Bələdçi.az
Optimal
Optimal

Optimal
haqqında şikayətlər və rəylər

Optimal əlaqə, müştəri xidmətləri, kampaniyalar haqqında şikayət yazmaq və müştəri rəyləri Bələdçi.az-da.
☆
☆
☆
☆
☆
0.0 / 5.0
0 rəy əsasında · Reytinq: Yoxdur

Siz bu səhifədə Optimal haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Optimal barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?

Rəy yazaraq ictimaiyyətlə şirkət barədə öz narazılığınızı və ya xoş təəssüratlarınızı paylaşa bilərsiniz.


Rəylər (1)

5 ★
4 ★
3 ★
2 ★
1 ★
0%
0%
0%
0%
100%
  • V
    Vusalə
    1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★
    Qiymət: Aşağı

    Salam. Mənim şikayətim Optimal MMC dəndi. 2019-cu il Sentyabrın 6-sı Optimalın 28 may filialından (hal hazırda hemin filial işləmir) LG OLED 55 (UD) TV aldıq. Və elə həmin gün optimalın işçisi tv quraşdırdıqdan sonra tvnin usb çıxışını yoxladıq. Usb çıxışı işləmədiyinə görə tv-nin dəyişdirməyi tələb etdik. İşçi servisdən sabah yəni 07.09.2019 cu ildə yaxınlaşacaqlarını bildirdilər. Lakin hər gün Optimal mağazasına zəng vurmağımıza baxmayaraq servisdən xəbər gəlmirdi. Nəhayət 7 ci gun mütamadi yığmağımız sayədində optimal servisin işçiləri şirin yuxularından ayılıb tv ni götürməyə gəldilər. Onlardan hər hansı bir sənədin verilməsini tələb etdikdə bizə “biz şoferik fəhləyik səlahiyyətimiz yoxdu gəlib verəcəklər sənəd” deyib tv evdən apardılar. Hansı servisdi bizə heç bir məlumat verilmədi. İ.H.M. haqqında Azərbaycan Respublikasının qanununun maddə 7 qeyd olunduğu kimi qüsuru olan mal satılarkən istehlakçı həmin malın müqaviləsini ləğv etmə hüququ var. Və ya yenisiylə əvəz etməlidir mağaza. Təəssüfki , şirkət bu qanunda göstərilən heç bir maddəyə riayət etmədi. Həmin il Bir neçə aydan sonra şirkətdən tvnin düzəldiyini və gətirmək istədiklərini bildirdilər. Lakin qanundada qeyd olunduğu kimi dərhal yenisiylə əvəz etməliydilər bunlar isə ayılıb könülləri istədikləri vaxt hərəkətə keçiblər. Həmin vaxt artiq biz Baku Elektronikdən həmin tvdəndə baha qiymətə olan tv aldiq və günü bu günə kimidə istifadə edirik. Demək biz tv ni istəmədikdə bizim barəmizdə krediti ödəməyən problemli müştəri kimi məhkəməyə verilmişik. Halbuki 2019-cu ildən artiq 2021 ilə kimi demək olarki hər 6 aydan bir həmin optimal şirkətinin “hüquqşünasları” işi araşdırmadan bizə zəng edirdilər yuxarida sadaladıqlarımızı hər dəfəsində həmin optimal şirkətinin yenilənən “hüquq departamentinin hüquqşunaslarına“ izah etməkdən biz yorulurduq onlar isə hər dəfəsində narahat olmayın hər şey bizə aydındır deyərək bizi yola verirdilər və sonda günahkar borclu kimi qələmə verib məhkəməyə çağırdılar. 2022-ci il mart ayında məhkəmə prosesi olsada qarşı tərəf yəni optimalın səlahiyyətli nümayəndələri özlərinə əziyyət verməyib prosesə gəlmədi. Buna görədə həmin iş baxılmamış qaldı. Belə çıxırki, bu insanların vaxtı biz sadə insanların vaxtından daha vacibdi və qızıldandı. Təəsüf mən optimalın baş ofisinə dəfələrlə müraciət etməyimə baxmayaraq hələdə bu işə xitam verilməyib . + mənə güya ki tvni biz 2019 ilin sentyabrin 6 alıb bir həftə sonra yox bir ay sonra qaytarmışıq yazışmasını göstərdilər. Daha sonra aydın olduki tv sən demə bizdə yox bu optimal şirkətinin sumqayit servisindədi (burdan sual yaranır niyə məhkəməyə vermisən). Və tv sağ salamatdı biz dəli olmuşuq tvnin xarab olduğunu bildirmişik (nəzərinizə çatdırım ki, bu sözləri 4 il keçəndən sonra deyirlər). Optimal şirkətindən qətiyyətlə bu məsələnin üstünə düşməsini artıq tələb edirəm. Sadə vətəndaşı bu dərəcədə məşğul, işindən, çörəyindən etməməyinizi tələb edirəm. Çünki, mən sizin keyfinizlə istədiyiniz vaxt şirkət olaraq siz və işçilərinizin məhsuliyyətsizliyinə görə iş yerimdən olmamalıyam. Haqqımı tələb edirəm və sonuna qədərdə bu işə xitam verilməsini tələb edəcəm ‼️

    Ardını oxu...

Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Optimal Baku reyler, optimal haqqinda reyler, Optimal shikayet, optimal reyler, Optimal kampaniyalar, Optimal sikayet, unvan

Optimal barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq (qeydiyyatsız)