Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Salam, axşamınız xeyir. Mən 2 aydır ki, iki ədəd yeni LG kondisioner almışam. Biri 40m², o biri isə 60m² üçündür. Lakin 60m²-lik kondisioner içəri su verir. 1 illik qızıl zəmanəti var. Lakin zəng edirəm, cavab verən yoxdur.
-
Hörmətli Bakcell, artıq 40 gündür ki, sizinlə əlaqə saxlaya bilmirəm. Operatorun qəbuluna düşə bilmirəm, zəhmət olmasa, dəyərli vaxtınızdan ayırıb cavab verin. Bilmirəm dərdimi kimə deyim.
-
Çox pis keyfiyyətli internet və servisdir. Niyə məndə internet yoxdur? Abonent kodu 001246871. Zəng vurmaq sizə mümkün deyil.
-
Siz sürücünüz bizim evə çatanda əlaqə saxladı, məbləği öyrənib gedişi ləğv etdi. Sürücünün adı İmrandır, Opel Astara sürür, çox pisdir. Nəzərə alasınız.
-
Niyə tətbiqə daxil olmaq olmur?
-
Salam, dünən Bolt gedişi olub, kartdan pul çıxıldığı halda bir daha nağd alış oldu.
-
Salam, yazıb sizdən xahiş edirəm ki, məsələmə aydınlıq gətirəsiniz. May ayında stolüstü kompüter sifariş vermişdim, gətirdilər, lakin məhsul brak çıxdı. Artıq 4 aydır tələb edirəm ki, ya dəyişin, ya da təzəsini verin və ya tam geri qaytarın. Mənə deyirlər ki, dəyərləndirmə olacaq. Bu gün də zəng vurub deyirlər ki, 1560.38 AZN-dən cəmi 370 manat çıxılacaq, yerdə qalan məbləği isə sizin üçün aylara böləcəyik. Məhsul məndə deyil, brak məhsula görə niyə mən ödəniş etməliyəm, başa düşmürəm.
-
Bakcell-ə 7 həftədir gecə-gündüz zəng edirəm, operatorlar cavab vermir. Nə qədər konturum gedib. Özbaşınalıq baş alıb gedir.
-
Bir qəpiklik internet deyil, sürəti zəifdir.
-
Salam, mən 2-3 gün əvvəl 3 manat vurmuşdum Azeronline-a, indi 6 manat vurmuşam, amma işləmir. Veteran qardaşıyam, zəhmət olmasa, açın.
-
Naxçıvan Hava limanında qaydalara uyğun olaraq, 28.08.24 saat 16:45-də növbə götürmüşdüm. Gecə saat 2-yə kimi 300 nəfər qəbul olundu. Demişdilər ki, səhər sizin növbə çatacaq. Səhər saat 8-də dedilər ki, növbəniz sıfırlandı. Yenidən bir günlük növbəyə durmalısınız. Növbənin yenilənməsi barədə mənə məlumat verilməmişdi. Niyə mən yenidən 24 saat burada bilet gözləməliyəm?
-
Bir həftə bundan əvvəl 25 AZN ödəniş etmişəm, amma 100-lük sürət yoxdur. İnternet çox zəif işləyir. Adi WhatsApp mesajı yazanda gec gedir, internetdə də ləngimələr var. Bundan əlavə, şirkətinizə zəng edirəm, amma mənzil başına heç bir usta gəlmir və ciddi tədbir görülmür. Dəfələrlə zəng etdim, konturum gedir. Ev telefonu ləğv edilib. Nömrəm 05******** qeydiyyata alınıb, lakin heç bir usta zəng etməyib. Mingəçevir ofisiniz əlaqə saxlamır. Usta göndəriş edirsiniz, nə gələn var, nə də zəng edib maraqlanan. Yeni provayderə keçmisiniz, niyə ciddi tədbir görülmür? Modemin sisteminə baxılmır, naqillər cihazlarla yoxlanılmır. Əvvəllər zəiflik olanda özüm sistemə girib restart verirdim, amma indi sistemə daxil olmaq mümkün deyil. Sürət 2.25-3 mbps arasında oynayır, elə olur heç sürəti yoxlamaq belə olmur, və hətta mesaj da gəlmir. Hörmətli müştəri, yaranan texniki nasazlığa görə üzr istəyən yoxdur və texniki nasazlığın aradan qaldırılması haqda müştərilər məlumatlandırılmır. Belə mənfi hallar yaradılsa, bütün müştərilər şirkətinizi tərk edəcək və digər provayderin abunəçisi olacaq.
Ardını oxu... -
Üç saatdır zəng edirəm, qəbul edən yoxdur. SMS gəlib, kodu yığıram, qəbul edilmir. Belə iş olmaz.
-
Sizdən TV məhsulu aldığımda mənə bildirildi ki, 18.04.2024 tarixindən sonra sizə bonus olaraq 184 manat qaytarılacaq və hər hansı məhsul aldığımda bu bonusu nağdlaşdıracağam. Amma indi bu bonusu verməmək üçün hər cür fırıldaq edirsiniz. İnsanları bu qədər aldatmaq və düzənbazlıq etmək olmaz. Verdiyiniz vədləri yerinə yetirmək lazımdır, yoxsa aldatmaq üçün hər yola əl atırsınız. Arxayın olun ki, qalıq ödənişlərimdən bunu çıxıb sizinlə məhkəmədə görüşəcəyik. DÜZƏNBAZLAR.
-
Salam, Yardımlı rayonu, Ərus kənd sakiniyəm. İnternet çəkilməməsi ilə bağlı müraciət etdim, kənd ərazisində bütün evlərə internet çəkilib, təkcə mənim evimdən başqa.
-
Ən bərbad kargo. Bağlama gecikir. İnstagramda yazırsan, cavab verən yoxdur. Zəng edirsən, bir saat gözlədib sonra cavab vermirlər. Ümumilikdə bir bağlama bir aya yaxın gəlir.
-
За 2 дня посылка прибыла из Китая в Азербайджан. А с 08.08.2024 т.е. 20 дней как не доходит до меня. Даже пешком давно уже доставили бы.
-
22B5ZLB. Abunə kodu verilsə də, vətəndaş olaraq internetin çəkilişini tələb etdikdə Daşkəsən rayonunun ATES-in müdiri çəkiliş üçün işçilərinə on manat “şirinlik” verilməsini tələb edir. İşçilər də bu səbəbdən pul verməyənə internet vermirlər. Ümumilikdə təxminən 100 ev olan qəsəbədə 1 karopka qoyulub. 8 çıxışlı xətlər qanuna uyğun çəkilməyib, karopka bloklarda yerləşdirilməli olduğu halda çöldə yerləşdirilib. Şikayət edəcəyimi bildirdikdə, “hara şikayət edirsən et” cavabını aldım, heç kimdən qorxmurlar.
-
Salam, fiber optik internetini ləğv etmək istəyirəm.
-
Salam, ödəniş etmişəm, amma internet açılmır.
-
Salam, internetdə tez-tez kəsintilər mövcuddur. Bəzən 1 dəqiqə ərzində 2-3 dəfə internet kəsintisi olur. Müraciət etmişəm, amma nədənsə maraqlanan yoxdur. İmkan varsa, mənə köməklik göstərin.
-
Salam, mənə məxsus Temu-dan gələn bağlamam kuryerə təhvil verildi, ESM aldım 166 Kargo-dan. Birinci gün idi. Hələ də bağlamam mənə çatmayıb. Xahiş edirəm aydınlıq gətirəsiniz. UTD16********.
-
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
-
Əvvəl dediyiniz sürəti qaldırardınız, sonra qiyməti. Heç 1% qalxmayıb, niyə bu xalqın əsəbləri ilə oynayırsınız? Heç olmasa bir az “vicdanınızı” qaldırın.
-
Tətbiqi düzəltmək fikriniz yoxdur? Orada qalan balansı karta necə köçürmək olar? Çox bərbad vəziyyətdədir.
-
Ужасная компания, испортили дорогой антиквариат и послали грузчиков договориться. Как грузчик может возместить мне ущерб, у компании никакой ответственности нет, ни страховки за испорченный мебель одним словам ужас просто
-
Salam, Azercellin daimi müştərisiyəm. Lakin son zamanlar internet paketlərinin qiymətindəki kəskin artım və buna baxmayaraq internet sürətinin olduqca zəif olması məni təəssüfləndirir. Qısa müddətdə bu problemin həll olunması üçün sizə müraciət edirəm.
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"2 ildir istifadə etdiyim nömrəni başqa bir həkim də istifadə edir. 1 nömrə 2 nəfərə necə satılır, anlamıram. Paketi yeniləyirsən, 2 gün sonra bildiriş gəlir: boşdur. Bu necə baş verir?"
Şirkətin səhifəsinə keç
— Anonim -
"1 ulduz belə çoxdur… çox bərbad. 200 sürət zad-zud deyib gəlib qoşdular, bir qəpiylik internet yoxdur. Heç kimdə qəbul olmur."
Şirkətin səhifəsinə keç
— Cavidan -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман
