Bələdçi.az

Unibank haqqında rəy

3 ay əvvəl

NH
Nəcibə H. yazır: Təsdiqlənmiş rəy Təsdiqlənmiş rəy

24 oktyabr ayında kartımdan 260 azn bilinməyən şəxs tərəfindən gecə saatlarında yatan vaxtı Bolt food ilə pul çıxardıblar, halbuki bu kartın məlumatlarını mən heç bir yerdə paylaşmamışam və bolt food istifadə etmirəm və ümumiyətlə vəsait yığmaq üçün aldığım Ukart idi, ərizə yazdım həmən gün gedib banka, kartı blokladilar dediler ki 45 iş günü ərzində baxılacaq, 20 dekabr yenidən banka getdim ki, orgənim ərizəm haqqında, və məndən yenidən ərizə aldılar halbuki əvvəlki ərizə almaq adı ilə heçnədən etməyiblər yani 2 aya yalandan boş vədlər veriblər və indi artıq yanvar ayının ortalaridir və heç bir xəbər yoxdur. Qeyd edim ubank Ukartlarinin 16 rəqəmi və CVV bir hissədədir bu nə qədər düzgündür?

★
★
★
★
★
Qiymət: Aşağı

Paylaş: