App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Nar Mobile
Nar Mobile

Nar Mobile haqqında şikayətlər və rəylər

Mobil operator Mobil operator
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Nar Mobile Azərbaycanda mobil rabitə və telekommunikasiya xidmətləri təqdim edir. Siz bu səhifədə Nar Mobile haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Nar Mobile barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
6%
4 ★
1%
3 ★
4%
2 ★
6%
1 ★
76%
  • E
    Elçin 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, hər vaxtınız xeyirli olsun. Mən 2-ci müharibə Veteraniyam şirkətinin bizlər üçün olan diqqətinə minnetdaram. Lakin bu gün bir hadisə baş verdi, çox narazı qaldım. İnternetdə problem yaranda və bu şikayətimi bildirmək üçün sizin əlaqə nömrəsinə zəng etdim, lakin həm operator cavabdırmadı, həm də səs yavaş gəldiyi üçün bilməyəndə başqa rəqəmə toxudum və mənim elə bu gün yenilənib 10 AZN çıxılan bonuslarım hamısı yoxa çıxdı. Və tarifim dəyişildi, ancaq Mən istəmədən oldu bu. Yeni bilməyəndə səhv rəqəmi basdım. Dərhal nar mərkəzinə getdim, ancaq orada mənə bildirdilər ki, sizə kömək etmək mümkün deyil. Və Mən saytınızı öyrənib sorğuumu özüm bura yazmaq istədim. Xahiş edirəm, mənə yardımçı olasınız. 07********

    Ardını oxu...
  • F
    Firuza 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bu şəbəkəni 0-dan da aşağı mənfiylə qiymətləndirsən də yetməz. 1 saatdan çox gözlədim, hələ də zəngə cavab verən olmadı, görəsən bu olanlarla məşğul olan var?

    • Şəkil
  • C
    Ceyhun 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Dəlixana. Bir nömrə yoxdur ki, əlaqə saxlansın. Operator artımına ehtiyac var.

  • İ
    İbrahim 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nar full 10 paketi əvvəllər normal idi və qiyməti 9 AZN təşkil edirdi. 1 ay internetdə çatırdı dəqiqədə. İndi qiymət 10 AZN olandan bu yana heç kim 2 gb-la ayın sonuna çatmır. Su yerinə gedir mb-lar. 2-3 dəfə paketi yeniləməli oluruq. Bu cür dələduzluq və oğurluqlara görə nömrəm dəyişəcəm ya sim ya cinə keçəcəm. Sizin şirkət camaatı doluyub.

  • G
    Gunay 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Sizin xidmət mərkəzləri ilə əlaqə yaratmaq mümkün deyil. Nomrələriniz cavab vermir. Balans yükləmişən 8 saatdır, xəttim açılmır. Xidmətləriniz çox aşağı səviyyədədir.

  • O
    Orxan 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    18 gündür bu şəbəkədən nömrə sifariş vermişəm, ödəniş etmişəm, nömrə gəlib çıxmır. 2-3 gün demişdilər, artıq 18 gündür aldığım xanıma da yazıram, 5 mesajdan birinə cavablandırır. Belə olur,müştəri məmnuniyyəti sizdə, adamla da elə kobud danışırlar ki, pulumu verib məhsulumu tələb edirəm.

  • E
    Elvin 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sizdən hara və ya necə şikayət edək, day milləti bezdirmisiniz, sizlə nə əlaqə qurmaq olur, nə də nar plus proqramından əlaqəyə çıxmaq olur, işləyə bilirsinizsə, işləyin, yoxsa gedin bağlayın şirkətinizi.

  • S
    Sabir 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Nar nömrəm bağlanmasın deyə pul yükləyirəm, amma danışıqdan istifadə etmirəm. Bu demək olar, bir ildən çoxdur, bu prosesi edirəm. Nə vaxt balansa baxıram, pul yoxdur, nə edirlər, baş açmaq olmur.

  • A
    Aysen 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    1 həftədir nömrə zakaz vermişəm rayona çatdırılma ilə dedilər 2 gün ərzində gələcək 1 həftədir olub, hələ gəlməyib, poçtda soruşuruq, deyir bizə elə şey göndərilməyib. Səbəb nə ola bilər? İndi mən nə edə bilərəm?

  • D
    Deyanet 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nar Mobile-dan çox narazıyam, 2009-cu ildən nömrəni istifadə edirəm, amma axır vaxtlar ancaq problem yaşayıram, Nar Mobile-dan. Belə getsə, ya Azercell ya Bakcell nömrə alıb, Nar Mobile-nan bir dəfəlik sağollaşacayam.

Bələdçi.az saytının Nar Mobile şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Nar Mobile Baku reyler, nar baki haqqinda reyler, Nar Mobile shikayet, nar reyler, Nar Mobile kampaniyalar, Nar Mobile sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Restoran və coffeeshopunuz üçün pulsuz loyallıq proqramı

Bələdçi Card ilə müştərilərinizi geri qaytarın, satışları artırın. Restoran və coffeeshoplar üçün tamamilə pulsuz rəqəmsal loyallıq proqramı. 1 günə qoşulun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Nar Mobile barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq