Bakcell haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Bakcell rəhbərliyinə və müştəri xidmətləri şöbəsinə, Çox sərt və haqlı narazılığımı bildirmək məcburiyyətindəyəm. Hazırda təqdim etdiyiniz ən aşağı aylıq tarifin 11.99 AZN olması heç bir məntiqə sığmır və abunəçilərin hüquqlarının pozulmasıdır. Bir düşünün, ölkədə yaşlı insanlar, təqaüdçülər, yalnız nömrəsini aktiv saxlamaq istəyən və ya ay ərzində demək olar ki, internetdən istifadə etməyən minlərlə sadə insan var. Bu kateqoriyadan olan vətəndaş məcburdurmu ki, hər ay gəlib 11.99 AZN ödəsin? Onlar bu qədər interneti və dəqiqəni neynəyəcəklər? Bu, açıq-aşkar insanların cibinə girməkdir! Bütün abunəçilərin adından tələb edirik ki, məsələyə məntiqli və insafla yanaşılsın. Heç olmasa, 2-3 manatlıq, yalnız nömrəni aktiv saxlamaq (minimal danışıq və ya baza imkanları ilə) üçün əlçatan və ucuz tarif paketləri bərpa edilsin və ya yenidən çıxarılsın. Bu istək tək mənim yox, bütöv Azərbaycan xalqının, xüsusən də aztəminatlı təbəqənin və yaşlıların ümumi tələbidir. Nəzərə alacağınıza ümid edirik. Onsuz da adətən belə müraciətlərə səssiz qalarsınız, amma bəlkə bu dəfə insafa gəlib xalqın səsini eşidərsiniz və real bir addım atarsınız! Hörmətlə və böyük narazılıqla, Bakcell abunəçisi
Ardını oxu... -
Allah sizin camaatdan boş-boşuna aldığınız pulları sizdən qəpiyinə kimi geri alsın.
-
2 ildir istifadə etdiyim nömrəni başqa bir həkim də istifadə edir. 1 nömrə 2 nəfərə necə satılır, anlamıram. Paketi yeniləyirsən, 2 gün sonra bildiriş gəlir: boşdur. Bu necə baş verir?
-
Добрый день. Сегодня полдня пытаюсь связаться с оператором, никто не отвечает. Я весной этого года поменяла симку на 4G, пару месяцев всё было в норме, но сегодня с меня опять взяли плату 0,49 AZN за то, что я пользуюсь старой симкой, и снова предлагают мне её поменять!!! В который раз — что это? Может, хоть здесь мне ответят.
Tərcümə et
-
Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ничего не видно. Я снова загрузил 2 манат, только тогда загрузился. Выходит, Бакселл как нищие уже лезет в карманы. Может, у меня эти деньги были последние. Почему за ежедневный тариф интернета у меня списали 4 манат... Проклинаю тех, кто это намеренно делает...
Tərcümə et
-
Fikir vermişəm, internet paketinin balansı 150 MB və daha az olanda işlətmək mümkün olmur. Məcbur qalıb yeni paket alırsan və hər dəfə 100–150 MB-i bir növ çölə tullayırsan. Bərbad xidmət və bərbad tətbiq.
-
В два часа ночи начали приходить СМС, что я якобы использую мобильный интернет. Пишу оператору: «Я вообще-то сижу на Wi-Fi, откуда списания?» И знаете, что мне ответили? Что если телефон даже просто стоит заблокированным, у него может сам включиться мобильный интернет, и тогда списываются деньги 🤡 Я в шоке с такой логики. То есть ложишься спать с деньгами на балансе, а утром просыпаешься с нулём, потому что “интернет мог заработать ночью” 😂 Это уже не компания, а какой-то аттракцион. После такого оформлю переход к другому оператору. Зато без сюрпризов по ночам. И почему у них есть специальная команда для отключения этого бреда?! Если мой телефон сам заработает среди ночи, то почему у вас вообще существует такая команда?! 😱
Ardını oxu... -
Heç kəsə demədən Daimonline 7 tarifini ləğv edib, Daimonline 9 tarifinə məni keçiriblər.
-
Heç bir xəbərdarlıq etmədən Daim Online 7 tarifini ləğv etdilər və avtomatik daha bahalı Daim Online 9 tarifinə qoşdular. Eyni meqabayt həcmi, amma 2 manat daha bahalı tarif. Niyə? Nömrəmi Nara daşıyıram
-
Martın 31-i 12.99 AZN ödəyərək həmişəki kimi onlayn paketimi update etdim, bu gün aprelin 6-sı Bakcell yazır ki, internet paketiniz bitib! Mən anlamıram, siz insanların cibinə girməklə hara kimi gedəcəksiniz??? İzah edirəm operatora ki, evdə ola-ola Wi-Fi istifadə etmişəm, kənarda isə ancaq Waze və Spotify istifadə etməklə 5 günə 5 GB hara uçdu??? Mənə operator deyir ki, şəxsi istifadə olduğu üçün baxa bilmirik! Yalansa diliniz qurusun! Şirkətin yiyəsi yoxdur, elə bil insanları yerinə qoyublar, özləri məşğuldurlar!!!! İnsanın əsəbi ilə oynamaqdan başqa bir iş bacardığınız yoxdur siz!!!
Ardını oxu...
Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bakcell Baku reyler, bakcell baki haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan
Bakıda
