Oba Market haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Cox pis, 1 həftədir maaşı ala bilmirəm, camaatın işi gücü var da, kredit ödəyirik, 9 saat işləyirik, heç olmasa pulumuzu verin.
-
Ramanada kanalın yanında yerləşən Oba Marketdən güclü şikayətim var, hətta nazirliyə belə bildirmək istəyirəm, işçilərlə bağlı özbaşınalıq baş alıb gedir. Adicə məhsulun kodunu soruşsan, verdiyi cavab mənim məsuliyyətim deyil deyir. Müdir bilməlidir, filan kod yoxdursa almayın deyə bildirir, sual verirəm, kodu ala bilərsiniz müdirdən? Deyir, alaram, amma almıram. Bu nə məsuliyyətsizlikdir, bununla bağlı tədbir görülsün. Balaca boy qısa saç qızdır deyən.
-
Mən əvvəl işləmişəm Obada və müəyyən səbəblərdən çıxmışam, qanunda çıxandan sonra 6 ay keçdikdən sonra yenidən müraciət edə bilərəm və ofisə yazmışam, mənə qayıdıb deyirlər ki, mən işdən çıxanları işə götürmürəm. Bu çox səhv bir cümlədi, əgər elə bir şey varsa, isə götürməmişdən əvvəl desinlər ki, xəbərimiz olsun, amma məncə belə bir yoxdur!
-
Salam, mən dəfələrlə Bakı şəhəri Xətai rayonu Araz Novruzov ev 2271 məhəlləsində yerləşən Oba Marketdən nə almışam, vitrində yazılan qiymətlə kassada vurlan düzgün çıxmayıb, hal-hazırda çek əlimdədir, insanları aldadraq pullarını mənimsəyirlər, xahiş edirəm bu barədə tədbir görəsiniz.
-
Masallı rayon Həzi Aslanov ona market işləyən qadın işçi vətəndaşlarla kobud davranır.
-
Köhnə poçtun yanındakı marketin işçiləri ləng və məsuliyyətsizdirlər. Vitrində göstərilən qiymətlə kassada vurulan qiymət eyni olmur. Neçə dəfə bildirilməyinə baxmayaraq dəyişdirilmir. Bu işçilər işləməyəcəksə niyə makret var? Hətta endirimdə olan nektarinin qiymətini kassada 2 dəfə artıq yazılmağına baxmayaraq “biz məsuliyyət daşımırıq deyilir”.
-
Maştağa qəsəbəsində 28 saylı orta məktəbdən 200 metr aralıda yerləşən oba marketin işçiləri çox-çox kobud davranırlar, müştəri ilə xahiş edirəm, bir tədbir görülsün.
-
Mən müraciət etdim ki, mən yükləyirəm telefonda oba market proqramını və oba da kassada işləmir. Xahiş etdim ki, sizdə Araz Market kimi plastik bonus kart varsa mənə də verin, müraciət etdim Vəyseloğlu şirkətinə. Oba Market whatsapp nömrəsinə və email-ə, təəssüf olsun ki, bir ay olacaq, artıq 3 həfdədir. Cavab yazmırlar, belə-belə işlər.
-
Binəqədi Gülüstanda olan meyvəli ilə üzbə-üz olan filialdakı işçilər, çox kobud rəftar edirlər müştəri ilə. Ayrıca alınan mal vitrin qiymətinə baxıb alırıq, kassada başqa qiymət, yəni baha deyilir. Böyük yogurt 1.49 yazılib vitrində, 2.50 kassada tutulur. Hər kəs vitrinə baxır, budcəsinə uyğun olaraq alır. Gəlirsən kassada adam pis vəziyyətdə qalır. 2 sarı qadın var, orada hündür boylu olan çox kobud rəftar edir.
-
Müraciətim budur ki, telefonla proqramı yükləyirəm, oba markede kassada proqram işləmir, proqramda göstərilən bonus kartı. Endirimlərdə də bonus kart keçərlidir, Bakı sakiniyəm, sizin marketdə də araz market kimi plastik bonus kart varmı? Əgər varsa, mənə plastik bonus kart verəsiniz, mümkündürsə, oba marketdə alış-verişdə istifadə edərdim. Xahiş edirəm, mail.ru-ya geri dönüş edəsiniz, əvvəlcədən təşəkkürlər.
Bələdçi.az saytının Oba Market şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Oba Market Baku reyler, oba market baki haqqinda reyler, Oba Market shikayet, oba market reyler, Oba Market kampaniyalar, Oba Market sikayet, unvan
Bakıda
