Bələdçi.az

Kontakt Home haqqında rəy

3 gün əvvəl

KM
Kamran M. yazır:
★
★
★
★
★

Biz Kontaktın seçilmiş müştərisiyik, hər zaman ödəşimizi vaxtından əvvəl ödəmişik bitirmişik, heç vaxt bizim gecikməmiz olmayıb, 2024 Noyabr ayının 26-sı keçirilən kampaniya vaxtı biz mobil telefona gələn kampaniya mesajında printerlərin endirimdə olduğunu gördük və qərarə gəldik ki kampaniyadan yararlanaq. Biz tələbə olduğumuz üçün lazımdır printer bizə, hp markası 170 manatlıq printer aparatı haqqında mağazadan maraqlandıq bizə məlumat verildi, böyük məmnuniyyətlə tövsiyyə etdilər keyfiyyətini, sürətini mağazadan bu məhsulu və bizdə razılaşdıq ki alaq. Biz Gəncə şəhərindəki bayraq meydanının yanında sənədləşmə apardıq ayın 26sı günü, Qoşqar müəllim müdriyyətdən məsul şəxs, biz deyəndə ki məhsula bir baxaq görək dedilər ki, məhsul bitib mağazalarda yalnız anbarda var və anbardan göndəriləcək, bizdə dedik ki elədirsə biz elə birbaşa Bakıdan götürək inşaatçılar flialından. Və sənədləşmə oldu ayın 26-sı, 29-u isə Bakı gətirib verdilər evə. Biz qapıda təhvil verən nümayəndələrə deyəndəki bəs bunu açaq yoxlayaq baxaq görək işləyirmi dedilər ki biz 166-nın işçiləriyik biz ancaq çatdırılmaya baxırıq. Bizdə qutunun ağzının bağlı olduğuna dair olan sənədə imza atdıq ki, bəli ağzı bağlı bir qutu verilib bizə. Mal bizə təhvil verilmədi, yəni yoxlanılma olmadı. Biz ayın 1i zəng etdik ki, bizə bu məhsulu necə təhvil verdiniz biz bilək nə cür işlədilir bu? Detalları tamdırmı? Bizə dedilər ki, biz onu təhvil vermirik, açın işlədin, dedikləri kimi etdik,a çıb işlətdik, amma aparat bizi qane etmədi dediklərinin tam əksi bir məhsul olduğunu anladıq. Sürəti yavaş, vərəqləri boş çıxarır, vərəqlər içində ilişir qalır, vərəqlər əzilərək çıxır və s. Biz bunları mağazaya yazılı ərizə verən zaman da qeyd etdik, ayın biri biz zəng edib qaytarmaq istədiyimizi dedik. Həmin İnşaatçılardakı mağazaya yaxınlaşıb ərizə verib təhvil verdik məhsulu. Məhsulu göndərdilər texniki baxışa. Biz ayın 4 verdik bizə dekabrın 29-u məlumat gəldi ki, məhsulun çernil boya olan yerində problem var imiş, çernili də yoxdur və bizə dedilər ki, servisdən biz qaytarırıq məhsulu mağazaya, gedin mağazadan götürün. BİZİM ŞİKAYƏTİMİZ BUNDAN İBARƏTDİRKİ, biz həmin printeri bizi qane etmədiyi üçün qaytarmışıq, bizim bu printerin qiyməti 170 manatdır, Gəncədəndə məsləhət görülüb ki 300-400 manata daha yaxşı printerlər var. Və hətta bizim şikayətimiz ondan ibarətdir ki, mağazalarda satışda olmayan, vitrində olmayan malı vaxtını bitirmiş köhnə bu modeli, problemi olduğu üçün vitrinlərdən çıxıb bu mal. Hətta biz indi öyrənmişik ki, bunun çernil qabları ayrıca paketdə olmalıymış, bizdə ele deyildi biz paket zad görmədik printer üstündə taxılı idi demekki bu məhsul zaten işlənmiş xarab məhsul imiş, kimsə bizdən əvvəl istifadə edib və printeri anbardan bizə elə getiriblər. Mağazalarda da təsdiqləyirlər ki bu məhsulunn problemi olduğu üçün satışdan çıxarılıb mağazalardan. Sizdən xaiş edirikki bizim qanunən hüquqlarımızı bərpa edəsiniz, 4-5dəfə qaynar xəttlə əlaq saxlamışıq hər kəs bir xanımın üstünə yollayır, o xanım da bizə deyirki biz bilirik hamısını amma bizə qaytarmağa icazə vermirlər. Azərbaycan Respublikasının qanunlarına əsasan alınan məhsulu 14 gün ərzində geri qaytarma hüququmuz var biz isə 3 gün sonra məhsulu qaytarmaq üçün servisə göndərmişik. Satışda olmayan məhsulu bizə satıblar. Harda görünüb ki məhsulu skoçla bağlı əzik bir qutuda qapıdan verib, məhsulu təhvil verməmiş getmək. Xaiş edirik bu məsələyə baxılsın hüquqlarımız təmin edilsin.

Kontakt Home haqqında daha çox rəy oxu