1 ulduzu belə vermək istəmirdim, 0 olsaydı 0 verərdim. Bugün promokodla JFC-dən güya sifariş etmək istəyirdim. Promokodu yazdım, pul çıxıldı, sifariş qəbul edildi. Sonra proqramda sifarişim heç yerdə göstərmədi, mən də dəstək xidmətinə yazdım. Onlar araşdırana qədər 40 dəqiqəyə qızımın nömrəsinə zəng gəldi kuryərdən. Yemək gəlməyinə gəldi, amma 9 AZN fırıldaqçılıq etdilər. Necə mənim nömrəmə olan sifariş qızıma gedə bilər, endirim də etməyiblər ilk sifarişim olmağına baxmayaraq. Dəstək normal cavab vermir, deyirlər, nə sizin, nə də qızımın hesabında sifariş yoxdur, bəs bu yemək bizə hardan gəldi onda. Halbuki sifarişin detalları qızımın hesabında əks olunub, kuryer zəng edənə qədər heç xəbərimiz yoxuydu. Pulu dərhal çıxmağı amma yaxşı bilirlər. Güya sevinirdik ki, endirimlə istifadə etdik, onu da boğazımızda qoydular, mən müştəri olaraq çox narazıyam. Bilmirəm, hansı sistemlə işləyirlər, sifariş qarışıb bir-birinə. Bir də onlardan heç nə sifariş etməyəcəm. Üzür olaraq heç nə etmədilər.
Yango haqqında daha çox rəy oxu