Azərbaycanda xidmətlər, şirkətlər və restoranlar barədə əsl rəylər
Hansısa şirkətin xidmətindən və ya məhsulundan narazısınız?
Və ya razı qalıb xüsusi təşəkkür bildirmək istəyirsiniz?
Bələdçi.az-da rəyinizi hamıya bildirin
Seçilmiş kateqoriyalar
- Geyim mağazaları
- Mobil operatorlar
- İnternet provayderlər
- Taksi
- Gözəllik və baxım
- Klinikalar
- Tədris mərkəzləri
- Otellər
- Karqo
- Əyləncə
- Diş həkimləri
- Gül mağazaları
- Avtoservislər
- Kafelər
- Ustalar
- Xaricdə təhsil
- İdman zalları
- Publar
- Ev üçün hər şey
- Quru təmizləmə
- Uşaq mağazaları
- Sığorta şirkətləri
- Su çatdırılması
- Texnika təmiri
- İdman malları
- Veterinarlar
Hər hansısa şirkət barədə anonim rəy yazmaq istəyirsiniz?
Rəy yazmaqƏn son rəylər
-
Üç saatdır zəng edirəm, qəbul edən yoxdur. SMS gəlib, kodu yığıram, qəbul edilmir. Belə iş olmaz.
-
Sizdən TV məhsulu aldığımda mənə bildirildi ki, 18.04.2024 tarixindən sonra sizə bonus olaraq 184 manat qaytarılacaq və hər hansı məhsul aldığımda bu bonusu nağdlaşdıracağam. Amma indi bu bonusu verməmək üçün hər cür fırıldaq edirsiniz. İnsanları bu qədər aldatmaq və düzənbazlıq etmək olmaz. Verdiyiniz vədləri yerinə yetirmək lazımdır, yoxsa aldatmaq üçün hər yola əl atırsınız. Arxayın olun ki, qalıq ödənişlərimdən bunu çıxıb sizinlə məhkəmədə görüşəcəyik. DÜZƏNBAZLAR.
-
Salam, Yardımlı rayonu, Ərus kənd sakiniyəm. İnternet çəkilməməsi ilə bağlı müraciət etdim, kənd ərazisində bütün evlərə internet çəkilib, təkcə mənim evimdən başqa.
-
Ən bərbad kargo. Bağlama gecikir. İnstagramda yazırsan, cavab verən yoxdur. Zəng edirsən, bir saat gözlədib sonra cavab vermirlər. Ümumilikdə bir bağlama bir aya yaxın gəlir.
-
За 2 дня посылка прибыла из Китая в Азербайджан. А с 08.08.2024 т.е. 20 дней как не доходит до меня. Даже пешком давно уже доставили бы.
-
22B5ZLB. Abunə kodu verilsə də, vətəndaş olaraq internetin çəkilişini tələb etdikdə Daşkəsən rayonunun ATES-in müdiri çəkiliş üçün işçilərinə on manat “şirinlik” verilməsini tələb edir. İşçilər də bu səbəbdən pul verməyənə internet vermirlər. Ümumilikdə təxminən 100 ev olan qəsəbədə 1 karopka qoyulub. 8 çıxışlı xətlər qanuna uyğun çəkilməyib, karopka bloklarda yerləşdirilməli olduğu halda çöldə yerləşdirilib. Şikayət edəcəyimi bildirdikdə, “hara şikayət edirsən et” cavabını aldım, heç kimdən qorxmurlar.
-
Salam, fiber optik internetini ləğv etmək istəyirəm.
-
Salam, ödəniş etmişəm, amma internet açılmır.
-
Salam, internetdə tez-tez kəsintilər mövcuddur. Bəzən 1 dəqiqə ərzində 2-3 dəfə internet kəsintisi olur. Müraciət etmişəm, amma nədənsə maraqlanan yoxdur. İmkan varsa, mənə köməklik göstərin.
-
Salam, mənə məxsus Temu-dan gələn bağlamam kuryerə təhvil verildi, ESM aldım 166 Kargo-dan. Birinci gün idi. Hələ də bağlamam mənə çatmayıb. Xahiş edirəm aydınlıq gətirəsiniz. UTD16********.
-
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
-
Əvvəl dediyiniz sürəti qaldırardınız, sonra qiyməti. Heç 1% qalxmayıb, niyə bu xalqın əsəbləri ilə oynayırsınız? Heç olmasa bir az “vicdanınızı” qaldırın.
-
Tətbiqi düzəltmək fikriniz yoxdur? Orada qalan balansı karta necə köçürmək olar? Çox bərbad vəziyyətdədir.
-
Ужасная компания, испортили дорогой антиквариат и послали грузчиков договориться. Как грузчик может возместить мне ущерб, у компании никакой ответственности нет, ни страховки за испорченный мебель одним словам ужас просто
-
Salam, Azercellin daimi müştərisiyəm. Lakin son zamanlar internet paketlərinin qiymətindəki kəskin artım və buna baxmayaraq internet sürətinin olduqca zəif olması məni təəssüfləndirir. Qısa müddətdə bu problemin həll olunması üçün sizə müraciət edirəm.
-
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
-
Salam, aylıq ödənişim 13 manat idi, indi niyə görə 25 manat olub? 13 manat olanlarda az olmalı idi, axı.
-
Salam, mən bu gün Zabrat 2 stansiyasından evə taksi sifariş etdim, kartla, lakin internetdə guya taksi məni Zabrat 2 stansiyasından götürüb Maştağa Daş Karxana ünvanına çatdırdı. Halbuki mən taksini görmədim və nəticədə 2 körpə uşaqla orada qaldım. Mənim kartdan pulum silindi, təkrar taksi sifariş edə bilmədim. Taksi sürücüsü ilə əlaqə saxladım, o isə Bolta girə bilmədiyini dedi. Bu nə cür sürücüdür? Mən Bolt xidmətindən istifadə edirəm, bu isə girə bilmir və guya məni ünvana çatdırır. Pulun geri qaytarılması və belə sürücülər barədə tədbir görülməlidir. 2 körpə, temperaturu olan uşaqla yolda qalmağım və kartımdakı son pulun silinməsi sizin haqqınızda mənfi fikir formalaşdırdı.
Ardını oxu... -
Salam, kartımdan pul silinir, amma siz hara getdiyini bilmirsiniz? Bu gün 50 dəfə əməkdaşınızla danışmışam! Sizdən kimə şikayət edim?
-
Sizin şirkətin kuryeri niyə hörmətsizlik edir?
-
Hal-hazırda bu şirkətdən taksi sifariş etdim. Qapıya gəldi və geri qayıtdı. Maşının nömrəsi 997-dir. Sürücü qışqıraraq dedi ki, mən yük götürə bilmərəm. Yüklər iki balaca səbət idi. Üstəlik, ünvana çatanda 3 manat yazmasına baxmayaraq 7 manat aldı. Məqsədiniz nədir? İnsanları infarkt etmək? Sürücülərinizə diqqət yetirin, insanlarla rəftar etməyi bacarmayan sürücüləri niyə işə götürürsünüz? Sizə belə rəftar edilsə, xoşunuza gələr?
-
26.08.2024 tarixində internetdə problem olduğu üçün 8220-yə zəng etdim, amma işləmirdi və kontur tuturdu. Veb saytın çatı da cavab vermir. Çox pis şirkətdir, dələduz yığınıdır.
-
Çox güvənsiz, problemli proqramdır. 6 gün əvvəl pul nağdlaşdırma etmişəm, hesabdan pul çıxıb, amma ala bilməmişəm. Kapitala zəng edirəm, “M10-un problemidir” deyirlər, M10 isə “Kapitalın problemidir” deyir.
-
Mən internetdən imtina etmək istəyirəm. Zəng vururam, Azeronline kontur yığır, amma cavab verilmir. Mən necə imtina edim? Əlaqə saxlayıb deyə bilmirəm.
-
Salam, zəhmət olmasa modemi yeniləyin. Zəifdir, yeni tariflə işləyək. Cavab gözləyirəm.
-
Bizim yaxın qohumumuz rəhmətə getdiyi üçün sizdən xahiş etdim ki, anamın biletini 2 gün əvvələ dəyişəsiniz. Siz məndən ölən adamın ölüm şəhadətnaməsini, üstəlik də ASAN xidmətindən sənəd istəyirsiniz. Ayıb olsun sizə. Biz ölü sahibinə bu sözü heç vaxt deyə bilmərik, 1 bilet üçün belə davranmaq biabırçılıqdır.
-
Salam, hal-hazırda Naxçıvanda 20 abunəçiyə bir nəfər xidmət edir.
Ən çox şikayət olunan şirkətlər
-
"Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?"
Şirkətin səhifəsinə keç
— Ş.ə -
"Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ..."
Şirkətin səhifəsinə keç
— Anonim -
"Salam, 3 gündür internet yoxdur, onlayn məşğələlərə qoşula bilmirik, zəng etmək üçün heç bir nömrə yoxdur, necə həll olunacaq bu problem?"
Şirkətin səhifəsinə keç
— Nüsrət -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Şirkətin səhifəsinə keç
— Eldəniz
