idi, axı.
Salam, mən bu gün Zabrat 2 stansiyasından evə taksi sifariş etdim, kartla, lakin internetdə guya taksi məni Zabrat 2 stansiyasından götürüb Maştağa Daş Karxana ünvanına çatdırdı. Halbuki mən taksini görmədim və nəticədə 2 körpə uşaqla orada qaldım. Mənim kartdan pulum silindi, təkrar taksi sifariş edə bilmədim. Taksi sürücüsü ilə əlaqə saxladım, o isə Bolta girə bilmədiyini dedi. Bu nə cür sürücüdür? Mən Bolt xidmətindən istifadə edirəm, bu isə girə bilmir və guya məni ünvana çatdırır. Pulun geri qaytarılması və belə sürücülər barədə tədbir görülməlidir. 2 körpə, temperaturu olan uşaqla yolda qalmağım və kartımdakı son pulun silinməsi sizin haqqınızda mənfi fikir formalaşdırdı.
Ardını oxu...Salam, kartımdan pul silinir, amma siz hara getdiyini bilmirsiniz? Bu gün 50 dəfə əməkdaşınızla danışmışam! Sizdən kimə şikayət edim?
Sizin şirkətin kuryeri niyə hörmətsizlik edir?
Hal-hazırda bu şirkətdən taksi sifariş etdim. Qapıya gəldi və geri qayıtdı. Maşının nömrəsi 997-dir. Sürücü qışqıraraq dedi ki, mən yük götürə bilmərəm. Yüklər iki balaca səbət idi. Üstəlik, ünvana çatanda 3 manat yazmasına baxmayaraq 7 manat aldı. Məqsədiniz nədir? İnsanları infarkt etmək? Sürücülərinizə diqqət yetirin, insanlarla rəftar etməyi bacarmayan sürücüləri niyə işə götürürsünüz? Sizə belə rəftar edilsə, xoşunuza gələr?
26.08.2024 tarixində internetdə problem olduğu üçün 8220-yə zəng etdim, amma işləmirdi və kontur tuturdu. Veb saytın çatı da cavab vermir. Çox pis şirkətdir, dələduz yığınıdır.
Çox güvənsiz, problemli proqramdır. 6 gün əvvəl pul nağdlaşdırma etmişəm, hesabdan pul çıxıb, amma ala bilməmişəm. Kapitala zəng edirəm, “M10-un problemidir” deyirlər, M10 isə “Kapitalın problemidir” deyir.
Mən internetdən imtina etmək istəyirəm. Zəng vururam, Azeronline kontur yığır, amma cavab verilmir. Mən necə imtina edim? Əlaqə saxlayıb deyə bilmirəm.
Salam, zəhmət olmasa modemi yeniləyin. Zəifdir, yeni tariflə işləyək. Cavab gözləyirəm.
Bizim yaxın qohumumuz rəhmətə getdiyi üçün sizdən xahiş etdim ki, anamın biletini 2 gün əvvələ dəyişəsiniz. Siz məndən ölən adamın ölüm şəhadətnaməsini, üstəlik də ASAN xidmətindən sənəd istəyirsiniz. Ayıb olsun sizə. Biz ölü sahibinə bu sözü heç vaxt deyə bilmərik, 1 bilet üçün belə davranmaq biabırçılıqdır.
Salam, hal-hazırda Naxçıvanda 20 abunəçiyə bir nəfər xidmət edir.
Genclik Mall Cinnabonda çox pis bir hadisə baş verdi. Orada çalışan bir qadın balaca uşağın qolunu burub, döyərək oradan uzaqlaşdırdı. Yaxınlaşıb irad bildirdikdə isə “o, dilənçidir” deyərək cavab verdi. Demək istədiyim odur ki, uşaq təəssüf ki, valideynini seçə bilmir, diləndirilir, amma o uşaqdır. O qadın hansı haqla, hansı səlahiyyətlə uşağı döyə bilər? Əlbəttə, günahsız uşağı döyməyin qarşılığını o qadın alacaq.
Salam. Çox biabırçılıqdır. Sizdən gələn yeməkləri yedikdən sonra mən və yoldaşım ikimiz də qusduq, bütün mədəmiz qarışdı. Səhər həkimə gedəcəyik, əgər bir şey aşkar olunsa, sizə şikayətimi bildirəcəyəm. Yemək Bolt Food vasitəsi ilə çatdırılıb, hər şey telefonda qeyd olunub.
Salam, Yasamalda Avropa-Azərbaycan məktəbinin məhəlləsində beş mərtəbəli binaların altında yerləşən Oba marketin əməkdaşları və müdiri sakinlərlə az qala əlbəyaxa dava edirlər. Maşınların harada saxlanılması ilə əlaqədar olaraq maşını döyə-döyə bizə əmr verirlər, “burda saxlamayın” kimi sözlər deyirlər. Bərk qışqırıb nalayiq sözlər işlədərək dava edirlər. Öz həyətimizdə market bizi qovur. Xahiş edirəm, orada çalışanlara və müdir xanıma vəzifə öhdəliklərini xatırladasınız, yoxsa biz xatırlatmalı olacağıq.
Sürücü sifarişimizi qəbul edib, 15 dəqiqə gözləməli olduğumuzu bildirmişdi. Bəlkə də 20 dəqiqə gözlədim, 2 və 3 yaşlı uşaqla günün altında. Maşın tam bizə yaxınlaşan anda sürücü imtina etdi! Belə şey olar? Ən azından əvvəlcədən imtina edərdi. Gedəcəyimiz yer bir az uzaq idi, hamı qəbul etmirdi deyə gözləyirdim.
İnternetin sürəti çox zəifdir, həddən artıq. Zəng edib 2 dəfə müraciət etmişəm, amma baxan yoxdur.
Neçə dəfə operatorlara zəng vurub vəsait xərcləməliyəm? Hər dəfə iki gündür, siz məni dolamısınız ya özünüzü?
Bakcell biabırçılıqdır. 64 qəpik balans bildirişi üçün tutulur, mən bu xidməti istəmirəm. Necə imtina edə bilərəm? Zənglərə cavab vermirlər. Biz hara müraciət etməliyik?
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar