Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
1 noyabr tarixində torqoviyda yerləşən Adore mağazada Narcisso Rodriges parfümünü test etdim. Qalıcı idi, 1 saatı gəzəndən sonra da iyi qalmışdı. Getdim aldım 138 manata 50% endirim ilə və əminliklə dyə bilərəm ki, bu parfüm saxtadır. Çünki 5 dəqiqə belə qalmır! Bu necə keyfiyyətsiz 5 manatlıq parfümdür! Instagrama yazıram, silillər sms-ı! Parfümü qaytarıb pulumu geri almaq istəyirəm!
Uzun zaman visa premium signature kartı istifadə edirdim, 150 manata almışdım. Kartın əsas üstünlüyü milləri toplayıb hotel bronlaşdırmaq və yaxud avia biletə dəyişməkdir. Kartımı itirdim, yenidən dublikat çıxartdırdım. İndi isə millərin tarixicəsi yoxa çıxıb, və əməkdaşlar qaytarmaq mümkün olmadığını bildirir. Absurd söhbətdir. Hara şikayət edək? Hara yoxa çıxdı, mənim dəyişə biləcək millərim?
Gənclik malldakı zarada almaq istədiyim ölçüsü şalvarın 3 ədəd olmasına baxmayaraq, satıcılar və anbar işçiləri o şalvarın tapılmasında kömək göstərmək istəmədilər. Bütün zalı özüm 3 dəfə yoxlasam da şalvarı tapa bilmədim və böyük ehtimal şalvarın həmin ölçüsünün bir neçə ədədini özləri üçün ayırıb anbara qoyublar, həmişəki kimi.
Balans bildirişi xidmətiniz lə birgə öqədər özbaşınalığınız varki, millətin cibinə girirsiniz, hərkəsdən pul çıxılır, mən sizi məhkəməyə verəcəm.
Super xidmət yüksək keyfiyyət söz yoxdur, biraz qiymətlərdə bəzi məhsullarda münasib olsa əla olar, ümumilikdə əladır.
Salam, varovskidə yerləşən rahat marketə zemlanskaya yağ almaq üçün getmişdim, əvvəla qastronom şöbəsndə bəlkə 5 dəqiqə satıcı axtamışam, antisanitariya baş alıb gedir, baxan yox, biyabırçılıqdır.
Very bad, the application is not working at all. Only way to use it to go some spesific places, where machines of this, however, it can not work sometimes also
Nardaranda Azzada ne personlar işləyir? Bu gün girdim 40 AZN alver eləməyə, kassada mənə deyir alver eləməmişəm, kartla ödə 100 AZN cəmi hətda yoxdur. Satıcı məni borclu çıxardırki, indi kartda hamıda pul var, kartla ödə.
Aztelekom 2 aydır internet çəkilib, hər gün 3-4 saat kəsilir, 170 xidmətinə yığırıq, hər dəfə qeydə aldıq deyir, amma həllini tapmır. Mən imtina etmək istəyirəm, onda da deyir 140 AZN ödəməlisən. Boş yerə niyə hər ay 25 AZN ödəməliyik?
İnterneti 10 gündür çəkiblər evə. Modem də qoyulub pulunu da köçürmüşəm, naqili dirəyə birləşdirməyiblər. Müqaviləni pozan özləridir. Mənim ödədiyim 25 AZN havada qalıb. Gəlib birləşdirmirlər, hər gün gedib deyirəm, dəfələrlə 170-ə zəng etmişəm, baxan yoxdu. İmtina edib məhkəməyə verəcəm. Lazım deyil mənə belə xidmət. 02******** di internet nömrə. Qubada elə ATS yaxınam.
Nar Mobile-dan çox narazıyam, 2009-cu ildən nömrəni istifadə edirəm, amma axır vaxtlar ancaq problem yaşayıram, Nar Mobile-dan. Belə getsə, ya Azercell ya Bakcell nömrə alıb, Nar Mobile-nan bir dəfəlik sağollaşacayam.
Salam, Bakcell ə(555) zəng edirəm, saatlarla götürən yoxdur. Çat xidməti var, cavab verən yoxdur. Özü özünə xidmətlərə qoşulur. Çox bərbad sistem qurmusunuz. Zəng edirsən, boş boşuna qəpik gedir. Məqsədiniz nədir, mərd olun deyin, bizdə bilək.
Salam, Sumqayıtda yerləşən Araz 11 marketindən şikayətçiyəm, orada kassada işləyən işçidən şikayətçiyəm. Müştəri ilə mədəniyyətsiz və kobud rəftar edir, kassirin adı yaxa önlüyündə yazılmışdır. Sizdən artıq dərəcədə xaiş edirəm bu işçinizə xəbərdarlıq edəsiniz.
Ayıq sürücü çağırmışam, radara düşüb.
Nə aldımsa həmişə razı qaldım. Bravo Word Telecom
Salam, Əhmədli, Telnov küçəsində olan Araz marketdən çox narazıyıq. Endirim qiymətlərini götürməmiş alver edirlər. Endirimli mal alıram, mənə başqa qiymətlə kassaya vururlar. Bu 1-2 mal deyil, bütun mağazada endirim qiymətləri götürmürlər, deyirlər endirim dünən çıxıb, deyirəm qiymətləri dəyişində, deyirlər işçi azlığından çatdırmamışıq, amma mağazada reklam danışır. Əgər kassa ilə yazılmış qiymətlər fərqlidirsə, yazılan qiymətlə alış edin.
Salam. İnternetin sürəti çox zəifdir. İstifadə edə bilmirik. Zəhmət olmasa köməklik edərdiniz.
Azeronline cavablayır:
Salam. Sizə kömək edə bilməyimiz üçün abunə kodunuzu qeyd etməyiniz xahiş olunur.
Bərbad internet. İşləmir.
Çox bahadır və 100 məqabit sürətdə yoxdur, imkan yoxdur ödəməyə biraz endirim edin.
Azeronline cavablayır:
Salam. Çətinliyiniz üçün təəssüf edirik. Zəhmət olmasa müştəri kodunuzu qeyd edin.
Kontakt home kimi ikinci dələduz fırıldaq tanımıram, məhsul online zakaz eləmişik, dyson fen original deyil, qutusu yoxdur, online çatdırılma ediblər 10 gündür müraciət eləmişəm, baxmırlar.
İnternet çox bərbad. Qiymət qalxdı, sürət çox zəif. Gün ərzində tez-tez kesilmələr olur. Gərək hər dəfə restart edəsən. İptal edəcəm cityneti.
Bakcelldən şikayətçiyəm. Nömrəmdən bir neçə dəfə pul çıxılıb, hər dəfə maraqlanmışam, deyiblər ki, hansısa xidmətə qoşulmuşam. Mənim xəbərim olmadan hansı xidmətə və necə qoşulmuşam? Bu çox maraqlı məsələdir. Bunu görüb bir neçə müddət bundan əvvəl zəng etdim 555 dedim ki, xahiş edirəm, mənim nömrəmi mənim razılığım olmadan heç bir xidmətə qoşmayın, boş boş sms-lər göndərməyin, mənə onlar maraqlı deyil. Dedilər ki, narahat olmayın qeyd etdik, nəzərə alınacaq. Cari ilin 23 oktyabr tarixində sms gəldi ki, hansısa paket yeniləndi. 21 manat konturum var idi, bir də gördüm ki, 8.50 manat qalıb. Bununla bağlı yaxınlaşdım Bakcellin Müştəri xidmətlərinə mənə dedilər ki, sms-i deaktiv edin, kontur çıxmasın. Qeyd etdim ki, mən heç bir paketə qoşulmamışam. Mənə bildirildi ki, telefonuma göndərilən sms-ə əsasən xidmət 2 gün pulsuz, sonrakı günlərdə isə hər gün üçün 0.25 qəp. pul çıxılıb. Mənim razılığım olmadan nə üçün Bakcell tərəfindən nömrəmi həmin paketə qoşub 21 manat məbləğində olan konturumu çıxıb 8.50 man ediblər? Dedilər ki, rəhbərliyin tapşırığıdır. Bakcellin rəhbərliyi Azərbaycan vətəndaşından oğurluq etməyi tapşırıb? Bu çox maraqlı yanaşmadır. Oğurluq özgənin əmlakını gizli olaraq talamadır. Bu hal da, gizli şəkildə vətəndaşın pulunu oğurlamaqdır. Tarifləri qaldırmaq istəyirlərsə, bunu şəffaf şəkildə etsinlər, hamı bilsin. Vətəndaşdan gizli şəkildə oğurlamaq eyib deyilmi???
Ardını oxu...Taksi almaq üçün minimum otuz dəqiqə gözləmək lazımdır.
Qiyməti qaldırdız, sürəti saldınız. Şikayət etməkdən bezdim. İki ev qoşulmuşduq, ikisini də çıxardıram, mənə uğurlar. Siz isə itirə itirə gedəsiniz.
Здравствуйте, хочу оставить жалобу, араз маркет по адресу Наримановский район, улица Ага Нейматулла 70а. Уборщицы моют пол во время того как покупатели отовариваются, при этом просят не ходить по магазину, ругаются, огрызаются, то есть чтобы отовариться нужно научиться летать. На местах по разным отделам не бывает продавцов, нужно по долго ждать чтобы кто то подошел. Примите пожалуйста меры, наймите нормальный персонал, который будет добросовестно выполнять свою работу!
Salam, mənim Wi-Fi-mın gücü çox zəifdir, buna da baxan yoxdur, xahiş edirəm, bizə bu barədə köməklik edəsiniz.
Azeronline cavablayır:
Salam. Zəhmət olmasa müştəri kodunuzu qeyd edin sizə məmnuniyyətlə dəstək olaq.
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline cavablayır:
Salam. Xəttiniz aktivləşdirilib.