Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Ustalar
- Xaricdə təhsil
- İdman zalları
- Publar
- Ev üçün hər şey
- Quru təmizləmə
- Uşaq mağazaları
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Salam. Bu gün mən 2 pizza sifariş etdim. Sifarişlərdən biri Domino’s Pizza tərəfindən gecikməyə görə hədiyyə olaraq təqdim edilməli idi. Lakin ikinci pizzanı sifariş etmək istəyəndə sistemdə “Siz artıq sifarişinizi istifadə etmisiniz.” kimi bildiriş çıxdı. Mən sifarişi təsdiqlədikdən sonra da eyni məlumat göstərildi ki, guya hədiyyə pizzadan istifadə olunub. Halbuki həmin hədiyyə pizzanın istifadə müddəti 2 aprel tarixinə qədər idi. Biz məsələ ilə bağlı operatorla 3 dəfə əlaqə saxladıq və şikayətimizi bildirdik. Buna baxmayaraq, nə pizza göndərildi, nə də bizə düzgün məlumat verildi. Bildirildi ki, məsələ Nərimanov filialına yönləndiriləcək, lakin bununla bağlı da heç bir geri dönüş olmadı. Xahiş edirəm, məsələ araşdırılsın və problem həll edilsin. Zəhmət olmasa, müştərilərinizin xahiş və istəklərini cavabsız qoymayasınız.
Ardını oxu... -
24 fevralda Birmarketdən (Tekno) telefon aldım. Təxminən yarım saat sonra Bakcell nömrəsinin işləməməsinə görə geri qaytarma etdim. 25 fevralda telefonu diaqnostika üçün məndən götürdülər. 13 martda “3–5 iş gününə təhvil veriləcək, qüsur yoxdur” dedilər. Nəticədə nə pulumu qaytarırlar, nə də telefonu təhvil verirlər; hər gün fərqli cavab verirlər. Bu mağazadan alış etməyi tövsiyə etmirəm.
-
Salam Mən Xırdalandan sifariş vurmuşam. Sürücü sifarişi götürüb nə zəngi açır, nə mesajlarıma baxır. Mən artıq neçə dəqiqədir ki, soyuqda dayanıb gözləyirəm. Atqaz da vurmur ki, sifarişi başqası götürsün. Şikayətçiyəm. Şəkildə məlumatlar əks olunub.
-
0 xidmət. 5 manata Cola nədi, Gənclikə özdə, insafınız olsun!!
-
İnternet bərbad vəziyyətdədir. Mən belə interneti həyatımda görməmişdim. Elə bil Afrikadan qoşuluram internetə. İnsanlığınız olsun. Aylıq 25-30 manat alırsınız, normal internetinizi verin, camaatın haqqına girməyin.
-
22 mart, 20:50 uçuşunda yoldaşım və digər 4 nəfərə heç bir xəbərdarlıq edilmədən uçuş qapısı dəyişdirildi. Sonradan yoldaşım bileti öz hesabına alıb. Niyə görə siz dəymiş ziyanı ödəmirsiniz? 262 manata yenidən bilet alınıb. Yüksək təzyiq xəstəsi olan adamın həm sağlamlığı ilə, həm də əsəbləri ilə oynamaq olmaz.
-
Çox keyfiyyətsiz və yalan vəd verən şirkətdir. Qaynar xəttə zəng edirsən, əməkdaşlar çox mədəniyyətsiz şəkildə danışır, sözü tamamlamamış dəstəyi yerə qoyurlar. Yalanla 48 saat deyib vəd verirlər. Bir sözlə işiniz Çoooox keyfiyyətsizdir.
-
4 dəfə zəng etmişəm, yarımçıq söndürüblər, heç düzgün hərəkət deyil, səhv bir dəfə olar.
-
77 UZ 968 Şahid adlı ağzının danışığını bilməyən sürücü. Ağzı isti yerdədir, telefonunu da açmır. Allaha tapşırıram...
-
İnteraktiv lövhə alacaqdım, Birmarketdə 56% endirim görüb aldım, ödənişi etdim, səhəri gün yazdılar ki, üzrü sayın, stokda qalmayıb. Halbuki mağazada stokda var yazırlar. Bu texniki səhv ola bilməz, dələduzluq sayılır: ödənişi alıb başqa məqsədlər üçün istifadə edib sonra qaytarmaq. Böyük ümidim vardı, Birmarketə, amma heyf ki, heyf.
-
Mənim kartımdan durduq yerdə 5 AZN 49 qəpik çıxdı, geri qaytarılsın.
-
KFC Park Bulvarda aparatdan sifariş verirdim. Pul çıxdı, amma sifariş xəta verdi. 10 dəqiqəyə geri qayıdacağını dedilər. 3 gündür nə zəng var, nə əlaqə var, nə də geri ödəniş. Bu da KFC müştəri məmnuniyyəti.
-
ABB-dən şikayətim budur ki, kartımı bloklayıblar və açmırlar, borcum olmasına-olmasına kartım blokdan çıxarılmır, 4 gündür də çıxarılmır, [redaktə olundu] mənim də balam var, bunlar hara baxır, niyə susublar, kimə şikayət edirəm, özbaşınalıq edirlər, özlərindən başqa heç kimi vecinə almırlar.
-
Qəbələ Vəndam işçiləriniz müştəri ilə maraqlanmırlar. Çox kobud, bir malı kassaya iki dəfə vurub əlavə ödəniş istəyirlər. Kassaya malı verəndə çağırıb gətirirlər, minnət edirlər adama.
-
11 manat yüklədim, daim onlaynı aktiv etmək üçün SMS göndərdim. Tətbiqdə nə məbləğ, nə də ki MB, yəni internet paketi görünmədi. Təkrar çıxıb təkrar tətbiqə balansı yoxlamaq üçün girdim, mənim balansımdan 8 manat çıxıldı. Tətbiqdə onlayn çatda şikayət etsəm də deyirlər ki interneti aktiv etməmisiniz, ona görə pul çıxılıb. Oradakı operatoru başa sala bilmədim ki mən aktiv etmək üçün SMS göndərmişəm, tətbiq gecikib, yəni mənlik deyil, yəni ordakıların vecinə deyil.
-
Bu nə şəbəkədir, hər gün internetə girəndə 20 manatımı soyurlar.
-
Salam. Şikayət yazmaq istəyirəm bu sürücüyə. Dadaşov Dimitriy Adil. Maşın nömrəsi: 77LF391. Çox kobud danışdı, aqressiv idi, nəlayiq sözlər deyirdi. Kartla ödəniş etmək istədim, başladı üstümə aqressiv qışqırmağa, deyirdi mənim kartım yoxdur; o, sizin probleminizdir ki sizdə nağd yoxdur. Çox xahiş edirəm, nəzərə alıb tədbir görün. Əgər heç bir tədbir görülməsə, sizin şirkətinizi məhkəməyə verəcəyəm!
-
После 12 часов ночи постоянно пропадает интернет. Один раз насчитал аж целых 5 раз за ночь. Крайне не советую к ним подключаться.
Tərcümə et
-
Rəyimiz budur ki, 2021-ci ildə karantin dövrü uşaqlar dərsi onlaynla keçirdi. İmişli rayon mərkəzi poçtunun Aztelekom hava xəttinin müdürü Teymur Qarayevə müraciət etdim ki, mənə internet çəkin; dedi ki, deponun ərazisidir, dəmir yol xəti var, ora mümkün deyil. Gəl, 280 AZN ödə, göndərim hava xətti qurulsun. Nə isə razlaşdım, pulu köçürdüm, nağd şəkildə gətirib qurdular. Pulu ödəyəndə sual verdim ki, Teymur müəllim, sabah bu ləğv olmayacaq? Dedi ki, mümkün deyil, ləğv olmağı. Şunur ləğv olarmı, bu yox; indi internetimi ləğv ediblər. Xahiş edirəm, artıq dərəcədə mənim internetim bərpa olunsun. 15 AZN aylığımdır. XXXXXXX nömrəli əlaqə, nömrən XXX.XXX.XX.XX. Baxışov Rövşən
Ardını oxu... -
Salam. Neftçala OBA16-də dəfələrlə nağdsız alış-veriş etdiyim halda satıcı/kassir kassada nağd hesablayır və çeki elə çıxardır. Xahiş edirəm bu barədə tədbir görəsiniz, əks halda şikayətimi başqa yerlərə edəcəm
-
Başlıq: Starex-dən peşəkarlıqdan kənar xidmət: Müştəri dəstəyi tamamilə yoxdur! Artıq iki həftədir ki, Starex şirkəti tərəfindən ciddi şəkildə mağdur edilmişəm. Şəxsi kabinetlə bağlı yaranmış texniki səhvi düzəltmək üçün müraciət etsəm də, şirkət tərəfindən heç bir kömək göstərilmir. Problemin gedişatı tam bir rəzalətdir: Operatorların məsuliyyətsizliyi: Zəng mərkəzi problemi həll etmək əvəzinə məni İnstagram-a yönləndirir və məsuliyyəti üzərindən atır. Sosial media etinasızlığı: İnstagram üzərindən yazılan mesajlara 14 gündür heç bir cavab verilmir. Məhdudiyyət: Bağlamanı bəyan edə bilmirəm və məhsulumun taleyi qaranlıq qalır. Bu, sadəcə xidmət zəifliyi deyil, müştəri hüquqlarının açıq şəkildə pozulmasıdır. Belə böyük bir şirkətin bu qədər qeyri-peşəkar və laqeyd davranması qəbuledilməzdir. Əgər qısa zamanda məsələ həll olunmasa, rəsmi qaydada şikayət edəcəyəm. Heç kimə bu kuryer.
Ardını oxu... -
Salam. 0012XXX81 abunə kodu. Niyə normal internet vermirsiniz? Sürət yoxdur.
-
Şikayətim internetimlə bağlıdır. İmişli rayon mərkəzi poçtunun Aztelekomun müdürünə müraciət etdim. 5 il bundan qabaq pandemiya dövründə uşağın olmayın dərsinə görə mənə internet çəkin, Teymur Qarayev mənə dedi: "280 AZN ver, sənə hava xətti çəkək." Nə isə razlaşdıq, nağd 280 AZN ödədim. Gəldilər, çəkdilər. İndi mənim internetimi bağlayıblar, internete pul ata bilmirəm, məlumat tapılmır, sistemdən çıxarıblar. Mənim nömrəm 850****. İndi müraciət edirəm ki, Teymur Qarayev mənim ya pulum qaytarılsın, ya da hava internetinin bərpa olunsun. Deyir ged, elin hara gəlibsə qoy ora, mən sənə pul qaytarmayacağam. Mən ona sual verəndə, Teymur müəllim, "sabah bu ləğv olmayacaq?" — dedi ki yox, hava xətti heç vaxt ləğv ola bilməz. Başdan cavabdehlik verən 15 AZN aylığım idi. İndi 5 aydır ki internetimi ləğv ediblər. Müdiriyyətə müraciət edəndə deyir: "Mənlik deyil." Nə bilirsən elə. Mən də əgər bərpa olunmasa, yazılı şəkildə prokuraturaya verəcəyəm. Mənim ya pulumu qaytarsınlar, ya da hava internetinin bərpa olunsun.
Ardını oxu... -
Kaş ki 0 ulduz vermək mümkün olsaydı, iki aydır ki bağlamanı Çindən yola çıxartmırlar, sorğu yaradıram, sorğunu heç bir izahat vermədən bağlayırlar ki cavab verə bilmirəm, zəng edirəm, cavab verən yoxdur, bu qədər bərbad xidmət göstərməyi necə bacarırlar, anlamıram, uzaq durmaq lazımdır
-
148 ağ Toyota gəlib hörmətsizlik edib, sürüb çıxıb gedib. Xahiş edirəm, tədbir görəsiniz.
-
Salam, internet ödənişini etmişəm 06.03.2026 Amma internet yoxdur 2332********0065
-
Qala-Şüvəlan arası bir Bolt tapmadım ki, hamı məsafəni bilir, bilir ki az pul yazılır, rədd edirlər. Pulu kişi kimi qazanın.
Ən çox şikayət olunan şirkətlər
-
"Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?"
Şirkətin səhifəsinə keç
— Ş.ə -
"Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ..."
Şirkətin səhifəsinə keç
— Anonim -
"Salam, 3 gündür internet yoxdur, onlayn məşğələlərə qoşula bilmirik, zəng etmək üçün heç bir nömrə yoxdur, necə həll olunacaq bu problem?"
Şirkətin səhifəsinə keç
— Nüsrət -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Şirkətin səhifəsinə keç
— Eldəniz
