Bələdçi.az

Wolt haqqında rəy

2 ay əvvəl

M
Mikayil yazır:
★
★
★
★
★

Wolt şirkətindən Ağ Şəhərdə yerləşən McDonalds-dan sifariş vermişik. Sifariş vaxtı 15 dəqiqə və McDonalds sifarişi gördüm, yazısı çıxan kimi sifariş vaxtı 55 dəqiqə dəyişdi. Anında wolt dəstək xidmətinə müraciət etdik. Dəstək xidmətinin işçisi Elnur bəy bizə heç bir köməklik edə bilmirəm, bu belə olur dedi. Ləğv etmək istədiyimi dedim, alınmır, çünki, McD ləğv etmir dedi, onlarda iteqrasiya sistemidir deyə. Çünki McD sifarişi artıq hazırlamağa başlayıb. Amma heç olmasa biz yaxınıq, bizim sifarişi qabağa salın, kuryer bizə birinci çatdırsın dedim. Onda da həmin o Elnur bəy bizə bildirdi ki, təəssüf ki, bir kömək edə bilmirəm, sifarişlər siyahı ilədir dedi. Bu nə kömək dəstək oldu ki. Niyə siz wolt şirkəti və ya sizin işçi o Elnur bəy milləti aldadır, yalan infarmasiya bildirir McD haqqında? Və bir dəstək ola bilmir, ancaq bilərəkdən məzələnir insanlarla. Çünki bilir ki, kart ilə sifariş olunub, onsuz məbləğ çıxılacaq.

Wolt haqqında daha çox rəy oxu