App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az

Nar Mobile haqqında rəy

4 gün əvvəl

A
Azad yazır:
★
★
★
★
★

Bəli, xidmətdən istifadə edirəm *** bu nömrədir və bərbad xidmət göstərirlər. 2 gün qabaq 3 manatlıq kontur yükləmişəm və hal-hazırda 0.38 qəpik balansım var. 0.20 qəpik də yükləmişəm, hal-hazırda balansda 0.58 qəpik var, amma heç kimə zəng edə bilmirəm. Zəng edirəm, cavab verirlər ki, nömrəniz bağlıdır, balansınızı artırın. 0.20 qəpik artırdım, amma yenə deyir nömrəniz bağlıdır, balansınızı artırın. Bu nə deməkdir? Mən təcili əlaqə saxlamalıyam, amma əlaqə saxlaya bilmirəm. Bəlkə xəstəm var, ölənim var, bəlkə bir zəngə ehtiyacım var. Balansımda kontur var, amma Nar Mobile bundan istifadə etməyimə imkan vermir. Niyə? Bu Nar Mobile niyə insanlarla oynayır? Bunlar haqqında hara şikayət edək ki, bir tədbir görsünlər? Ümumiyyətlə, əgər balansımda hal-hazırda 0.58 qəpik varsa, mən niyə bundan istifadə edə bilmirəm? Nar Mobilin fikri nədir, nə etmək istəyirlər? Zəhmət olmasa açıqlama versinlər. Milləti saymırlar? Desinlər ki, bilək də. Biz də onların xidmətindən imtina edək. Başa düşmürəm. Niyə millətlə düşmənçilik edirlər? Bu millət onlara nə edib axı??

Nar Mobile haqqında daha çox rəy oxu

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Restoran və coffeeshopunuz üçün pulsuz loyallıq proqramı

Bələdçi Card ilə müştərilərinizi geri qaytarın, satışları artırın. Restoran və coffeeshoplar üçün tamamilə pulsuz rəqəmsal loyallıq proqramı. 1 günə qoşulun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!