
Uber
haqqında şikayətlər və rəylər
Siz bu səhifədə Uber haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Uber barədə öz rəyinizi də yaza bilərsiniz.
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
Rəy yazaraq ictimaiyyətlə şirkət barədə öz narazılığınızı və ya xoş təəssüratlarınızı paylaşa bilərsiniz.
Rəylər (16)
4
3
2
1
0%
0%
0%
100%
-
Qiymət: Aşağı
Artıq neçə dəfədir ki, eyni şeylə qarşılaşırıq. Taksini sifariş veririk zəng edir ki, ləğv edin dəfələrlə olur bu hal, elə olur 4-5 dəfə sifariş veririk. Yada sifariş verdiyimiz yerdən uzaqda dayanır deyir ki, siz gəlin. Təbii ki hamısına aid etmirəm. Biz niyə 2 3 məsuliyyətsiz şəxsə görə evə gec çatmalıyıq? Biz onların pulunu kəsmirik yada hörmətsizlik etmirik. Ona görə də düzünürəm ki, onlarda bizə hörmətsizlik etməməlidirlər.
-
Qiymət: Aşağı
Məndə bir dəfə bir mübahisə oldu. Taksi sifariş vermişəm aeroporta, sistemdə düz terminala qədər sifariş vermişəm, amma sürücü mənə dedi ki, 1 manat giriş haqqı verəssiniz, giriş aid deyil taksiyə. Göstərdim ki, bəs mən terminala qədər sifariş vermişəm, get şirkətindən soruş. Nəysə ta başıma sadağa, verdim getdi, taksi endirimlə aparmışdı məndə verdim o pulu, amma əslində verilməməlidir. Rəhbərlik olaraq niyə sürücüyə bunun təlimatını vermirsiniz?!
-
Qiymət: Aşağı
Salam. 3-4 ildir Uber istifadə edirdim, bu gündən sonra artıq bolta keçəcəm. Çünki ödənişin 2 qat məbləğini kartımdan çıxıblar.(4.2 azn yerinə 8.40 çıxılıb) Hələ üstəlik azmış kimi əlavə 2.10 azn də çıxıblar. Amma nəyə çıxıldığı bilinmir. Operator deyir kartınızda həmin zaman pul olmayıb, amma yetəri qədər məbləğ var idi (ss-lər var) Kartda məbləğin bloklanma söhbəti olsaydı ,boşuna 2.10 azn çıxılmazdı məncə) Uberdən məbləğin onların hesabına oturmadığına dair bir sənəd( şəkil, ss və.s) istəsəm də, sizə kömək edəcəyik deyib 1 həftədir heçnəyi həll etmirlər. Qeyri-peşəkarlıqdan başqa bir ad verə bilmirəm. Uber proqramını silməyi məsləhət görürəm, çünki haqqın olmadığı halda, kartdan pul çıxmaq elə oğurluğun özüdür).
Ardını oxu...
Bələdçi.az saytının Uber şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Uber Baku reyler, uber haqqinda reyler, Uber shikayet, uber reyler, Uber kampaniyalar, Uber sikayet, unvan