App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Oba Market
Oba Market

Oba Market haqqında şikayətlər və rəylər

Supermarket Supermarket
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Oba Market Azərbaycanda supermarket və gündəlik alış-veriş xidmətləri təqdim edir. Siz bu səhifədə Oba Market haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Oba Market barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
2%
4 ★
1%
3 ★
6%
2 ★
6%
1 ★
72%
  • SO
    Sevda Osmanova 10 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Şikayət Qaraçuxur ərazisində, 43 nömrəli Şəhər Poliklinikasının yaxınlığında yerləşən OBA Marketdə çalışan bəzi əməkdaşların müştərilərlə ünsiyyət və davranış qaydalarına düzgün riayət etməməsi ilə bağlı narazılığımı bildirirəm. Belə ki, market əməkdaşları müştərilərlə nəzakətli və düzgün ünsiyyət qurmur, kassaya yaxınlaşaraq hər hansı məhsulu götürüb sonradan həmin məhsulu almaqdan imtina edən müştərilərə qarşı narazı və kobud münasibət göstərirlər. Bundan əlavə, vitrində göstərilən qiymətlərlə kassada tətbiq olunan qiymətlərin uyğun gəlməməsi halları ilə dəfələrlə qarşılaşmışam. Bu hal müştərilərin haqlı narazılığına səbəb olur. Həmçinin əməkdaşlar vətəndaşlara, o cümlədən mənə qarşı “Siz görmürsünüz qiyməti? Biz nə edək? Eynək taxın” kimi ifadələr işlədərək kobud və yolverilməz üslubda danışırlar. Qeyd etmək istəyirəm ki, ərazidə yaxın məsafədə başqa market olmadığından, məcburən həmin marketdən istifadə edirik. Lakin marketə hər yaxınlaşdıqda demək olar ki, eyni xarakterli hallarla qarşılaşıram. Əməkdaşların müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq əvəzinə, narazı münasibət göstərməsi və kobud danışıq tərzi müştərilərdə ciddi narazılıq yaradır. Xahiş edirəm, qeyd olunan məsələ araşdırılsın, market əməkdaşlarının müştərilərlə davranışı və vitrində göstərilən qiymətlərin kassada tətbiq olunan qiymətlərlə uyğunluğu nəzarətə götürülsün, əməkdaşlara müştərilərlə etik və nəzakətli ünsiyyət qaydalarına riayət etmələri barədə müvafiq tədbirlər görülsün və görülmüş tədbirlər barədə mənə məlumat verilsin.

    Ardını oxu...
  • ★
    ★
    ★
    ★
    ★

    Xırdalanda yerləşən Oba 14 nömrəlidə işləyənləri demirəm, hamınızı nəzərə tutmaq düzgün deyil, amma bir işçidir, menecerdir, bilmirəm kimdir. İnsan adından uzaq bir məxluqdur. Bir xanımla necə danışacağını bilməyən işçiləri götürməyin!!!!!!! Mən zəng vasitəsilə də şikayətimi bildirdim, bir rəy olaraq da yazıram. Vitrinə fərqli endirim qiyməti qoyursuz, kassaya gələndə dəfələrlə eyni vəziyyəti yaşamışam — orada kassada fərqli, vitrində fərqli qiymətdir. Mən bunu irad kimi dəfələrlə yaşadığımı bildirdim. Həmin məxluq şəxs kassada durmurmuş və çox insan vardı orda, mənə 'ay qız, get, yaxşı oxu, nə mənə iş öyrətmə, çıx bayıra, çıx çölə' deyərək qovdu. Mən həmin şəxsə dedim ki, mənə 'xanım' deyə müraciət etməlisiniz, 'ay qız' deməyin, çünki mən sizə 'siz' deyə müraciət edirəm, hörmətsizlik etmirəm. Buna baxmayaraq daha kobud danışdı, dedi ki, 'get, hara istəyirsən şikayət et.' Bu qədər rahatçılıqdır ki, yeni sizin bu şirkətdə??? İşçilər müştərilərlə bu cür danışır və deyir ki, şikayət et? Siz əgər müştərilərin məmnunluğunu belə təmin edəcəksinizsə, niyə bu cür işçiləri işə götürürsünüz????? Ya bu şikayətə baxılacaq, ya mən daha da çox yerə yayacağam bu söhbəti — bütün sosial mediada, hər yerdə paylaşacağam!!!!! Mənim iş yerimin yanında yerləşir Oba market, ən yaxın oradır, mən hər gün ora getməli oluram. İndi siz, bu cür mədəniyyətsiz işçilərinizə görə necə gedim ora??????????

    Ardını oxu...
  • Ü
    ★
    ★
    ★
    ★
    ★

    Oba 8-də hər gün 0.05 qəpik kəsir. Sonra deyirlər yoxdur, kibrit vermirlər ya da saqqız — hər gün belədir.

  • L
    Leyla 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Şəmkir rayonu Çinarlı qəsəbəsindəki körpüdən keçəndə sağ tərəfdə yerləşən Obadakı işçilərdən şikayətim var. Müşdəri ilə necə rəftar edəcəkləri barədə zərrə məlumatları yoxdur. Yaşlılarla çox hörmətsiz danışırlar.

  • E
    Elsen 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Lokbatan qəsəbəsi 233 saylı Oba 12 marketinin vəziyyəti çox acınacaqlıdır. Pilləkənləri yük maşınları vasitəsi ilə qırılmışdır, müştərinin içəri girişinə maneçilik törədir və hər bir müştəri narazılığını market işçilərinə bildirsə belə, baxan yoxdur. Bundan əlavə, içəri giriş qapısının şüşə qapı olmasına baxmayaraq təhlükəli vəziyyətdədir. Şüşə qapı olduğu üçün petlələrindən boşalmış qapılar bir-birinə dəyərək insan və ya müştəri həyatına təhlükəlidir. Dəfələrlə market müdürünə irad bildirilsə də, məhəl qoyan yoxdur. Ümid edirəm ki, Oba marketlər şəbəkəsi olaraq bu iradları aradan qaldırılmasında kömək edərsiniz.

    Ardını oxu...
  • T
    Tarlan 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bizim binanın altındakı OBA-da işləyən işçilər haqqında böyük şikayətim var. OBA yerləşir Xalqlar Dostluğu metro stansiyasında, ünvanı Qara Qarayev 116, 9 mərtəbəli binanın altı. Bir neçə gün bundan əvvəl daxil oldum OBA marketə alış‑verişə. Seçdiyim məhsullarla birlikdə kassaya yaxınlaşanda mənə bir "xanım" yaxınlaşıb mənim dükanımdan nə isə oğurlayıb, şalvarımda gizlətdiyimi iddia etdi. Dedim gedək kameraya baxaq, üstümü yoxlayın. Başladı fırlanmağa: "yox götürdün, sonra yerinə qoydun" nə bilim nə. Nə isə səhəri gün siqaret almağa OBA marketə düşdüm, yenə həmin "xanımçıq" kassada duruşdu, məni görən kimi qayıdıb dedi ki, satmıram sənə heç nə. Mən də dedim qələt edirsən, pulumu verib mən siqaretimi alım, başlayasan qışqırmağa. Mən də haqlı olduğum yerdə sakit dayanan deyiləm, mən də sözümü dedim. Mən çıxandan sonra polislərə zəng vurub çağırdılar, polis ora gəldi. Mən 40 ildir bu binada qalıram, hələ dalımca bir dəfə polis gəlməyib. Bu nə biabırçılıqdır?? Mən hal-hazırda rayondayam. Qayıdanda kimi bu məsələni belə yerdə qoymayacağam. Bütün Xəzər TV-ni və başqa TV-ləri ora aparacağam. Ayıb olsun.

    Ardını oxu...
  • Р
    Рустам 1 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Здравствуйте, во время нашего пребывания в г. Нафталан мы сделали закупки в сети супермаркетов OBA. К сожалению, от первой закупки у меня не сохранён чек. От второй закупки чек в приложении (OBA 1). Когда пришли в номер, обратили внимание, что в чеке приписаны продукты, которые мы не покупали (первые 2 линии). На следующий день нам вернули деньги. Через 3 дня мы опять зашли и сделали закупки, и опять в чеке приписали наименование товара, которого мы не покупали; чек в приложении — 5-я строка (OBA 2). Будьте очень бдительны и сравните чеки с реальными товарами, которые вы приобрели!

    Ardını oxu... T Tərcümə et
  • N
    Nihad 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pisdir. Xırdalan filialında adamı aldadırlar: ton balığı 1 ədədi 2,95 göstərilir, sonra kassada 4,95 olur. Sonra kassada bildirmirlər.

  • И
    Индира 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün uşağımla birlikdə içəri girib maffin və enerji içkisi aldım. Kassanın yaxınlığında həmişə kiçik mayka paketləri olur. Hər iki gündən bir gedib alış-veriş edirəm, həmişə kartla ödəyirəm. Çoxlu alış-verişim olanda böyük bir paket alıram. Kiçik alış-verişim olanda kassanın yaxınlığındakı rulondan kiçik paket götürürəm. Bu gün rulondan bir paketi qopardım və kassir onu əlimdən aldı və dedi ki, götürə bilmərəm! Yaxınlıqda yaşasam da və tez-tez orada alış-veriş etsəm də, bu qədər aqressiv işçi ilə ilk dəfə qarşılaşıram. Kassadakı qiymətlər uyğun gəlmir və mən aldıqdan sonra qiymətlər qalxır. “Azərsüddə” südünün müddəti iki aydır ki, bitib və işçilər, xüsusən də qadınlar, çox dedi-qodular edirlər; həmişə müştərilərin qarşısında mağaza haqqında dedi-qodular edirlər. Mən xarici vətəndaşam, amma onlar mənim Azərbaycan dilini başa düşdüyümü bilmirlər və həmçinin mənim haqqımda xarici görünüşüm və sair kimi şərhlər də edirlər! Orada işləyən qadınlar çox savadsızdırlar. Hara gedirəmsə gedim, kassada daim dedi-qodular edirlər. Orada yaxşı görünən bir oğlan işləyir. Bir sualım var: müştərilər alış-veriş etdikdən sonra çantaları götürməyə icazə verilmirsə, kassanın yanındakı o çantaların mənası nədir? mağaza ünvanı: Qaradağ rayonu Lökbatan seymur orucov ev 19

    Ardını oxu...
  • A
    Anonim 2 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Maştağa Savalan məhəlləsində, 28 nömrəli məktəblə üzbəüz market niyə 11-ə olmadan mağazanı bağlayır? 11-ə 10 dəqiqə qalmışdı, "bağlıyıq" dedi. Həm də tərbiyəsizcə rəftar etdilər. Sizdən şikayət edəcəyəm, dedim, "get nə istəyirsən et" dedi. Nə bilim valla, bu Oba Market işçiləri özlərini digərlərindən üstünmü sanırlar, müştərilərlə, insanlarla belə kobud rəftar edirlər? Əgər 11-də bağlanmayacaqsa, qapı üzərində 23 yazısını silin, yerinə 22.50 qeyd edin, biz də işimizi bilək.

Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Oba Market Baku reyler, oba market baki haqqinda reyler, Oba Market shikayet, oba market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Oba Market barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq