App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Bakcell
Bakcell

Bakcell haqqında şikayətlər və rəylər

Mobil operator Mobil operator
★
☆
☆
☆
☆
1.0 / 5.0
Reytinq: Aşağı

Bakcell Azərbaycanda mobil rabitə və telekommunikasiya xidmətləri təqdim edir. Siz bu səhifədə Bakcell haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Bakcell barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
0%
4 ★
0%
3 ★
2%
2 ★
4%
1 ★
89%
  • S
    Shirvan 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bakcell əvvəllər həqiqətən yaxşı operator olub. Lakin son iki ildir ki, oğurluqla məşğuldur. Son aylarda oğurluq daha da artıb. Deyək ki, siz internetdən 1 mb-lıq şəkil yükləsəniz, 5 mb hesablanacaq. Nəticədə aldığınız internet paketi 3 günə bitəcək. Bu azmış kimi gecələr balansınızdan oğurlayırlar. İzahlı qaimədə hər şeyi görə bilərsiniz, səhərə yaxın yatdığınız vaxt.

    • Şəkil
  • E
    Elvin 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Hörmətli Bakcell, artıq 40 gündür ki, sizinlə əlaqə saxlaya bilmirəm. Operatorun qəbuluna düşə bilmirəm, zəhmət olmasa, dəyərli vaxtınızdan ayırıb cavab verin. Bilmirəm dərdimi kimə deyim.

  • R
    Ramiz 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Üç saatdır zəng edirəm, qəbul edən yoxdur. SMS gəlib, kodu yığıram, qəbul edilmir. Belə iş olmaz.

  • S
    Səməndər 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Neçə dəfə operatorlara zəng vurub vəsait xərcləməliyəm? Hər dəfə iki gündür, siz məni dolamısınız ya özünüzü?

  • A
    Anonim 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bakcell biabırçılıqdır. 64 qəpik balans bildirişi üçün tutulur, mən bu xidməti istəmirəm. Necə imtina edə bilərəm? Zənglərə cavab vermirlər. Biz hara müraciət etməliyik?

  • E
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Azercell-ə keçid etmək üçün 7 dəfədən çox müraciət göndərmişəm, guya borcum var, halbuki balansımda 13 manat kontur var. Yalandan rədd cavabı gəlir. Operatorlar guya şikayətimi qeydə alırlar, amma ortada heç nə yoxdur. Bakcell saxtakarlıqla məşğuldur, bir sözlə.

  • P
    Pərvin 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Nömrəmi Azercellə daşınma müraciəti etmişəm, ancaq 2 dəfə imtina gəlib. Səbəb məlumatlarda səhv olduğunu bildirirlər. Səhvlərin izahı təqdim olunmur! Azercell müştəri xidmətləri bütün sənədləri doğru olduğunu bildirir!

  • A
    Anonim 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Xəbərim olmadan balansımdan 5 manatdan artıq pul tutub hansısa tarifə qoşulmuşam. Özüdə xəttim birtərəfli bağlı ola ola... Bu nə biyabırçılıqdır baş aça bilmirəm....

  • F
    Ferıd 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bakcell sadece biyabırcılığ, operatorlar çox savadsız bezileri, zenglere çox gec cavab verirler ayda 5 manatdan az kontur vursan nömre bağlanır biabırcılığ. Bu ölkeye yaraşmayan operator!

  • K
    Kamilə 2 il əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    daim online paketi goturirem heç bakcell praqramını bele açmaga gücü çatmır qiymetin qaldırıb 10 qatı edibsiz bunu heç olmasa bele berbad hala salmayında vatsap bele normal işlətmək olmur paket olmayanda saniyəsinə 15 mb gedir oz ozune . isteyirsiz camaat isyan etsin, her kes bakcell nomrelerinnen istifadeni bitirse onda ağlınız başınıza gələcək. cidden bu yaxınlardada azercelle kececem bele biyabırcılıq olmaz utansınlar.

Bələdçi.az saytının Bakcell şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Bakcell Baku reyler, bakcell baki haqqinda reyler, Bakcell shikayet, bakcell reyler, Bakcell kampaniyalar, Bakcell sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Bakcell barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq