Çox pisdir, insanları aldadırlar. Dəfələrlə aldığım malları qızıl zəmanətlə almışam, deyiblər ki, əgər istifadə etməsəniz, zəmanətdən onun dəyəri məbləğində hər hansısa mal əldə edə bilərsiniz. Amma müəyyən vaxtdan sonra müraciət edəndə, zəmanətin qurtardığı vaxtdan 1 ay sonra müraciəti əsasız sayırlar və beləcə xalqı aldadırlar. Alınan malların çoxu zəmanət qurtaran kimi xarab olur. Bir də malın ikiqat qiymətini üstünə qoyurlar. Bir sözlə, Kontakt Home alış-veriş edilməsi üçün düzgün yer deyil. Hər tərəfdən xalqı aldadırlar.
Kontakt Home haqqında daha çox rəy oxu