Salam, Yasamalda Avropa-Azərbaycan məktəbinin məhəlləsində beş mərtəbəli binaların altında yerləşən Oba marketin əməkdaşları və müdiri sakinlərlə az qala əlbəyaxa dava edirlər. Maşınların harada saxlanılması ilə əlaqədar olaraq maşını döyə-döyə bizə əmr verirlər, “burda saxlamayın” kimi sözlər deyirlər. Bərk qışqırıb nalayiq sözlər işlədərək dava edirlər. Öz həyətimizdə market bizi qovur. Xahiş edirəm, orada çalışanlara və müdir xanıma vəzifə öhdəliklərini xatırladasınız, yoxsa biz xatırlatmalı olacağıq.
Oba Market haqqında daha çox rəy oxu