App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bakcell
Bakcell

Bakcell haqqında şikayətlər və rəylər

Mobil operator Mobil operator
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Bakcell Azərbaycanda mobil rabitə və telekommunikasiya xidmətləri təqdim edir. Siz bu səhifədə Bakcell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bakcell barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
0%
4 ★
0%
3 ★
2%
2 ★
4%
1 ★
89%
  • R
    ★
    ★
    ★
    ★
    ★

    Reqabət olmadığı üçün telefon provayderlərin hamısı zibil olub. Call center cavab vermir, qiymətlər hamısı at qiymətləridir. Çox təəssüf, nə deyim day.

  • CƏ
    Ceyhunə Ə. 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu gün balansımdan 1 AZN vəsait “On+” xidməti üçün silinib. Lakin mən bu xidmətə qoşulmamışam və heç bir xəbərdarlıq və ya razılıq bildirilmədən aktiv edilib. Daha sonra xidməti deaktiv etməyə çalışsam da, sistem buna icazə vermir. Bu hal istifadəçi razılığı olmadan balansdan vəsait çıxılması, nə dərəcədə qanuna ziddir.

  • SO
    Süleyman O. 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Azercell nömrəmi 3 il qabaq Bakcell-ə daşıdım. İndi işlədiyim yerdə Bakcell işləmir. Ancaq Azercell işləyir və qaytarmaq istəyirəm. Amma Bakcell 4 dəfədir imtina verir, deyir ki, borc var. Amma yoxdur. Qaynar xəttdən yoxladıram, borc yoxdur. Amma yenə imtina gəlir.

  • X
    Xanım 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Gün ərzində 20 sms gəlir, bezmişəm, artıq şikayət üçün 555 zəng etsəm, belə heç kim cavablandırır!

  • T
    Tamilla 11 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Отвратительная компания. Буду искать альтернативу

  • A
    Abonent 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Məcbur olmasaydıq, bu cibəgirən mobil operatorları rədd edərdik. Bu qədər adamı soyurlar, bu nə qiymətlərdir. Özləri bilir, neynir. Bunun yaşlısı uşağı var. Hamını aldatmağa utanmırlar.

  • A
    Anonim 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Biznes müştərisi olaraq müraciət edirəm, 2 həftədir baxılmır müraciətimə. Bu nə şirkətdir, başa düşmürəm, 10 dəfə yığmışam müştəri xidmətini yönləndirmişik, amma heç bir icrahat yoxdur. Çox pis, çox pis.

  • A
    Anonim 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu şirkətlər ağını çıxardıb. Ancaq qoyasan pul yeyəsiniz. Kontur vurulur, 1 gün keçir, xətti bağlayırsınız. Heç olmasa imkan verin, kontur bitsin. Bəlkə insanın başına bir iş gəlir, zəng eləməlidir. Zayınız çıxıb təmiz.

  • E
    Elçin 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, axır 2 aydır çox pis işləyir, 6m paket alıram, orada 1 ay votsap yazışma pulsuzdur. Kücədə votsap işləmir. Gərək votsapi açan gözləməsən, gələn yazı görsənmir. E-şikayətə yazdım, cavab yoxdur. Dəfələrlə zəng vurmuşam, orada robot qızlar oturub. Elə deyir, çətinlik yoxdur. Bəs mən əziyyət çəkirəm, küçədə bilmirəm kimə deyim.

  • GK
    Gulya K 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Son il ərzində yalnız pulumu balansdan oğurlamaqla məşğulduz. Haram olsun! Neçə idir istifadə edirəm, 10 AZN yükləyirdim, bəs edirdi mənə. İndi tarif ay bitir, daim balansdan pul oğurlanır. Hara gedir? Nəyə görə? Heç məlum deyil. Tarifimi dəyişmək istəyirdim, Daimonlayn 7 AZN yeniləndi - pul yeyildi, Daimonlayn 11 AZN dəyişdim, onun da pulun çıxdılar. Niyə nəzərə alınmır ki, 7 AZN çıxılıb artıq? Bu camaatı soymaq deməkdir.

Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bakcell Baku reyler, bakcell baki haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bakcell barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq