Sifariş verdim, sifariş inşaatçılardan shaurma n1-dən götürüməliydi, kuryer gec təyin olundu və həmin kuryer təxmini olaraq nizami metrosunun yaxınlığındaydı və hərəkətsiz Bir nöqtədə qalmışdı. Gözlədim sifariş hazır oldu, amma kuryer yenə də hərəkət etmirdi, Bir qədər gözlədikdən sonra kuryerlə əlaqə saxlamağa məcbur oldum və bu zaman kuryer bildirir ki, motonun təkərində problem var, onu düzəltdirməyə gedirəm, başqa kuryer təyin etsinlər. Deyirəm, a kişi onsuz da o yemək soyuyub, artıq sən otkaz ver ki, başqası təyin olunsun. Bir müddətdən sonra otkaz verdi. Yeni kuryer də qida hazır olandan 40 dəqiqə sonra zəng edib ki, çatmışam və mən haqlı olaraq o qidanı qəbul etmədim. Çünki bolt foodun qeyri-peşəkarlığına görə o soyumuş qidanı yemək məcburiyyətində deyiləm və üstəlik operator da məni günahkar hesab edərək ödədiyim məbləği geri qaytarılmayacağını bildirir.
Bolt Food haqqında daha çox rəy oxu