Yango, sizin şoferinizdən xəbəriniz var? Yaşı, yaş deyil, 70-i keçib, özünü apara bilmir. Dəhşət bir hadisə ilə rastlaşmışam bu gün. Birinci mənə deyir ki, nə qədər pul verəcəksən? Dedim 6 man. Deyir: "Daha çox ver də, nə olar ki?" Dedim: "Xeyir ola??" Dedi: "Yaxşı, yaxşı." 5 dəqiqə keçmədi, ştraf gəlib ona 40 man deyir. "Aydaa, görürsən? Olmaz idi orda saxlamaq? Vay..." Belə də edir, qışqıra-qışqıra. "Mən necə ödəyim bunu?" Halbuki başqa ətrafı mənim üstümə nişanlayır. Dedim: "Başa düşmədim, mən sizə pul verməliyəm bəyəm? Siz başa düşürsüz nə danışırsız?". Sonda yenə, əlində maşın sürən yerdə rula vurur, dəli kimi qışqırır, sürəti artırır və sürət ola-ola maşını əyri sürür. Maşınlar hamısı siqnal verir ona ki, bu nədir? Maşın az qala çırpılacaqdı. Adamı görmədi, ayağı ilə vurdu harasa. Sadəcə o qədər halsız idim ki, o an yazmadım sizə təhlükəyə görə. Sonra saxladı yolun ortasında, sürmür, maşınlar siqnal verir, bu dayanıb telefonda nəyəsə baxır. Deyirəm: "Dayı, mən işə gecikirəm. Üstəlik danışığınızı bilmirsiniz və mənim halıma baxın, niyə mən qorxu və stress içində getməliyəm?" Rəsmən əsirdim, vallah. Axırda necə çatmışamsa, Allah qorudu. İndi o stressdən özümə gələ bilmirəm. Niyə hansısa belə insanlara görə mənə zərər gəlməlidir canıma??? Bu nə şoferlərdir siz yığmısız? Camaatı da bədbəxt edirsiniz! Az pul da verilmir sizin taksilərinizə. Biabırçılıqdır! Mən başqa yerlərə də şikayət edəcəyəm, bununla bitməyəcək!!! Sürücünün bütün məlumatlarını qeyd edirəm, şəkil göndərəcəm.
Yango haqqında daha çox rəy oxu