Bələdçi.az

Leobank haqqında rəy

1 il əvvəl

F
Farhad yazır: Təsdiqlənmiş rəy Təsdiqlənmiş rəy

Salam. Artıq 40 gündür ki, Leobank hesabından 350 manat məbləğində köçürmə etmişəm və pul hesabdan çıxmasına baxmayaraq təyinat hesaba çatmayıb. Dərhal da zəng vurub məlumat vermişəm və guya sorğu açıblar və mənə də bir kod göndəriblər. Hər dəfə zəng vururam və operatorlar gah 3-60 gün, gah da 30-60 günə problem həll olunacaq deyirlər, qurtardı getdi. Nə deməyimdən də asılı olmayaraq, eyni cavabı verirlər. Daha bir ətraflı cavab almağa çalışanda isə eyni cavabı artıq daha yüksək tonla deməyə başlayırlar ki, yəni "əl çək məndən". İndi 3 məsələ var: 1- bu nə yaman qəliz məsələdir ki, 60 günə qədər bunun üçün vaxt lazım olsun? 60 günə əlimdə pul ilə gəzə gəzə getsəm, dünyanın hər yerinə gedib çıxmışdım bəlkə də; 2- hansısa bir period təyin olunanda, o periodun elə ilk günlərində də həll ola bilər məsələ və əksər halda heç olmasa, ortasında həll olunmalıdı. Amma siz 3-60 demisinizsə, elə məhz 60-ci gün niyə həll olmalıdırki ? 3- və ən əsası, hər şeyə texnikadı olur deyirsiz, bircə dəfə də ele olsun ki, ödəniş getsin, amma səhvən pul balansda qalsında. Niyə həmişə bu texniki səhv bizə ziyan tərəfə olmalıdır axı. Bir dəfə də sizə ziyan olsun və elə 60 gün o 350 manat məndə qalsın, sonra verimde sizə, olmaz??? Bir xeyri olmayacığını bilirəm, amma yenə də yazdım da :)

★
★
★
★
★
Qiymət: Aşağı

Paylaş: