App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Baku Electronics
Baku Electronics

Baku Electronics haqqında şikayətlər və rəylər

Elektronika mağazası Elektronika mağazası
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Baku Electronics Azərbaycanda elektronika məhsulları və texnoloji həllər təqdim edir. Siz bu səhifədə Baku Electronics haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Baku Electronics barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
3%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
86%
  • ★
    ★
    ★
    ★
    ★

    1 aydır kondisioner xarabdır. Ləğv edib yenisini götürmüşük, kondisioneri sistemdən silmirsiniz. Şəhid ailəsidir, özü də kondisioneri alan ailə. Bu qədər məsuliyyətsizlik olmaz.

  • N
    Nərmin 24 gün əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Baku Electronics-dən Roborock Q7 modeli robot tozsoran almışam. 2 ay sonra robot su vermədi. Servisə göndərildi, 40 gündən sonra servisdən məhsul guya təmir edilərək göndərildi, amma yenə də işləmədi. Yenə də robotu servisə göndəriblər, hələ də cavab yoxdur. Nə vaxta qədər gözləməliyik? Belə görünür ki, işləməsə yenidən servisə göndərəcəklər, amma məhsulun xarab olduğunu qəbul etməyəcəklər. Şikayətçiyəm və bir daha Baku Electronics-dən heç bir məhsul almayacağam.

  • R
    ★
    ★
    ★
    ★
    ★

    Bu yaxınlarda Baku Elektroniks internet mağazası vasitəsilə dəyəri 3499 manat olan SONY BRAVIA markalı televizor aldım. Televizoru alarkən mənə monitorunun sığortalanması üçün 500 manat ödənilməsi təklif edildi. Mən təzə televizorun monitorunun sığortalanması təklifini əvvəlcə başa düşülməz və mənasız hesab etdim. Televizorun dəyərini Azadlıq prospektindəki Lukpay qovşağının yanındakı Baku Elektroniks mağazasında ödəmiş, səhəri gün əldə etdiyim məhsulu götürmək üçün VİP Sprinterlə dükanə getdik və dükanın işçiləri heç yoxlamadan televizoru maşına yüklədilər. Televizorun yoxlanmasını tələb etdikdə bildirdilər ki ehtiyac yoxdur. Televizoru evə gətirib növbəti gün quraşdırarkən televizorun monitorunda çat olduğunu və yararsız olduğunu müəyyən etdim. Dərhal internet mağazaya müraciət etdim. Bildirdilər ki əlaqə saxlayacaqlar. 2 gün gözlədikdən sonra televizoru yükləyib dükanə qaytarmaq üçün müraciət edəndə dedilər ki bu dükan vasitəsilə sadəcə sizdən ödəniş qəbul edilib və məhsul təhvil verilib. Məhsulu sizə internet mağaza satıb, siz onlara müraciət edin. Bu faktiki olaraq klassik dələduzluqdur. Dükanın rəhbərliyinə və Baku Elektroniks şəbəkəsinin əlaqə ünvanlarına dəfələrlə müraciət edilsə də heç bir reaksiya verilmir. Müşahidə etdiyim isə o oldu ki bizim kimi aldadılmış istehlakçıların sayı həddindən artıq çoxdur. Məcburam DİN mütəşəkkil cinayətkarlıqla bağlı polis idarəsinə müraciət etmək. İnsanlar kütləvi şəkildə aldadılır.

    Ardını oxu...
  • N
    Nəsirulla 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis mağazadır! Nə məhsul almışıq, xarab çıxıb: tozsoran, telefon və s. Çox şey. Mağazaya girirsən, maraqlanan yoxdur, belə şey olar 😡 Söz soruşursan, gülürlər, işçilər vecinə almırlar müştərini. Söhbət Mərdəkan filialından gedir.

  • S
    Sebine 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Aldığım Shaub Lorenz soba zavod defekti ilə gəlib, martın 16-dən bu günə qədər guya detal sifariş olunub, artıq 2 aydır hələ də heç bir xəbər yoxdur, servis bərbad, görəsən 2 ayda bu detal yenidən istehsal olunur?

  • K
    Konul 3 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nərimanov servisinin xidmətindən çox narazıyam. Operatorlarınız “bu haqda heç nə deyə bilmərik” cümləsindən başqa heç nə bilmirlər. Əlaqə saxlayacağıq deyib əlaqə saxlamırlar. Zəmanət şərtinə görə qaytarmaq istəyirəm, onu da etmisiniz. Məqsədiniz nədir bilmirəm? Ətə bu qədər qara çıxır, problem yoxdur, əti çəkir deyirlər.

  • Z
    Zəhra 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Xidmət bərbad vəziyyətdədir. Kombi almışam. Aldığım gündən eyni problem yaranıb. İki aydır işləmir. Usta gedir-gəlir, düzəldə bilmir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ərizəsi yazmışam.

  • R
    Ruslan 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Servis xidmətindən narazıyam. Ödənişli xidməti belə düzgün yerinə yetirə bilmirlər. Operatorlar müraciəti düzgün qeyd etmir və ünsiyyət tərzi də qənaətbəxş deyil. Xahiş edirəm məsələ ilə bağlı tədbir görülsün.

  • N
    Nuşrəvan 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Servis xidməti 0 səviyyəsindədir. Soyuducum 20 gündür işləmir, təmir etmirlər. Get-gələ salırlar.

  • M
    Murad 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    6 gündür mən krediti ödəyə bilmirəm, müqavilə nömrəsi, müştəri kodunu hər yerdən yoxlayıram, sistemdə çıxmır yazılır. Öz problemlərinə görə 6 gündür gecikmədədir kreditim

Bələdçi.az saytının Baku Electronics şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Baku Electronics Baku reyler, baku electronics baki haqqinda reyler, Baku Electronics shikayet, baku electronics reyler, Baku Electronics kampaniyalar, Baku Electronics sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Baku Electronics barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq