Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Salam. "McDonald's" "Gənclik Mall" restoranının rəhbərliyindən bir sıra şikayətlərim var. Hansı ki, bu restoran daxilində özbaşınalıq baş alıb gedir. Belə ki, restoranın direktoru direktor olaraq yox, insanlıq olaraq bəzi problemləri var. Qarşısındakı aşağı vəzifəli şəxslərə qarşı saymamazlıq edir və həmin insanlara qarşı mənasız dərəcədə pis davranır. Bununla yanaşı restoran daxilində olan bəzi şəxslərə iş mühitindən kənar yaxınlıq göstərir. İstər dost, istər başqa münasibət olsun. Belə ki, restoranda çalışan bir xanım ilə olan dostluq və ya başqa bir əlaqəsinə görə bu xanım standartları düzgün bilmir və işinə laqeyd yanaşır. Hansı ki, assistənt-2 vəzifəsində çalışmasına baxmayaraq işdə məsuliyyətsizlik edir və bu, direktor tərəfindən görməzdən gəlinir. Bu da restoran daxilində hüzursuzluqlar yaradır və digər məhsul şəxslərin, "McDonald's" restoran zəncirində yetişmiş şəxslərin (bəzilərinin təcrübəsi 10 ildən çoxdur) rəqib şəbəkələrə getməyinə səbəb olur. Direktorun rəftarları bununla da bitmir. İş mühitində kommunikasiya qaydalarını pozaraq işçilərin bəzilərinin şərəf və ləyaqətinə zərər verəcək ifadələr işlədib. Ancaq bunu hər kəsin içində yox, təklikdə edir. Çox xahiş edirəm, direktor haqqında tez zamanda tədbir görülsün. Diqqətiniz üçün minnətdaram.
Ardını oxu... -
Хочу пожаловаться на оператора по имени Эмиль. Игнорировал сообщения, часами не отвечал. Мой чат так и остался открытым и не прочитанным.
Tərcümə et
-
Tovuz rayonu, Qovlar şəhərində yerləşən filialda 02.03.2026 saat 19:33-də 068 kodlu kassir növbə qaydasını pozaraq sağdan, soldan müştəriləri məndən qabaq yola salaraq və bir də onlar ora sonradan gəldikləri halda 'növbədə idilər' deyərək üzümə durub, məni stressə və əsəbi hala saldı. Kassir Nərminə Allahverdiyeva, Asif qızı, töhmət verilməsini tələb edirəm. Mənim əsəbdən təzyiqim qalxaraq iynə-dərmana düşmüşəm.
-
Salam, Mən 28 Mall filialında ekrandan sifariş edərkən kartımla ödəniş etdim. Ekranda ödənişin uğursuz olduğu göstərildi, lakin sonra kassada kartla ödəniş etdim. İşçilər mənə pulu 3–5 gün ərzində qaytaracaqlarını bildirmişdilər, amma hələ də geri ödəniş edilməyib. Zəhmət olmasa, problemi həll edə bilərsiniz? 22 fevralda olub.
-
Salam. “Alfanet” adı altında fəaliyyət göstərən bu provayderi heç kimə tövsiyə etmirəm. Şirkət təəssüf ki, pul tələsi ilə insanları aldadır. İnternet xidmətində ən kiçik gecikmə olduqda belə dərhal interneti dayandırırlar. 14 yanvar tarixindən ayın sonuna qədər Wi-Fi ümumiyyətlə işləməyib. Bu müddət ərzində onların qəbuluna düşə bilmədim. Yalnız 2 fevral tarixində usta gəlib problemi aradan qaldırdı. Bununla bağlı müraciət edərək istifadə etmədiyim günlərin kompensasiyasının qaytarılmasını tələb etdim. Operatorlardan biri rusdilli xanım, ondan əvvəl isə bir bəy mənə bildirdilər ki, istifadə etmədiyim günlərin ödənişi tam şəkildə geri qaytarılacaq. Onların sözünə əsasən fevral ayının ödənişini etdim və mənə bildirildi ki, kompensasiya mart ayında təqdim olunacaq. Mart ayı gəldikdə isə internet gecə saatlarında yenidən kəsildi. Qəbul şöbəsi ilə əlaqə saxlayana qədər balansımdan əlavə 3–4 manat vəsait çıxıldı. Nəhayət, əlaqə saxladıqda onlara xatırlatdım ki, bütün müştəri danışıqları qeydə alınır və mənə kompensasiya veriləcəyi vəd edilmişdi. Mənə bildirildi ki, məsələ araşdırılacaq. Lakin bu gün mənə zəng edərək şirkətin kompensasiyanı təmin edə bilmədiyini dedilər. Şirkət verdiyi sözü tutmur və bu, birbaşa müştərinin maddi zərəərə salınması deməkdir. İnternetin cəmi bir dəqiqə belə artıq işləməsinə imkan vermədən dərhal kəsirlər. Halbuki mən şirkətin problemi səbəbindən 14 gün internetdən istifadə edə bilməmişəm və bunun kompensasiyasının veriləcəyi rəsmi şəkildə vəd olunmuşdu. Sonda isə əsassız olaraq problemin guya mənim tərəfimdən “Wi-Fi reset edildiyi” üçün yarandığını iddia etdilər. Mən ümumiyyətlə reset düyməsinin yerini belə bilmirəm. Əgər problem mənim tərəfimdən yaranmış olsaydı, evdə quraşdırılmış kamera normal işləməzdi. Hazırda kamera işlədiyi halda telefon, kompüter, televizor və planşetdə internet yoxdur. Bu isə problemin istifadəçidən deyil, birbaşa şirkətin xidmətindən qaynaqlandığını göstərir. Bu cür məsuliyyətsiz və müştərini aldadan yanaşma qəbuledilməzdir. Şirkətin bu hərəkətləri ilə bağlı müvafiq tədbir görülməsini tələb edirəm.
Ardını oxu... -
Жуткая контора. Постоянные задержки: еда приходит в несъедобном виде — либо холодная, либо резиновая — из-за того, что курьеры развозят кучу заказов по непонятному алгоритму. Поддержка бесполезна. Плохой, кривой, бессмысленный сервис.
Tərcümə et
-
Fevralın 2-si qoşulmuşam, martın birinə keçən gecə borca görə bağlanıb internet, bu necə olur, cəmi 21 gün edir, martın yeddisi bağlanmalıdır əslində?
-
Salam, Samux rayonu, Zazalı kəndindəki Oba Market filialında gecə saat ~23:00-da əməkdaş məni kobud şəkildə qarşıladı. İşçinin adını bilmirəm, amma davranışı çox hörmətsiz idi. Həmin o sözü gedən mağazanızın daimi müştərisiyəm, mən gündə ən azı 50-60 AZN alış-veriş edirəm. Xanım olduğu üçün əməkdaşa bir söz demədim. Dedim sizə rəsmi müraciət edim. İndi sizdən sonra da lazımlı yerlərə irad və şikayətimi bildirəcəyəm. Zəhmət olmasa arada işçilərinizə müştəri ilə davranış, danışıq qaydalarını tələb edin, öyrədin. Müştəri mağazaya alış-veriş etməyə gəlir, mağazanı təmizləməyə deyil. Gecə saat 23:00 idi. Xanım satıcı.
Ardını oxu... -
Salam, ümumiyyətlə sürücülərin kartla ödəniş etdikdə gəlməmə səbəbləri nədir? 2 gündür işə taksi ilə getmək istəyirəm, biri gəlir, yanımdan keçir, saxlamır, biri deyir 'gözləmə, kartdır', bu ödəniş növünü niyə qoymusunuz onda? Ləğv edin, nağd olsun bilək, bizdə işimizi camaatı dolamaqdan başqa heç nə deyil, gülməlidir. 4 taksi hamısı əks istiqamətə gedir, ya yazır ki 'ləğv et'.
-
Çox pis, nə düzgün xidmət var, nə müştəri ilə maraqlanma. Mən başa düşmürəm, müştəri gedib yeməyi aşçıya deməlidir ki hazırlayın? İki filialda olmuşam (Əhmədli və Neftçilər). Neçə dəfə yeniyetmə oğlanlara xidmət edilmir, amma yaşı böyük adamlara full xidmət var.
-
BirMarket tətbiqində Orijinal Fenim və Brend de Paris satıcıları orijinal olmayan məhsullar satırlar. Dyson Airstrait aldım, əməkdaş zəng etdi, satıcı ilə danışdı və satıcı dedi orijinaldı. Aldım. Özüm də sonradan danışdım və 2 il məhsulun zəmanəti olduğu, tam orijinal olduğunu qeyd etdilər. Mən məhsulu diaqnostika etdirdim və qeydiyyatdan keçirməyə çalışdım. Nəticədə orijinal olmadığı ortaya çıxdı. Özlərinə dedikdə birinci danıldılar amma sonra qeyd etdilər ki üst segment məhsul deyil (yəni orijinal deyil) və dedilər ki siz orijinal olmadığını qeyd etsəniz pulunuz çox gec geri qaytarılacaq və ya müraciətiniz testdən keçməyəcək. Bir sözlə uzun çabalardan sonra geri qaytardım. Hər 2 firma eyni satıcıya aiddir. Orijinal Fenim və Brend de Paris saxtadırlar.
Ardını oxu... -
Mən, Qəribova Türkan. 28.02.2026 tarixində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, məscidin yanında yerləşən mağazada 81 AZN məbləğində alış-veriş etmişəm. Alış-verişdən sonra kassir olmayan, qısa qara saçlı bir xanım hamının yanında övladımın əlavə məhsul götürərək cibinə qoyduğunu bildirmişdir. Halbuki mağazanın müşahidə kameralarında aydın görünür ki, uşaq əlindəki məhsulu yerinə geri qaytardıqdan sonra elini cibinə qoyub. Mən dərhal uşağın cibini açaraq göstərmişəm və heç bir məhsulun olmadığı sübut olunmuşdur. Buna baxmayaraq, əsassız ittiham səbəbindən həm mən, həm də övladım digər müştərilərin yanında narahat və nüfuzdan salınmış vəziyyətdə qalmışıq. Bu cür münasibət alıcı hüquqlarına uyğun deyil və bizi mənəvi baxımdan narahat etmişdir. Hadisə ilə bağlı araşdırma aparılmasını, kamera görüntülərinə baxılmasını və məsələyə obyektiv qiymət verilməsini xahiş edirəm. Bu hadisədən sonra həmin mağazada özümü rahat hiss etmirəm və gələcəkdə oradan alış-veriş etməyi düşünmürəm.
Ardını oxu... -
28.02.2026 tarixində saat 09:41-də Tbilisi prospekti 50-də yerləşən Araz supermarketdən Orbit saqqızı almışam, məhsulun istifadə müddəti 09.02.2026 tarixində bitmiş olmasına rəğmən satışa təqdim edilib. Bununla bağlı lazımi tədbirin görülməsini tələb edirəm. Əks təqdirdə başqa qurumlara müraciət edəcəyəm
-
İki dəqiqəyə çatdırıram. SMS-dən sonra maşın hələ də hərəkət etmirdi, zəngləri açmır, nə də imtina etmir. Hələ üstəlik kobud danışır. Hər küçədə sulənən işə götürəndə nəticə belə olur
-
Сегодня, получив зарплату, положил деньги на карту, чтобы обновить кредитный лимит. Уже 4 часа деньги не садятся.
Tərcümə et
-
Salam Leo, bank kartıma pul yükləmişəm, neçə saatdır pul karta yüklənməyib, xahiş edirəm kömək göstərəsiniz.
-
Çox pis, müştəriləri narazı salırlar və 0 münasibət var
-
Ужасный сервис: заявлена доставка 30 минут, доставили за 90+ минут, всё холодное, отказались принять товар ненадлежащего качества, оставили у курьера. Доставщик отказывается вернуть деньги. Написали в департамент по защите прав потребителей.
Tərcümə et
-
Youtube'da, Tiktok'ta Araz marketler hakkında yazdığım güzel sözlerin sebebi Ağa Nimetullah 70A'ya yerleşen Araz markette çalışan müdür, administrator, başsatıcı ve işçi Abuzer'di. Bugün duydum ki Abuzer'i işten çıkarmışsınız ve kızlar dedi ki müdürü de işten çıkaracaksınız. Ben Araz'dan en çok alışveriş yapan müşterilerden biriyim. Abuzer işine dönmezse, müdürü de işten çıkarsanız ben artık kesinlikle ve kesinlikle Araz markete girmeyeceğim.
Tərcümə et
-
Belə internet yoxdur, ayda 25₼ ödəyirəm, amma internet bir gün işləyir, 2 gün işləmir, bunu kimə şikayət edək?
-
1 aydı işdən çıxmağa ərizə yazmışam, nə işdən çıxarıblar, nə də ki, 1 ayımın maaşı qalıb, orda vermirlər
-
Salam. Bizim internetimiz 3 gündür ki kəsilib. Borcumuz yoxdur. Ödəmişik. Amma niyə düzəlmir, bilmirik.
-
90-YZ-035 Salam, zəhmət olmasa Bolt-a işçi götürərkən yaxşı seçib götürün, bu nə mədəniyyətsiz şoferlərdir, sifarişi götürür, pis halda gətirib çıxarır, dağılmış vəziyyətdə, niyə görə mənim sifarişim zədəli gəlməlidir? Xahiş edirəm tədbir görülsün.
-
Nə xidmətiniz bir xidmətdir, nə internetiniz internetdir... 25 manat ödəniş edirəm, amma beş qəpiklik internet vermirsiniz. Evdə tək mənəm, bir nəfərin qoşulduğu internet videoları sonacan açmağa gücü çatmır... Fevralın 4-də ödəniş etmişəm, ayın 4-üdür, internet kəsilib...
-
İnternet işləmir, sizinlə heç cür əlaqə saxlaya bilmirəm, telefon nömrəsi düzgün təyin olunmayıb. Nə vaxt internet düzgün işləyəcək?
-
Salam Bolt şirkəti, mən sizin daimi müştərinizəm. Mənim şikayətim Bakı şəhərində Bolt sürücüsü ilə bağlıdır. Bu gün sürücü bir paketi müştəriyə, yəni mənim övladıma çatdırılma zamanı mənim övladımı təhqir etmişdi. Bu sürücü barədə ölçü götürməyi sizdən xahiş edirəm. Sürücünün mobil nömrəsi +99470****444. Xahiş edirəm, bu şikayət əsasında sürücü barədə bir tədbir görülsün.
-
Salam, mən 2026 fevralın 14-də Samsung S24-in pulunu ödəmişəm. Bu gün 2026 fevralın 23-üdür, hələ telefonu təhvil verməyiblər. Belə olmaz, pulu ödəmişəm, mən narazıyam.
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за ..."
Şirkətin səhifəsinə keç
— [email protected] -
"Çox bərbad xidmət də, internet sürəti də. Boşuna pul ödənilir. Hər danışanda internet donur."
Şirkətin səhifəsinə keç
— Nura -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман
