Bolt haqqında şikayətlər və rəylər
Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?
-
Harda səviyyəsiz narkomanlar var, boltdadı.
-
99 HQ 162 seriyalı. *** telefonu olan Mahir adlı şəxs bu gün artıq ödəniş istədi məndən. Ona razılaşdım. Naviqatorun 3 dəqiqə göstərdiyi yerə məni 22 dəqiqə gözlədib, yol kənarında gəldikdən sonra mənə "mən beləyəm, xoşun gəlmirsə şəxsi mülkümü tərk et" deyərək çox kobud danışdı. Xahiş edirəm bu kimi özbaşınalığın qarşısını alasınız. Hər on maşından yeddisi artıq ödəniş tələb edir, ona alışdıq amma bu qədər olmaz.
-
Salam, kartla ödəniş etmişəm. Sürücü əlavə gediş haqqı istəyir
-
Çox pis rəftar edirlər. (Kartla sifariş verdikdə gəlmirlər, yalanla “ay mən uzaqdayam”, “ay mən kartla sifarişə gəlmirəm” deyirlər. Kartla sifarişlərə zəng vurub deyirlər: “mümkünsə, qardaş, ləğv elə”. Görürlər ki, ləğv etmirsənsə, özləri ləğv edirlər). 77SJ012 ağ Sədəf BYD Destroyer05 markalı avtomobil. 07.06.2026 saat 14:18. Mənim sifarişim kartla olduğu üçün mənə zəng vurub yalandan gec gələcəyini deyərək ləğv etməyimi istədi. Mən isə onun yalanlarına baxmayaraq dedim ki, fərqi yoxdur, gəlin; o isə özü ləğv edib gəlmədi. Ona görə də sizdən xahiş edirəm ki, bu sürücü haqqında tədbir görəsiniz və onun bu hərəkətləri ilə bağlı mənimlə görüşdürüb mənə üzr istəməsini təmin edəsiniz. Zəhmət olmasa, tədbir görəsiniz.
Ardını oxu... -
Mən başa düşmürəm ki, siz taksi sürücüləri hara baxırsınız? Sürücü üzümə dirəşib ki, ünvanı səhv vurmusan, mən o ünvana düz 39 dəfə taksi sifariş eləmişəm. Öz də mən öz evimin ünvanını bilmirəm ki? Düzü, Boltda normal sürücülər var, ancaq sözüm özündən xəbəri olmayanlardı. Onsuz da hamının üzünə baxanda bilinir.
-
Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?
-
Telefonumu itirmişəm, taksidə. Nömrəm budur: ***
-
Ağ şəhər körpüsündən 28 Mall önünə, saat 18:30-da vurulan, ağ rəngdə, 90-??-645 nömrəli sürücü. Maşına əyləşdikdən sonra sərt bir şəkildə "salam verməmisiz" deyib, dostumu və məni maşından düşürdü və "şikayət edəcəyəm" deyəndə "kimi istəyirsən et" dedi. Ya tədbir görülsün, ya da mən Instagram hesabımda paylaşacağam, Ayna agentliyinə bildirəcəyəm. Nömrənin orta hissəsini xatırlamıram.
-
Buna neçənci dəfədir, uşaqlar dərsə yubanır, bolt vuram mesaj yazır, uzaqdı, gələ bilmirəm. Bunu tədbir görülsün. Əsasən də 75-BO-832 nömrəli maşın.
-
Mən fiziki qüsurlu insanam. Bu gün Bərdə rayonundan Qaçqınlar qəsəbəsinə taksi vurdum. Taksi sürücüsü mənim fiziki qüsurumdan istifadə edib əlavə ödəniş tələb etdi, məni də hədələdi. Bu barədə şikayətimi məhkəməyə verəcəm. Təzminat üçün yox, haqqımı tələb edirəm; sürücüyə gününü göstərmək üçün şirkəti məhkəməyə verəcəm.
Bələdçi.az saytının Bolt şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.
Bolt Baku reyler, bolt baki haqqinda reyler, Bolt shikayet, bolt reyler, Bolt kampaniyalar, Bolt sikayet, unvan
Bakıda
