
Bakcell haqqında şikayətlər və rəylər

Siz bu səhifədə Bakcell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bakcell barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəylər (128)
-
Nə zəngə cavab verirsiniz, biz sizi hara şikayət edək, proqramın içindən də yazırıq, yazmırsınız.
-
Salam, Bakcell Artıq boğaza yığıb. Mənim icazəm olmadan tarifə qoşur. Qaynar xəttə zəng vurursan, zəngə cavab verilmir. Tətbiqidə işləmir. Artıq neçə dəfədir eyni halla qarşılaşıram.
-
Çox gözəl tələ qurmusunuz, nömrədən istifadə etmirəmsə, hər ay məcburi 1,99 AZN balansımdan çıxılır, bu hansı məntiqə uyğundur?
-
13 dəqiqə ərzində 4 manatım hara çıxıldı. 20 QB internet 4.90 manata göndərmək istədim, əvəzində əsəb qazandım, mən balansı artırdıqca balansım azaldı. Adamın əsəbləri ilə niyə ödənirsiniz? Baksellə zəng etmək artıq olmur.
-
Bu dərəcədə bərbad günündə hələ bakcell olmayıb. Bayaq düz 58 dəqiqəyə heç kim qoşmadı məni operatora, yuxu basdı məni hətta. Sözüm yox vallah. Gündə 5 AZN kontur yükləyirəm, kontur hara uçur bilmirəm!
-
Баксель списывает под предлогом обновления тарифа sevimli cin по 0.29 ежедневно. Наверное идёт пополнение украденных денег за счёт клиентов. Поэтому отключили все связи с ними, правительству надо обратить внимание на работу этой организации и провести проверки их финансовой структуры и жалобы на работу баксель
-
Mən dünən 20GB internet götürdüm 4.90 qəpikə, 3-4 saat normal işlədi, indi isə işləmir, bu nə biyabırçılıqdır, operatorada zəng edirsən, uzun müddət gözləyirsən götürmür. Yəni bakcell axır vaxtlar çox zayın çıxardıb, xahiş edirəm ölçü götürəsiniz və şikayətimlə bağlı cavab verəsiniz.
-
Sevimlicin adında yersiz bir tarifə qoşmuz məni. Kimdən icazə aldınız? Dələduzluqdur bu! Bu tarifi necə bağlayım? Və yaxud mən heç bir tarifin olmağına istəmirəm, məcburam hansısa tarifdən istifadə edim.
-
Bakcell-in operatorlar, əlaqə saxlamaq istəyirəm, artıq 10 dəqiqədən çoxdur gözləyirəm, dəfələrlə olub 15 dəq gözləmişəm. Müraciətimi budur ki, bu qədər vaxt gözlətmək düz deyil, mümkün olarsa qarşısını alınar bunun. Təşəkkürlər.
-
Salam. Balansımda 4 Gb internet ola-ola heç cür istifadə edə bilmirəm. Bakcell tətbiqinə wifi-la belə qoşula bilmirəm. Zəng vururam, 30 dəq gözlədim, operatora qoşula bilmədim, nə sıra nömrəsi deyirsiniz, nə məlumat verirsiniz. Abunəçi̇ləri̇ni̇zə QARŞI HÖRMƏTSİZLİK GÖSTƏRİRSİZ! Mən AZERCELLƏ pis işləyir, deyirdim, 1000 dəfə sizdən yaxşıdır!
Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bakcell Baku reyler, bakcell haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan