Bələdçi.az

Bolt Food haqqında rəy

5 ay əvvəl

F
Farid yazır:
★
★
★
★
★

Salam. Mən bu gün 06.09.2024-cü il tarixində 15 AZN dəyərində sifariş vermişəm. Almaq istədiyim məhsulun dəyəri 10 AZN-dir. Pulsuz çatdırılma olsun deyə 5 AZN-lik əlavə sifariş eləmişəm. Marketdə mənim sifariş verdiyim məhsul olmadığı üçün mənə məlumat vermədən başqa məhsul göndəriblər. Bununla bağlı sizin online çata yazanda sizin əməkdaşlar 10 AZN-i kartıma qaytardı, amma 5 AZN-i qaytarmadılar. Cavabında isə növbəti dəfə üçün marketə xəbərdarlıq edəcəklərini bildirdilər. Birincisi, mənim pulumla kiməsə xəbərdarlıq etmək lazım deyil. İkincisi, partnyorluq etdiyiniz marketin etdiyi məsuliyyətsizlik sizin göstərdiyiniz xidmətə zərər gətirir. Üçüncüsü, mən sırf almaq istədiyim məhsula görə əlavə 5 AZN-lik məhsul sifariş edirəm və onu geri qaytarmırsınız. Bu xidmət sahəsinə yaraşmayan bir ayıbdır və etik deyil.

Bolt Food haqqında daha çox rəy oxu