Shark Telecom haqqında şikayətlər və rəylər
İnternet provayderSiz bu səhifədə Shark Telecom haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Shark Telecom barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (33)
-
Çox pis bir provayder, çox məsuliyyətsiz şirkət, yiyəsi bilinməyən şirkət, buna heç ulduzda düşmür
-
15 gündür İnternet yoxdur, zəng hər gün zəng edib şikayət edirəm, hər gün də "sorğunuz qeydə alınıb baxılacaq" deyirlər, bu şirkətin rəhbərliyi dələduzluqla məşğuldur. Nəbadə kimsə bu provayderə qoşulub özünü əsəb xəstəsi etməsin.
-
7 gündü şikayət eləmişik. Gəlib baxmırlar. Adam gic yerinə qoyublar. Hərdən başqa bişey deyirlər. Axırda qaynar xətdən tutmiş polisə qədər şikayət edəcəm
-
İnternet islemir, ayliq 20 azn boś bošuna qedir, atçiliqda yašayan gelin yigišaq ve šikayeti bildirek
-
Shark telekom şirkəti çox keyfiyyətsiz bir şirkətdir. Şirkət ilə əlaqə saxlamaq isdedikde heç bir halda cavab vermirlər. Bular bəs neye göre dövlətdən maaş alırlar. Adiyyatı qurumlar Shark telecom şirkəti haqqında əsaslı tədbir görülməlidirler. 180 manat alıb internet çəkiblər. Heç bir halda günün 24 saatında problemsiz işləmir. Demek olar ki 1 ayın 10 günü üst üste ancaq isliyir. Rabitə və Texnogiya Nazirliyi bunlara necə lisenziya veribdir. Yada ki nazirliyin bu şirkətin necə biyabırçı halda xalqa xidmət etməyindən məlumatları yoxdur.
-
20 manat alirlar internet yoxdu ayin 20 gunu zeng edirsen deyiller qeydiyyata aldiq. Gelib baxan yoxdu haram xoslari olsun hec kimnen qorxulari yoxdur evveller axsam isleyirdiler indi ise yox, derdimizi kime deyek bilmirik kamendat baxmir, oz adamlaridi yigiliblar bir yere ne isteyirler edirler. Cox cox pisdir basqa provayder qoymullarki ona qosulasan insafsizlar haram xosunuz olsun aldiginiz pullar
-
Salam, bu ne internetdi ayda 30 manat veririk 1 qepiklik iwlemir, telefonlarina zeng vurursan zeng catmir insafiniz olsun ayibdir axiiii
-
Bine atciligda internet yoxdu, heç kim baxmır. Zəng vurursan bunlara, gic gic danışırlar eseb edirler adamı mən şikayət etdim müvafiq orqanlara. Kimde problem var şikayət etsin dələduzlar cəzaların alsınlar məndən 170 AZN alıblar 2 gün internet olub ondada usta gəlib gedib
-
Operatorları yalançı, servis xidməti fırıldaqçı, internet sürəti 1/4. Telefon nömrəsi 1 ədəd ona da cavab verən yox, texniki işçiləri ümumiyyətlə yox. Yəni bu provayderə qoşulduğum üçün özüm özümnən üzr istəyirəm
-
Bu əlaqə nömrələri düzdür görəsən? Heç bir vaxt telefona cavab vermirlər, internet də yoxdur. Ödəniş vaxtı çatanda heç saatı ötürmüyüb tez dayandırırlar. Ödəyəndən sonra da itirlər ortalıqdan. Belə olar? İnsafınız olsun!
Bələdçi.az saytının Shark Telecom şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Shark Telecom Baku reyler, shark-telecom haqqinda reyler, Shark Telecom shikayet, shark-telecom reyler, Shark Telecom kampaniyalar, Shark Telecom sikayet, unvan