Salam, bu son 3-4 ay ərzində Kontakt Home şirkətindən həm satış, həm də online çatdırma xidmətindən şikayətim var. Online çatdırma təxminən 20 günə gəldi, o da min şikayətdən sonra. Aprel ayında LG televizor almışam, televizor xarab olub, 3 gündür LG servis və Kontakt Home arasında qalmışam. Avqustun 31-də Bakıxanov filialından 2 telefon almışam, hal-hazırda Samsung A55 modeli telefon almışam, o da defekt çıxdı. Qaytarmaq istəyirəm, deyirlər, servisə göstərin. Mən iş adamıyam, Laçında işləyirəm, hər dəfə düşüb sizin arxanızca gedə bilmərəm. Siz müştərilərin nazı ilə oynamalısınız, yoxsa mən məhkəməyə verəcəyəm.
Kontakt Home haqqında daha çox rəy oxu