App Bələdçi mobil tətbiqi
İndi pulsuz yükləyin!
Yüklə
Bələdçi.az
Starex
Starex

Starex haqqında şikayətlər və rəylər

Karqo şirkəti Karqo şirkəti
★
☆
☆
☆
☆
1.5 / 5.0
Reytinq: Aşağı

Starex Azərbaycanda karqo və çatdırılma xidmətləri təqdim edir. Siz bu səhifədə Starex haqqında şikayətlər və rəylər oxuya bilərsiniz. Həmçinin Starex barədə öz rəyinizi də yaza bilərsiniz.

Bu şirkətin xidmətlərindən istifadə etmisiniz?


5 ★
9%
4 ★
0%
3 ★
3%
2 ★
3%
1 ★
77%
  • K
    ★
    ★
    ★
    ★
    ★

    Çox bərbad!!! Bağlama ünvana çatdırılıb, lakin içərisindən bir neçə məhsul çıxarılıb. Məncə, bağlama çatdırılma zamanı açılıb. Kuryer məsuliyyəti qəbul etmir, operatorlar TEMU-ya yönləndirir, TEMU isə «bütün məhsullar göndərilib» deyir. 2 ildir sifariş edirəm, belə hal ilk dəfədir.

  • Р
    Рома 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Начиная с начала 2026 года сроки доставки увеличились, видимо, денег не хватает!

    T Tərcümə et
  • N
    Nigar 4 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Telefonları götürmürsünüz, bağlama statusu 20 gün yenilənmir

  • X
    Xanım 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Bezmişik, bu şirkət malları göndərəndə nə qədər olar? Yığılıb qalmışıq.

  • S
    Sabrina 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Ужас. Я вообще не поняла, как мой заказ оказался в Старекс. Звонила много раз на горячую линию — никто не отвечает. Хочу узнать, где Низаминский филиал, так как, если по карте посмотреть, его там нет. В Инстаграме не отвечают. Вообще ноль.

    T Tərcümə et
  • S
    Seriyye 5 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Temu mal vurmuşam, mal gömrük rəsmiləşdirilməsi 10 gündən çoxdur saxlanılıb. Bu nə deməkdir?

  • S
    Səddam 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Çox pis. Bağlamam günlərdir kuryerdə gəzir, çatdırılmır. Yenidən mərkəzi anbara qaytarılıb. Çatdırılma yoxdur.

  • B
    Bəsti 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    4 dəfə zəng etmişəm, yarımçıq söndürüblər, heç düzgün hərəkət deyil, səhv bir dəfə olar.

  • KB
    Katrin Bakulina 6 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Başlıq: Starex-dən peşəkarlıqdan kənar xidmət: Müştəri dəstəyi tamamilə yoxdur! Artıq iki həftədir ki, Starex şirkəti tərəfindən ciddi şəkildə mağdur edilmişəm. Şəxsi kabinetlə bağlı yaranmış texniki səhvi düzəltmək üçün müraciət etsəm də, şirkət tərəfindən heç bir kömək göstərilmir. Problemin gedişatı tam bir rəzalətdir: Operatorların məsuliyyətsizliyi: Zəng mərkəzi problemi həll etmək əvəzinə məni İnstagram-a yönləndirir və məsuliyyəti üzərindən atır. Sosial media etinasızlığı: İnstagram üzərindən yazılan mesajlara 14 gündür heç bir cavab verilmir. Məhdudiyyət: Bağlamanı bəyan edə bilmirəm və məhsulumun taleyi qaranlıq qalır. Bu, sadəcə xidmət zəifliyi deyil, müştəri hüquqlarının açıq şəkildə pozulmasıdır. Belə böyük bir şirkətin bu qədər qeyri-peşəkar və laqeyd davranması qəbuledilməzdir. Əgər qısa zamanda məsələ həll olunmasa, rəsmi qaydada şikayət edəcəyəm. Heç kimə bu kuryer.

    Ardını oxu...
  • X
    Xanım 7 ay əvvəl
    ★
    ★
    ★
    ★
    ★

    Salam PO-***********831934 temu sifarişim (18.02.2026 tarixində sifariş vermişəm), izləmə nömrəsi: STRAZ******1049, Starex Qəbələ filialına gəlməlidir. Smartcustoms-da bəyan etmişəm, amma hələ də bəyannamə tələb olunur və çeşidləndikdən sonra yenə də "bağlama gömrükdədir" yazılır. Xahiş edirəm, nə vaxt filialınıza çatacağını və nə vaxt təhvil ala biləcəyimi bildirin? Cavab verin, heç olmasa.

Bələdçi.az saytının Starex şirkəti ilə heç bir əlaqəsi yoxdur. Bütün rəylər fərdi istifadəçilər tərəfindən əlavə edilir. Rəylərin məzmununa və doğruluğuna görə Bələdçi.az məsuliyyət daşımır. Şirkətin reytinqi fərdi istifadəçilərin verdiyi qiymətlər əsasında hesablanır.

Starex Baku reyler, starex baki haqqinda reyler, Starex shikayet, starex reyler, Starex kampaniyalar, Starex sikayet, unvan Bakıda

📲  Bələdçi mobil tətbiqini pulsuz yükləyin!

Etibarlı rəyləri kəşf edin, öz təcrübənizi paylaşın və dostlarınızı izləyin. Azərbaycandakı şirkət və restoranlar haqqında daha düzgün qərarlar verin. Bələdçi-ni indi pulsuz yükləyin və reputasiyanı formalaşdıran icmanın bir hissəsi olun.

Bələdçi mobil tətbiqini pulsuz yükləyin!
Starex barədə anonim şikayət yazmaq istəyirsiniz? Rəy yazmaq