Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Xaricdə təhsil
- İdman zalları
- Publar və barlar
- Quru təmizləmə
- Uşaqlar üçün
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Kömək etmək barədə etdiyiniz müraciətlər əbəsdir. Nə yazdıqları nömrəyə, nə votsap məlumatlarına cavab vermirlər.
-
Bir neçə mağazasında olmuşam. Qiymətlər nisbətən yuxarıdir, amma seçim çoxdur, keyfiyyət də öz yerində. Xoşrəftar işçilərə də minnətdarlığımı bildirirəm.
-
Çox bərbad kuryerin müştəri ilə danışıq qabiliyyəti çox aşağı səviyyədədir. 1 saatdır sifarişim gəlib çatmayıb zəng vururam kuryer telefonu açmır açanda da "səbrli olda" deyib üzümə telefonu söndürür xahiş edirəm həmin kuryer barəsində tədbir görün Elvin adında kuryerdir 055*****87 nömrəsi ilə qeydiyyatdadır
-
22:47-də sifarişim üçün kuryer təyin olunub 23:36-di hələ kuryer hərəkət etmir
-
Cox pis sirketdi, bir heftedi kabel qirilib, sikayetime baxan yoxdu
-
Menim wolt hesabımda 900 manat var hesabımı blok edibler, sifariş vere bilmirem, kömeklik de göstermirler, xaiş edirem kömek edin!
-
Aylıq qrafik üzrə 78 manat artıq hesablanıb
-
Mən Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 67 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayıram. Yazıb Sizə bildirirəm ki, həmin ünvana 30.06.2022-ci il tarixdə Hacıqabul şəhərində yerləşən Aztelekoma ümumilikdə 43 manat nəğd pul ödəyərək *** telefon nömrəsini öz adıma rəsmiləşdirmişəm. Ödədiyim pulun qəbzi mənə təqdim edilmədi. Oradan mənə bildirildi ki, telefon xətti 5 gün müddətinə ünvana çəkiləcək. Lakin sonradan bildirildi ki, Aztelekomun balansında rabitə xəttini çəkmək üçün naqil yoxdur və həmin naqili mənim almağımı bildirdilər. Mən də imzaladığım müqaviləyə əsaslanaraq naqilin mənim tərəfimdən yox Aztelekom tərəfindən verilməli olduğunu onlara bildirdim. Lakin buna baxmayaraq 20 gündür ki, nə mənim ünvanıma telefon xətti çəkilib nədə Aztelekom tərəfindən bir məlumat verilib. Dəfələrlə Aztelekomun Hacıqabul filialının binasına yaxınlaşaraq Asif müəllimlə görüşmək istədiyimi bildirmişəm. Lakin qapıda duran mühafizəçilər Asif müəllimin işdə olmadığını bildiriblər. Sizdən artıq dərəcədə xahiş edirəm ki, qısa müddət ərzində bu məsələyə aydınlıq gətirilsin və tez bir zamanda ünvanıma telefon xətti çəkilsin. Çünki məndən qeyd olunan nömrə üçün telefon xətti çəkilməmiş əvvəlcədən aylıq ödəniş haqqıda alınıb və həmin ay artıq bitmək üzrədir. Bir daha xahiş edirəm ki, müraciətimə ciddi yanaşılsın əks təqdirdə dahada yuxarı orqanlara müraciət etmək məcbiriyyətində qalacam. Öncədən öz minnətdarlığımı bildirirəm.
Ardını oxu... -
Neinki berbad heyif verdiyim pula ... Bu pul kime gedirse burnennan gelecey .. cahilsiniz hec olmaya haqqin qiymetinide ... Ferqi yoxdu men neynirem ne isle mesgulam insanamda ...
-
Salam. Şikayətim Leobankın diqqətsiz operatorlarınadı. Mən mart ayında leo kart almışam içində 1000 AZN kreditlə. Krediti xərcləmişdim və neçə gün olar ki krediti tam faizlərlə bağlı bağladım. Yani mənim banka heçbir borcum yoxdu. Amma yenə bugun yazıblar ki ayın axırına kimi 14 AZN karta yukləməliyəm. Bu gic gic səhvlər nə vaxt bitəcək?
-
Salam. Artıq 40 gündür ki, Leobank hesabından 350 manat məbləğində köçürmə etmişəm və pul hesabdan çıxmasına baxmayaraq təyinat hesaba çatmayıb. Dərhal da zəng vurub məlumat vermişəm və guya sorğu açıblar və mənə də bir kod göndəriblər. Hər dəfə zəng vururam və operatorlar gah 3-60 gün, gah da 30-60 günə problem həll olunacaq deyirlər, qurtardı getdi. Nə deməyimdən də asılı olmayaraq, eyni cavabı verirlər. Daha bir ətraflı cavab almağa çalışanda isə eyni cavabı artıq daha yüksək tonla deməyə başlayırlar ki, yəni "əl çək məndən". İndi 3 məsələ var: 1- bu nə yaman qəliz məsələdir ki, 60 günə qədər bunun üçün vaxt lazım olsun? 60 günə əlimdə pul ilə gəzə gəzə getsəm, dünyanın hər yerinə gedib çıxmışdım bəlkə də; 2- hansısa bir period təyin olunanda, o periodun elə ilk günlərində də həll ola bilər məsələ və əksər halda heç olmasa, ortasında həll olunmalıdı. Amma siz 3-60 demisinizsə, elə məhz 60-ci gün niyə həll olmalıdırki ? 3- və ən əsası, hər şeyə texnikadı olur deyirsiz, bircə dəfə də ele olsun ki, ödəniş getsin, amma səhvən pul balansda qalsında. Niyə həmişə bu texniki səhv bizə ziyan tərəfə olmalıdır axı. Bir dəfə də sizə ziyan olsun və elə 60 gün o 350 manat məndə qalsın, sonra verimde sizə, olmaz??? Bir xeyri olmayacığını bilirəm, amma yenə də yazdım da :)
Ardını oxu... -
Internet çox zəifdi, gostərilən xidmət səviyyəsi 0
-
Biz Abşeron rayonu Məmmədli dairəsi Göy Qurşağı MTK binasında yaşayan sakinlərin əksəriyyəti bu provayderin xidmətindən yaralanırıq. Amma bir provayder kimi öz abonentlərinin şikayət və təkliflərini nəinki yerinə yetirir, hətta qulaq asmaq belə istəmir. Sürət və keyfiyyət çox aşağı səviyyədədir, pandemiya və postpandemiya dövründə hər bir əməliyyatın onlayn həyata keçirildiyi halda internet şəbəkəsində günlərlə fasilələr olub. Bunu yazmaqda bu provayder rəhbərliyindən öz abonentləri qarşısında məsuliyyətinin artacağına ümid edərək bu çatışmazlıqları qeyd etdim.
Ardını oxu... -
Bu nə məsuliyyətsizlikdi, bu nə saymamazlıqdı 3 gündü Wifi işləmir. Şirkətə zəng edirsən bir ingilisi qoyublar ora biz adamla danışmaq isdiyirik robotla yox. Wifi zəif, xidmət onnanda bətər bərbad bu nə şirkətdi? Ayın 5 olan kimi səhər acılmamış inerneti bağlıyırsız. Bir az məsuliyyətli olun. Şirkəti işlədə bilmirsiz başı cıxan adama verin yada bağlıyın getsin. Biz hara şikayyət edək sizin əlinizdən?
-
Bayram günündə qazandığınız alqışlar size bəsdir. Bu qədər məsuliyyətsizlik səviyyənizi ortaya çıxarır. Siz işləmək istəmirsiniz, əhali şirkətinizi məcbur ayaqda tutur.
-
2 gundu internet yoxdur. Bu birbasa istehlakcilarin huququnu pozmaqdir. 20 azn gune gun odetdirirsiniz, 1 saat gecikende sebekeden ayirirsiz, bes 2 gun internet olmayanda bu gunlerin odenisini niye qaytarmirsiz. Ay cinayat mecellesinin 178-ci maddesinin yiyeleri. 1 deleduzluq edirsiniz, odenis alib lakin xidmeti yerine yetirmirsiniz. 2 Azerbaycan Respublikasinin dovlet dili haqqinda qanunu pozub telefon xettinde sesi qoymusunuz ingilis diline. 7/24 texniki destek yazmisiniz, yalansa sizi hele 7/24
-
Cox pis. Bunun bir yiyesi var goresen
-
MegaLink şirkəti ilə 6 gündür, müqavilə bağlamışam. Son 3 gündür internet yoxdur. Belə səhlənkarlıq olmaz, zəng edirsən, zəng çatmır. Sayta daxil olursan, elə bil "Paint"lə yaradılıb. Heçnə işləmir. Problemlər aradan qaldırılmazsa, şirkətinizi bağlayın, və kompensasiya ödəyin.
-
İnternet neçə gündü yoxdur. Ümumiyyətlə internetin keyfiyyəti çox aşağıdır. Amma ödənişi aylıq alırsınız. Ödəniş olmasa internetdən istifadə etmək hüququ olmadığı kimi işlənməyən günlərin kompensasiyasını tələb edirəm. Texniki problemin həlli üçün sizin operator ilə əlaqə saxlamaq qeyri mümkündür. Xahiş və tələb edirəm xidmət keyfiyyətini qaldırasınız.
-
Bu nə deməkdi axı, dünəndən bugünə kimi internet yoxdur. Buzovnadan neçə nəfər zəng eləmişik, zəngə cavab verən yoxdu. Bayram ola bilər, ama işinizi məsuliyyətlə yerinə yetirib, sonra istirahət etmelisiz.
-
Call Center işləmir, heç bir zəngə cavab verilmir, xidmət normal göstərilmir, qeyri professional əməkdaşlar və bir söz bərbad “provayder”. Əgər bir xidmət göstərirsinizsə, normal göstərin yada icazə verin müəyyən binalara daha yaxşı xidmət göstərən provayder gəlsin!
-
Bu nə bərbad sistemdir. Heç bir nömrəyə zəng çatmır. Günortadan Saray qəsəbəsində internet yoxdur. Bayram günü adam pis söz də demək istəmir. Belə sahlənkarlıq olmaz
-
İnternet kesilib, zənglərə cavab vermirlər. Kimə şikayət edək?
-
09.07.2022 tarixi internet ödəniş ödənilməsinə baxmayaraq işləmir. Qırmızı işıq yanır saat 15:00 dan bəri. Megalink zənglərə cavab vermir, problemin qaynağı nədir bilmirəm amma digər yazılardan da görünür ki çox adamda bu problem var.
-
Bu nə sistemdirsə işləmir, Ramana Sovxozda binalarda işdemir
-
Yeni Ramana qesebesi sosial binalarda Wi-Fi ishlemir. Gah sureti zeif olur, gah dayanir. Seher 1-2 defe ishledi, dayandı, hec bir binada Wi-Fi yoxdur. Zeng eleyirik, zeng catmır. Bu nedi axı? Zehmet olmasa bir baxın edin, Wi-Fi elaqesini duzeldin
-
İnternet işləmir, telefon da işləmir, əlaqə nömrələrinizə zəng çatmır, provayderin adı Megalink -dir
Ən çox şikayət olunan şirkətlər
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Şirkətin səhifəsinə keç
— Murad -
"Allah sizin camaatdan boş-boşuna aldığınız pulları sizdən qəpiyinə kimi geri alsın."
Şirkətin səhifəsinə keç
— Sevinc -
"Bu nədi? Aylığı ödəmişəm, amma internet yoxdu. Qoyduğunuz nömrə yanlışdı."
Şirkətin səhifəsinə keç
— Vuqar -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Şirkətin səhifəsinə keç
— Роман
