App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Baku Electronics
Baku Electronics

Baku Electronics haqqında şikayətlər və rəylər

Elektronika mağazası Elektronika mağazası
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Baku Electronics Azərbaycanda elektronika məhsulları və texnoloji həllər təqdim edir. Siz bu səhifədə Baku Electronics haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Baku Electronics barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
3%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
86%
  • J
    Jamila 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Ünvana çatdırılma sifarişi verilmişdi. Gün boyu gözlədik, sifariş çatdırılmadı. Bununla bağlı heç bir məlumat da verilmedi. Halbuki dəqiqləşdirmişdik ki, gün ərzində çatdırılacaq, ya yox. Çatdırılacağı bildirildi. Bu nə sistemdir, anlamıram. Camaat bekar evdə oturub kuryer nə vaxt gələcəyini gözləməlidir?

  • R
    Ramazan 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Sentyabrın 8-də qab-yuyan maşının kreditlə alımasına müraciət etmişik, maşını bu gün ünvana təhvil verəndə cihazın üzərində cızıqlar edib geri qaytarmışıq. 143 nömrəsi ilə əlaqə saxlanılan zaman isə həmin cızıqlar ilə bağlı hansı ünvan alınıbsa, ora yaxınlaşmağı tövsiyə etdilər. Əgər həmin şirkət tərəfindən yararsız gəlibsə, bizim həmin ofisə yaxınlaşmağımız nə dərəcə düzgündür? Xahiş edirəm, araşdırılma apararaq məlumat verilsin.

  • E
    Elçin 1 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Ən pis mağazadır. Televizor aldıq 4000 AZN-ə, 1 saat belə işləmədi! Şəkil getdi, səs qaldı! 2 ay bizi aldatdılar, sonra dedilər ya 50% ödəyin, ya da televizoru geri alacağıq! Aldanmayın, bunlar şarlatanlardır!

  • U
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis işçiləri və problemli şöbənin rəhbəri Orxan adlı şəxs var ki, bunlar müştərinin problemini həll etmək əvəzinə, yola verməklə, loru dildə desək, baş aldatmaqla məşğuldurlar. Servis 0 dərəcədə pisdir.

  • S
    Sevda 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mən robot tozsoranı servisə verdim, zəmanəti var idi, çarxı işləmədi, servis 17 gün saxladı (03.08-20.08.24). Hələ də xəbər yoxdur. Nə problemi var, və nə vaxt geri verəcəklər. Servis bərbad. Çox pis.

  • Ə
    Ələddin 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Paltaryuyan aldım. Yalannan dedilər ki məhsul anbarda təzəsi var. Evə gələndə məhsul işlənmiş çıxdı.

  • RS
    R. Sevinc 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Men 12 gun bundan evvel Nerimanovdaki filialinizdan telefon kredite goturmuşem, saticivizada demişdim ki Anam ucun hediyyelik isteyirem, mene ele bir telefon verdiki hansi işletmek bele mumkun deyil, cox cetin sistemi var, mehsulu qaytarmaq istedim, gonderdiler meni servize ordanda tezeden gonderdidel maqazine, yene tezeden gonderdiler servize, bu nece xidmetdi illerdi sizden mehsullar goturmuşem hele bele muşterinizde deyilem, amma bu defe cox naraziyam işcilerinizdende mehsullarinizdanda, mehsulu qaytarmaq ucun menden 190 manat pul teleb edirler. Bu nece olur? Muduriyyet hara baxir? Bu ne oź başnaliqdi?A yib deyil bu boyda şirket uçun? Camaati niye qaz yerine qoyursuz ki?

    Ardını oxu...
  • Ə
    Əmrah 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Men onlayn firitoz sifaris etdim catdirilma edendede işci acib baxmaqa icaze vermedi bildirdi ki onsuz 14 gun icine qaytara bilersen eve gelib baxanda mehsulun ezik ciziq olduqu gorundu, ama yalniz 1 defe istifade olundu ve qaytarilma edirem servis mene deyir ki 120 manat cerime odemeliyem 300 manatliq firitoza 120 manat cerime ozude 1 defe istifade olumaqina gore

  • N
    Nigar 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    1 ay əvvəl planşet almışdım. Və dünən ekran söndü və birdə yanmadı. Heç bir zədəsi yoxdur. Və işçiləriniz bizim qəsdnən sındırdığımızı dedilər. Hansı insan əziyyətnən aldığı bir əşyanı sındırar? Səbəb?

  • O
    Orxan 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Mingəçevir servisi məndən xəbərsiz 30 manatlıq gördüyü işə görə kredit ödənişlərini həyata kecirmirem zəmanət hərkəsin uğuru oldugu kimi mənimdə uğurumuydu qətiyyətli hərəkət ediblər adama do gəlirlər 8 natlatqa 5 pacenik 1 m tros bu kənar müdaxilə üçün 30 m pul alıblar. Servisdə çox məsuliyyətsiz davranır 2 dəfə skorusun reqlufqasın üçün servisə müraciət etdim onlar isə xəbərim olmadan detalları dəyişərək kənar müdaxilə ediblər timsah quyruqlari olan servisə bildirin krediti ödəsinlər

Bələdçi.az saytının Baku Electronics şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Baku Electronics Baku reyler, baku electronics baki haqqinda reyler, Baku Electronics shikayet, baku electronics reyler, Baku Electronics kampaniyalar, Baku Electronics sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Baku Electronics barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq