Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Xidmət çox pis olaraq qeydə alın. 2022-cü ildə müraciət olunan full 19 tarifinə indi qoşulma yönləndirib və bu vaxtadək heç bir xəbərdarlıq gəlməyib. Bu dələduzluq haqda tədbir görülsün.
-
Bu nə cür xidmətdir, zəng edisən, məşğuldurlar balansdan pul gedir, belə şey olar. Bu ölkə sahibsizdirmi? Insana belə əsəb verirlər.
-
Salam, mən kartla ödəniş etdim, avtomobil gəldi metalik dörtfara, getdim və qayıdan da priora markalı avtomobil ilə qayıtdım kart sifarişi ilə! Qayıdandan sonra 5 dəfə sifarişin öz-özünə pulu çıxılıb, pulumu qaytarın, şikayət edəcəm!
-
App-də avans götürmək xidməti heç ürəkaçan deyil. 50 AZN avans götürəcəm tarixcəmə baxırlar. Çox gülməli mənzərədir. Bax elə misal üçün deyirəm kapital bankda limitlə avans götürmək olur, düzdü 1 ay sonra tutulur maaşdan. Düşünürəm ki, avans siyasətinə yenidən baxılsın.
-
Çox qısa və net danışacam, provayder o qədər bərbaddır ki, bu rəyi belə qonşunun internetinə daxil olub yazıram.
-
Uğursuz sayılan əməliyyatım avtomatik geri hesabıma dönməlidir. Amma bank vəsaitimi bloklayıb özündə saxlayib. Əvvəl 2-5 gün ərzində dedilər sonra 1 həftə. Indi isə 1 ay gözləməlisən deyirlər. Hələ də anlaya bilmirəm ki, niyə Azərbaycanda uğursuz sayılan əməliyyatbank tərəfindən 30 gün bloklanır. Bəlkə də çox da ola bilər. Yəni öz halal vəsaitindən istifadə edə bilmirsən. Xidmət 0-dir.
-
Operatorların bəziləri çox aqressivdir. Və bir kartı sifariş etmək üçün 1 saat vaxt gedir. Heç məsləhət görmürəm bu bankı sizə. Ən yaxşı bank abb-dir.
-
Pis deyirsiniz, amma hamınız bu bankın üzvüsünüz, niyə susuruq, niyə toplanıb bu banka cəm halında, toplanıb şikayət yazmırıq? Oğurluqların necə həyata keçirilməsi barədə mənə problemli kreditlər şöbəsinin (Rəşid Behbudov) əməkdaşı danışdı dünən, bunu bilirlər, demək hər şeydən xəbərləri vardır. Cəzasız qalırlar deyə özbaşınalıq, hər şey edirlər. Niyə susuruq ay millət, nə olmasını gözləyirik?
-
Salam! 09.01.2025-dən bu vaxta kimi neçə dəfə müraciət etmişəm. Telefon işləmir. İnternet 🛜 isə yoxdur hələdə. Təmir edən də yoxdur.
-
İnternet çox pisdir, bərbaddır. 50 mps vermisiniz, 0,85-dir. Elə şey olur, haram, xoşunuz olsun verdiyimiz pul, mütləq düzəlsin, düzəlməsi sizi polisə verəcəyəm.
-
Internet zəifdir, internet. Səhər saat 9-da operatora zəng etdim, problem hələ də həllini tapmayıb. İnternet iştəmir. Telefon işləmir.
-
Binəqədi Gülüstanda olan meyvəli ilə üzbə-üz olan filialdakı işçilər, çox kobud rəftar edirlər müştəri ilə. Ayrıca alınan mal vitrin qiymətinə baxıb alırıq, kassada başqa qiymət, yəni baha deyilir. Böyük yogurt 1.49 yazılib vitrində, 2.50 kassada tutulur. Hər kəs vitrinə baxır, budcəsinə uyğun olaraq alır. Gəlirsən kassada adam pis vəziyyətdə qalır. 2 sarı qadın var, orada hündür boylu olan çox kobud rəftar edir.
-
Müraciətim budur ki, telefonla proqramı yükləyirəm, oba markede kassada proqram işləmir, proqramda göstərilən bonus kartı. Endirimlərdə də bonus kart keçərlidir, Bakı sakiniyəm, sizin marketdə də araz market kimi plastik bonus kart varmı? Əgər varsa, mənə plastik bonus kart verəsiniz, mümkündürsə, oba marketdə alış-verişdə istifadə edərdim. Xahiş edirəm, mail.ru-ya geri dönüş edəsiniz, əvvəlcədən təşəkkürlər.
-
Берут на работу малолеток, которые разговаривать с людьми не могут. Никакой этики! Toyota Corolla Fielder 01-СR-947
-
Отвратительное покрытие, операторы не решают вопросы просто тянут резину не советую эту сеть никому.
-
Crescent mall mağazasından aldığım iphone 16 pro, kutusundan bozuk çıktı. 7-14 gün içinde iade etme hakkım varken, telefonu servise gönderdiler. Şimdi 14 günün tamamlanmasını bekliyor ve beni oyalıyorlar. Zaman kazanmaya çalışıp süreyi bitirmeye çalışıyorlar. Organize olarak suç işleyip beni mağdur ediyorlar.
-
Salam, mən xəstəxanaya geddiyim halda məni Samir 77-XP-386 nömrəli sürücü aldadaraq yarı yolda tamam başqa yerdə xəstəxanadan çox uzaq məsafədən salıb dedi ki, mənzilə çatıbsınız. Qalmışam saatlarla yolda zəng edirəm, deyir yalandan ki, konum oranı göstərirdi. Çox alacaq hərəkətdir, şikayətciyəm.
-
Bakubus üçün kartdan pul çıxıblar. Guya karta əlavə pul köçürüblərmiş adı ilə. Heyif ki, minimal qiymət 1 ulduzdur, sıfır da düşmür bu bankın insanlara xidmətinə. Fırıldaqçılıqda Nömrəbirbank!
-
95 AZN pulum qalıb. Sayt işləmir. Keçən ildən indiyədək bakı kartın proqramı işləmir. Minlərlə insanların pullarını mənimsəyib. Məhkəməyə verilməlidir!
-
Dələduzluqla bağlı Birkartdan oğurlanmış məbləğlə bağlı Şəki Polis Şöbəsi tərəfindən Kapital Banka 17 oktyabr 2024-cü ildə göndərilmiş sorğu hələ cavablandırılmayıb. Bu yalnız bank məsuliyyətsizliyidir. Sorğuyla bağlı gecikmənin baş verməsi və bankın məsələyə münasibət göstərməməsi narahatlıq doğurur. Bankın müştəri problemlərinə operativ yanaşmasını tələb edirəm.
-
Çox xahiş edirəm, mənim internetimi düzəldin. 4 gündür girinc olmuşam. Neçə dəfə deyərlər. Baxan yoxdur. Düzəlir, 4 saat işləyir, yenə itir. 3-49-37 cəlilabad.
-
Bir qəpiklik market deyil. Artıq pul çıxırlar, şikayət edirsən, nə pulu qaytarırlar, nə də bir üzürxahlıq edirlər.
-
Zaranın instagramda gizli qutu adlı reklamına abunə olduq, bütün pullarımızı çəkdilər.
-
Salam, gediş 16.30 AZN olduğu təqdirdə 77-YH-189 nömrəli Chevrolet Cobalt markalı maşının sürücüsü ünvana çatdıqda mənə 28.40 AZN ödəməli olduğumu dedi, bu niyə belədir, zəhmət olmasa fikir verin 16 AZN-lik sifariş, niyə ünvana çatdıqda summası yüksəlir, 28 AZN olur, səbəb?
-
Biz Kontaktın seçilmiş müştərisiyik, hər zaman ödəşimizi vaxtından əvvəl ödəmişik bitirmişik, heç vaxt bizim gecikməmiz olmayıb, 2024 Noyabr ayının 26-sı keçirilən kampaniya vaxtı biz mobil telefona gələn kampaniya mesajında printerlərin endirimdə olduğunu gördük və qərarə gəldik ki kampaniyadan yararlanaq. Biz tələbə olduğumuz üçün lazımdır printer bizə, hp markası 170 manatlıq printer aparatı haqqında mağazadan maraqlandıq bizə məlumat verildi, böyük məmnuniyyətlə tövsiyyə etdilər keyfiyyətini, sürətini mağazadan bu məhsulu və bizdə razılaşdıq ki alaq. Biz Gəncə şəhərindəki bayraq meydanının yanında sənədləşmə apardıq ayın 26sı günü, Qoşqar müəllim müdriyyətdən məsul şəxs, biz deyəndə ki məhsula bir baxaq görək dedilər ki, məhsul bitib mağazalarda yalnız anbarda var və anbardan göndəriləcək, bizdə dedik ki elədirsə biz elə birbaşa Bakıdan götürək inşaatçılar flialından. Və sənədləşmə oldu ayın 26-sı, 29-u isə Bakı gətirib verdilər evə. Biz qapıda təhvil verən nümayəndələrə deyəndəki bəs bunu açaq yoxlayaq baxaq görək işləyirmi dedilər ki biz 166-nın işçiləriyik biz ancaq çatdırılmaya baxırıq. Bizdə qutunun ağzının bağlı olduğuna dair olan sənədə imza atdıq ki, bəli ağzı bağlı bir qutu verilib bizə. Mal bizə təhvil verilmədi, yəni yoxlanılma olmadı. Biz ayın 1i zəng etdik ki, bizə bu məhsulu necə təhvil verdiniz biz bilək nə cür işlədilir bu? Detalları tamdırmı? Bizə dedilər ki, biz onu təhvil vermirik, açın işlədin, dedikləri kimi etdik,a çıb işlətdik, amma aparat bizi qane etmədi dediklərinin tam əksi bir məhsul olduğunu anladıq. Sürəti yavaş, vərəqləri boş çıxarır, vərəqlər içində ilişir qalır, vərəqlər əzilərək çıxır və s. Biz bunları mağazaya yazılı ərizə verən zaman da qeyd etdik, ayın biri biz zəng edib qaytarmaq istədiyimizi dedik. Həmin İnşaatçılardakı mağazaya yaxınlaşıb ərizə verib təhvil verdik məhsulu. Məhsulu göndərdilər texniki baxışa. Biz ayın 4 verdik bizə dekabrın 29-u məlumat gəldi ki, məhsulun çernil boya olan yerində problem var imiş, çernili də yoxdur və bizə dedilər ki, servisdən biz qaytarırıq məhsulu mağazaya, gedin mağazadan götürün. BİZİM ŞİKAYƏTİMİZ BUNDAN İBARƏTDİRKİ, biz həmin printeri bizi qane etmədiyi üçün qaytarmışıq, bizim bu printerin qiyməti 170 manatdır, Gəncədəndə məsləhət görülüb ki 300-400 manata daha yaxşı printerlər var. Və hətta bizim şikayətimiz ondan ibarətdir ki, mağazalarda satışda olmayan, vitrində olmayan malı vaxtını bitirmiş köhnə bu modeli, problemi olduğu üçün vitrinlərdən çıxıb bu mal. Hətta biz indi öyrənmişik ki, bunun çernil qabları ayrıca paketdə olmalıymış, bizdə ele deyildi biz paket zad görmədik printer üstündə taxılı idi demekki bu məhsul zaten işlənmiş xarab məhsul imiş, kimsə bizdən əvvəl istifadə edib və printeri anbardan bizə elə getiriblər. Mağazalarda da təsdiqləyirlər ki bu məhsulunn problemi olduğu üçün satışdan çıxarılıb mağazalardan. Sizdən xaiş edirikki bizim qanunən hüquqlarımızı bərpa edəsiniz, 4-5dəfə qaynar xəttlə əlaq saxlamışıq hər kəs bir xanımın üstünə yollayır, o xanım da bizə deyirki biz bilirik hamısını amma bizə qaytarmağa icazə vermirlər. Azərbaycan Respublikasının qanunlarına əsasan alınan məhsulu 14 gün ərzində geri qaytarma hüququmuz var biz isə 3 gün sonra məhsulu qaytarmaq üçün servisə göndərmişik. Satışda olmayan məhsulu bizə satıblar. Harda görünüb ki məhsulu skoçla bağlı əzik bir qutuda qapıdan verib, məhsulu təhvil verməmiş getmək. Xaiş edirik bu məsələyə baxılsın hüquqlarımız təmin edilsin.
Ardını oxu... -
Boltda olan bəzi alçaq sürücülər xanımlara qarşı davranış, etik, subordinasiya qaydalarını pozular. Xanım maşında olarkən sifarişi ləğv edin, məndə telefon donub deyirlər bəzi alçaq sürücülər. Maşında ola-ola xanımdan tələb edir ki, sifarişi ləğv elə, nədir nədir 3-4 AZN özünə qalsın və üstəlik hara sürəcəyi də bəlli deyil, bu cür alçaq şərəfsiz sürücülərin haqqında tədbir görülsün.
Ən çox şikayət olunan şirkətlər
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Şirkətin səhifəsinə keç
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Şirkətin səhifəsinə keç
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Şirkətin səhifəsinə keç
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Şirkətin səhifəsinə keç
— Ruslan

Azeronline cavablayır:
Salam. Xeyr borc yazılmır. 3 ay ödəniş etmədikdə xətt bağlanır.